Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-859/2024 08.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, X1 qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında ərizəsinə 08 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək 01 may 1971-ci il tarixdən 25 dekabr 1971-ci il tarixədək və 01 yanvar 1972-ci il tarixdən 31 avqust 1972-ci il tarixədək Lənkəran rayonu, Boladi kəndində yerləşmiş Nizami adına sovxozunda fəhlə kimi işlədiyi dövrdə aldığı əmək haqqının cədvəlini özündə əks etdirən Azərbaycan Respblikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli A/823-1 saylı arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizədə yazılanlara uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə ərizəyə qarşı etiraz təqdim edərək sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, maraqlı tərəfin nümayəndəsi ərizəyə qarşı etiraz etdiyindən, məhkəməyə aid hüquq haqqında mübahisə vardır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ərizə qaytarıldığına görə ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 306.4, 260.4 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi haqqında ərizəsi baxılmamış saxlanılsın və ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Ərizəçi tərəfindən ərizənin verilməsi üçün xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verlidikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(049)-859/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-859/2024
08.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver