Məhkəmə qərarları › İş №2(049)-862/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-862/2025

01.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-862/2025 01.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “tərtib olunmuş aktların etibarsız sayılması və akt əsasında hesablanmış cərimə borcların ləğv edilməsi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “tərtib olunmuş aktların etibarsız sayılması və akt əsasında hesablanmış cərimə borcların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərişıq Lənkəran şəbəkəsi tərəfindən evinə quraşdırılmış **********00098 kodlu sayğaca yazılan 284801 saylı, 291319 saylı, 304636 saylı və 351582 saylı aktlar ləğv edilməklə ümumillikdə 1428.93 AZN cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 11:45-ə təyin edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə və MPM-nin 263, 264 və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “tərtib olunmuş aktların etibarsız sayılması və akt əsasında hesablanmış cərimə borcların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar