Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-87/2024 11.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbi barədə iddiası, "xxxx" X1 Rasim Calal oğluna qarşı təbii qazın dəyərinin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" X2 X12 İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış cəmi 9628,88 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" İstehsalat Birliyi də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış cəmi 9966,72 manat məbləğində dəymiş ziyanın, 119,66 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 10.086,78 manat məbləğində pulun məcburi qaydada tutularaq iddiaçı "xxxx" İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hər iki mülki işin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, qeydiyyatda olduğu ünvan 1 ünvanında mövcud olan qaz xəttləri və qaz qurğularına "xxxx" X2 X12 İdarəsi ötən ilin noyabr və cari ilin may aylarında onun iştirakı olmadan baxış keçirib “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli aktlar tərtib etmişdir. Cavabdehin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 3802,44 manat, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında isə 5826,44 manat - cəmi 9628,88 manat maddi ziyan hesablanmışdır. Hesab edir ki, cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş həmin aktlar əsassızdır və ləğv edilməlidir. Belə ki, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli aktlar, habelə onların tələbnamələri ona yalnız xx.xx.2023-cü il tarixdə özünün müraciətinə əsasən təqdim olunmuş və bununla da cavabdeh "xxxx" İB onu həmin aktlardan vaxtında şikayət vermək imkanından məhrum etmişdir. O, xx.xx.2020-ci il tarixdən etibarən ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, H.Əliyev küçəsi, 3224-cü məhəllə, ev 113, mənzil 75-də kirayədə yaşayır və bu barədə müvafiq arayışı vardır. Bakı şəhərinə köçdükdən bir müddət sonra Lənkəranda yerləşən evini kirayəyə vermiş və bu müddət ərzində evində müxtəlif şəxslər kirayəçi olaraq yaşamışlar. xx.xx.2020-ci il tarixdən indiyədək Lənkəran şəhərində yerləşən evinə nəzarət etmək üçün mütəmadi olaraq həmin evə gəlmiş, sonradan yenə Bakı şəhərinə qayıtmışdır. Cavabdeh "xxxx" İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli aktının məzmunundan görünür ki, həmin akt onun və ya hər hansı ailə üzvünün iştirakı olmadan tərtib edilmiş, aktın “İstehlakçının nümayəndəsi aktı imza etməkdən imtina etdi, bir nüsxə ona təqdim edildi” sətri, hətta qaz paylayıcısının nümayəndələri tərəfindən də imzalanmamışdır. Bu hal xx.xx.2022ci il tarixli aktın, ümumiyyətlə, onlardan xəbərsiz tərtib olunduğunu və nüsxəsinin onlara təqdim edilmədiyini təsdiq edir. xx.xx.2023-cü il tarixli digər aktın “İstehlakçının nümayəndəsi” sətrində onun adı yazılsa da, həmin tarixdə o, Bakı şəhərində olmuşdur. Bu səbəbdən həmin aktın “İstehlakçının nümayəndəsi aktı imza etməkdən imtina etdi, bir nüsxə ona təqdim edildi” sətrində qaz paylayıcısının nümayəndələrinin imzası olsa da, həmin akt ona xx.xx.2023-cü il tarixdə, Lənkəran RQİİ-nə müraciətindən sonra təqdim olunmuşdır. Bundan əlavə, “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli tələbnamələrin “Dəymiş ziyanın həcminin hesablanması” bölməsindən görünür ki, qaz qurğularının qaz sərfi hesablanarkən heç bir əsas göstərilmədən hər qaz qurğusunun maksimal saatlıq qaz sərfi, əksər qaz qurğuları üzrə 170-180 gün sərfiyyat müddəti əsas götürülmüşdür. xx.xx.2022-ci il tarixli tələbnamə ötən 6 aylıq dövrə aid olduğuna görə 2022-ci ilin yay və payız aylarını (iyun-avqust və sentyabr-noyabr) əhatə edir. Tələbnamədə sadalanan “dəmir soba”, “divar sobası”, "iran sobası” kimi qaz qurğularının, eləcə də, digər qaz qurğularının yaypayız mövsümündə 24 saat ərzində maksimal sərfiyyatla fasiləsiz işləməsi tamamilə əsassız və məntiqsizdir. xx.xx.2023-cü il tarixli tələbnamədə əks olunan hesablama da tamamilə yanlışdır. Belə ki, qaz qurğularının müntəzəm işləməsi üçün evdə daimi yaşayış olmalıdır. Bununla belə, istənilən dövr ərzində qaz qurğularının maksimal sərfiyyatla 24 saat fasiləsiz işləməsi heç bir halda ağlabatan hesab oluna bilməz. Cavabdeh bu hesablama meyarlarının tətbiqi üçün əsas götürdüyü halları göstərməmiş və əsaslandırmamışdır. Evinin kirayə dövründə qaz itkisi onun nəzarətsizliyindən meydana gəlmişdirsə, həmin itkinin həqiqi həcmi obyektiv qaydada müəyyən edilməlidir. Hesab edir ki, bunun üçün eyni qaz qurğularına sahib olan digər abonentlərin analoji qaz istehlakı həcmi müəyyən olunmaqla yanaşı, sadalanan qaz qurğuları üzrə məişət şəraitində gündəlik qaz istehlakının həcmi barədə müvafiq mütəxəssis məsləhəti alınmalıdır. Eyni zamanda, evinin daxilində yerləşən qaz qurğularının çeşidini, hər birinin gündəlik və mövsümi orta sərfiyyat miqdarını müəyyən etməkdən ötrü onların ixtisaslı bir mütəxəssis tərəfindən müayinə edilməsi və bu qaydada itirilmiş qazın real həcminin təyin edilməsinə zərurət olduğunu hesab edir. Ona görə də "xxxx" X2 X12 İdarəsi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış cəmi 9628,88 manat borc məbləğinin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. "xxxx" İstehsalat Birliyi öz iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus fərdi yaşayış evi "xxxx" İB tərəfindən təbii qazla təchiz edilir və ona Lənkəran X12 İdarəsi tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Lakin İddiaçı “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. "xxxx" İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə sayğacdan kənar qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiq edən video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı "xxxx" İB-nin işçiləri tərəfindən “Təbi qazdan istifadə qaydaların pozulması haqqında” ayrı-ayrı vaxtlarda aktlar tərtib edilmiş, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 338,04 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 3802,44 manat və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 5826,24 manat - cəmi 9966,72 manat maddi ziyan hesablanmışdır. Bu faktlar Lənkəran X12 İdarəsinin Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlarla yanaşı, onlara aid tələbnamələrlə, AGİS bazasından çıxarılmış, İddiaçı məxsus **********00000 nömrəli abonent hesabından çıxarış (saldo) ilə, Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən qeydə alınmış video çəkilişlər və çəkilmiş fotoşəkillə, Lənkəran X12 İdarəsinin və Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri Elmir Axundov, Elvin Əzimov, Günəşli Nurəliyev, Elşən Mirzəyev, Zaur Yusubov və Aydın Babayevin izahatları, həmçinin, 30 noyabr 2022-ci il tarixli A165895 nömrəli qəbzlə sübuta yetirilir. İddiaçı tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də İddiaçı məxsus evdə təbii qazdan qeyri-qanuni istifadəyə görə itirilmiş qazın dəyəri kimi hesablanmış cəmi 9966,72 manat məbləğində dəymiş maddi ziyanın, 119,66 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının, cəmi 10.086,78 manat məbləğində pulun ondan məcburi qaydada tutularaq "xxxx" İB-nın Lənkəran RQİİ-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə prosesinin gedişində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad etməklə məhkəməyə ərizə təqdim edib "xxxx" İstehsalat Birliyinə qarşı qaldırdığı iddia tələbi üzrə tələbinin həcmini azaldaraq və tələbdə dəqiqləşmə apararaq "xxxx" İB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar əsasında hesablanmış cəmi 9628,88 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini, "xxxx" İB-nin ona qarşı qaldırdığı iddia tələbini isə qismən qəbul etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələblərlə əlaqədar göstərdi ki, "xxxx" İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş akt ona gec təqdim edildiyindən məhkəməyə iddia vermək üçün gecikmişdir. "xxxx" İB-nin əməkdaşları onun barəsində birinci dəfə xx.xx.2021-ci il tarixli akt tərtib etsələr də, həmin tarixdə evə baxış keçirilməmiş, "xxxx" İB əməkdaşları səbəbsiz olaraq akt yazmışlar. Onun barəsində digər aktlar isə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə tərtib olunmuşdur. O, 2022-ci ildən sonra "xxxx" İB-nə 3 dəfə, sonuncu dəfə bu ilin may ayının 9-da ərizə yazmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə həmin aktlar "xxxx" İB tərəfindən ona təqdim edilmişdir. Həmin vaxtadək Bakı şəhərindən iki dəfə Lənkəran şəhərinə gəlməsinə baxmayaraq qeyd olunan aktlar ona vaxtında təqdim olunmamışdır. "xxxx" İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktda sayğacdan kənar qanunsuz qaz xəttinin su çəninin altında quraşdırıldığı qeyd edilmişdir. Əgər belə bir hal aşkar olunmuşdursa, o, həmin aktda qeyd edilənlərə etiraz etmir. Lakin ehtimal edir ki, həmin qanunsuz qaz xəttini onun evində kirayəçi qalan 2 nəfər fəhlə quraşdırmışdır. Lakin həmin su çənindən yay aylarında isti sudan istifadə etmək məqsədi ilə, ən çoxu həftədə 3 dəfə, hər dəfə 1 saat ərzində və 4-6 kub metr həcmind istifadə olunmuş ola bilər. O özü xx.xx.2020-ci il tarixdən Bakı şəhərində yaşayır, Lənkəran şəhərindəki evini isə kirayəyə vermiş, lakin evində yaşayan şəxslərlə kirayə müqaviləsi bağlamamışdır. Evin kommunal işləri ilə bağlı digər bütün məsələlərlə isə arvadı məşğuldur və həmin işləri o, daha dəqiq bilir. Özü və ailə üzvləri faktiki olaraq həmin evdə yaşamadıqları üçün hazırda onun adına hesablanmış borcun silinməsini tələb edir. Ona görə də "xxxx" İB-nə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. "xxxx" İB-nin ona qarşı olan iddia tələbi üzrə isə bildirir ki, "xxxx" İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də onun fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə halları aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiq edən video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 338,04 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 3802,44 manat və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 5826,24 manat - cəmi 9966,72 manat dəymiş ziyan hesablanmışdır. Hesab edir ki, həmin aktlar əsasında hesablanmış maddi ziyan məbləğləri həddən artıq yüksək qeyd edilmişdir. Ona məxsus evdə aktda göstərilən qaz işlədicilərindən hazırda 2 ədəd PQ-4 (2023-cü ilin sentyabr ayınadək 1 ədəd olmuşdur) və 1 ədəd İran sobası vardır. Lakin aktlarda qeyd edilən 1 ədəd PQ-3, 2 ədəd dəmir soba və 1 ədəd QSSQ (qeyri-standart su qızdırıcısı) mövcud deyildir. Aktlarda qeyd edilən 1 ədəd divar sobası isə çoxdandır ki, işləmir. Hazırda onların evində mövcud olan 2 ədəd ani su qızdırıcısından biri də 2023-cü ilin sentyabr ayına qədər mövcud olmamışdır. Eyni zamanda, xx.xx.2021-ci il tarixli aktdan da məlum olur ki, sayğacdan kənar xətt yalnız qeyri-standart su qızdırıcısına bağlanmışdır. Ona görə də digər cihazlar üzrə dəymiş ziyan hesablanmamışdır. Sayğacdan kənar qaz xətti, təxminən, 50 santimetr uzunluğunda torpaq altında olmaqla, qalan məsafədə isə torpaq üzərində aparılmış və qeyri-standart su qızdırıcısına birləşdirilmişdir. Buna baxmayaraq xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli aktlarda və həmin aktlara uyğun tələbnamələrdə hər dəfə 1 ədəd PQ-3, 2 ədəd PQ-4, 2 ədəd dəmir soba, 1 ədəd divar sobası və 1 ədəd İran sobasından istifadə edildiyi qeyd edilmiş və faktiki olaraq istehlak edilməyən təbii qaza görə əsassız olaraq dəymiş ziyan hesablanmışdır. Qeyri-standart su qızdırıcısından yuyunmaq (çimmək) üçün istifadə edildiyindən həmin avadanlıq həftədə ən çoxu 3 dəfə istifadə oluna bilər. Belə hallar üçün ağlabatan ən yüksək müddət olan 5 saat götürülərsə, sayğacdankənar qaz işlədicisi üzrə həftədə 3 dəfə, ayda 4 həftə olmaqla, ayda cəmi 12 dəfə istifadə olunar. Qanunsuz istifadə halı 180 gün (6 ay) hesablansa belə, hər ayda 12 dəfə istifadə halı olduğundan 180 gün ərzində 78 dəfə, hər dəfə 5 saat hesablandıqda isə qanunsuz istifadə halları cəmi 390 saat təşkil edir. Məişət qaz istifadələri üçün normal halda (işlədicilərin gücünə görə) G-4 qaz sayğacı quraşdırıldığından həmin sayğacın istehlak gücü saatda 4-6 kub metr olur. Konkret halda həmin sayğacın qaz işlədici gücü 6 kub metr hesablansa 390 saat üçüna ona hesablanmış dəymiş ziyan 2340 kub metr əşkil edər. Hər kub metr qazın dəyəri 0,12 manat hesablandıqda dəymiş ziyan məbləği 280,80 manat təşkil edir. Beləliklə, həmin hesablamaya görə xx.xx.2021-ci il tarixli akt üzrə dəymiş ziyan 70,42 manat, xx.xx.2022-ci il tarixli akt üzrə dəymiş ziyan 216 manat, xx.xx.2023-cü il tarixli akt üzrə dəymiş ziyan 280,80 manat olmaqla, cəmi 567,22 manat təşkil edir. Buna baxmayaraq iddiaçı “Azəriqaz" İB tərəfindən əsassız olaraq tərtib olunmuş aktlar üzrə cəmi 9966,72 manat maddi ziyan hesablanmışdır. Halbuki, iş materiallarında olan video görüntüdən və fotoşəkildən də görünür ki, sayğacdan kənar qaz xətti yalnız qeyri-standart su qızdırıcısına qoşulmuşdur. "xxxx" İB tərəfindən evin içərisinə baxış keçirilməmiş və sayğacdan kənar qaz xəttinin əlavə cihazlara qoşulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. "xxxx" İB-nin əməkdaşları öz mülahizələrinə əsasən tərtib etdikləri aktlarda əlavə və ağlasığmaz sərfiyyatlar yazmışlar. Ona görə də hesab edir ki, "xxxx" İB-nin ona qarşı hazırki iddiası qismən təmin olunmalı, cəmi 567,27 manat maddi ziyan və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu ondan tutularaq "xxxx" İB-nə ödənilməli, həmin iddianın digər hissələri rədd edilməlidir. Qeyd etdikləri nəzərə alınmaqla, iş üzrə qanunamüvafiq qərar edilməsini məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaçının izahatının məzmununa uyğun izahat verməklə iddiaçının "xxxx" İB-nə qarşı olan iddia tələbini müdafiə edərək həmin tələbin təmin olunması, "xxxx" İB-nin İddiaçı qarşı olan iddia tələbini isə qismən qəbul edərək hesablanmış 9966,72 manat məbləğində dəymiş ziyanın deyil, hesablanmalı olan 567,27 manat maddi ziyanın və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun İddiaçı tutularaq "xxxx" İB-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında "xxxx" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə "xxxx" İB-nin İddiaçı qarşı irəli sürdüyü iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını, İddiaçı "xxxx" İB-nə qarşı irəli sürdüyü iddia tələbini isə əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etdi. Belə ki, o, məhkəmə baxış iclasında verdiyi izahatında göstərdi ki, "xxxx" İB-nin əməkdaşları tərəfindən İddiaçı evində quraşdırılan qaz sayğacına baxış keçirilən zaman özünün evdə olmadığı vaxtlarda da onun evində, əməkdaşların dediklərinə görə, 20-dən artıq şəxsin (tələbə olduqları ehtimal edilən) yaşadığını görmüşlər. Məhkəmə baxışı iclasında İddiaçı vəsatəti ilə şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, İddiaçı onun əridir. Onlar xeyli vaxtdır ki, faktiki olaraq Bakı şəhərində yaşayırlar və Lənkəran şəhərindəki evlərini kirayəyə vermişlər. Lənkəran şəhərində yerləşən, onlara məxsus evdə "xxxx" İB-nin əməkdaşları tərəfindən tərtib edilən aktlarda qeyd edilən qaz işlədicilərindən 1 ədəd PQ-3, 2 ədəd PQ-4 markalı qaz cihazları, 1 ədəd dəmir soba, 1 ədəd divar sobası, 1 ədəd QSSQ (qeyri-standart su qızdırıcısı) və 1 ədəd İran sobası çoxdan mövcuddur. Ancaq dəmir soba 1 ədəddir. Hazırda onların evində mövcud olan 2 ədəd ani su qızdırıcısından biri də 2023-cü ilin sentyabr ayına qədər mövcud olmamışdır. Lakin onlar heç vaxt qaz xəttindən sayğacdan kənar istifadə etməmişlər. Evdə kirayədə yaşayan ayrı-ayrı şəxslərin isə qaz xəttindən sayğacdan kənar istifadə edib-etmədikləri barədə məlumatı yoxdur. Məhkəmə baxışı iclasında İddiaçı vəsatəti ilə şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, o, İddiaçı həm qohumu, həm də yaxın qonşusudur. Belə ki, İddiaçı onun bacısının əridir. Lənkəran şəhərində onların evləri qarşı-qarşıya yerləşir. İddiaçı ailəsi ilə birgə Bakı şəhərində yaşamağa gedərkən onların evinə hərdən bir nəzarət etmişdir. Bir müddət əvvəl o, "xxxx" İB-nin əməkdaşlarını İddiaçı həyətinin qarşısında görüb onlara yaxınlaşmış, həmin əməkdaşlar qaz sayğaclarına baxış keçirəcəklərini demiş, sonra da İddiaçı evinin sayğacına baxış keçirib getmişlər. O, "xxxx" İB-nin əməkdaşlarına qapı açmamış, onları bacısıgilin həyətinə buraxmamışdır. Məhkəmə baxışı iclasında İddiaçı vəsatəti ilə şahid qismində dindirilmiş X5 ifadə verərək göstərdi ki, o, İddiaçı ən yaxın qonşusudur. Hasarın bir tərəfində İddiaçı, digər tərəfində onun evi yerləşir. İddiaçı ailəsi ilə birlikdə Bakı şəhərinə yaşamağa getdiyi vaxtlarda evinə nəzarət etməyi ona tapşırmışdır. İddiaçı və ailəsi evdə olmadığı vaxtlarda onun evində iki fəhlənin qaldığını görmüşdür. Onun Rasimin evinin qaz sayğacına kənar xəttin qoşulmasından məlumatı olmamışdır. O, "xxxx" İB-nin əməkdaşlarının İddiaçı həyətinə hasardan aşıb keçdiklərinin şahidi olmuşdur. Həmin hadisə, təxminən, iki il bundan əvvəl baş vermişdir. Həmin vaxt hansı fəsil olduğunu hazırda dəqiq xatırlamasa da, yay fəsli olmadığını təsdiq edir. Çünki, həmin vaxt havanın soyuq olduğu yadındadadır. Məhkəmə baxışı iclasında İddiaçı vəsatəti ilə şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, o, İddiaçı yaxın qonşusudur və münasibətləri yaxşı olduğu üçün bir-birinin evlərinə gediş-gəlişləri vardır. İddiaçı evində kirayədə qalmış şəxslərdən bir neçəsini həmin evə o gətirmişdir. İddiaçı evində kirayədə yaşamış iki fəhlə də onun gətirmiş olduğu şəxslərdəndir. Məhkəmə baxışı iclasında "xxxx" İstehsalat Birliyinin vəsatəti ilə şahid qismində dindirilmiş X14 ifadə verərək göstərdi ki, o, "xxxx" İB-nin Cənub Rİİ-nin əməkdaşıdır və həmin müəssisədə mühəndis vəzifəsində işləyir. 2022-ci ilin noyabr ayında qaz sayğaclarına baxış keçirilən zaman digər əməkdaşlarla birlikdə İddiaçı qeydiyyatda olduğu ünvanda küçə ərazisində quraşdırılmış sayğaca da baxış keçirmişlər. Həmin vaxt İddiaçı evi ilə qarşı-qarşıya yerləşən evlərin birindən bir qadın çıxıb onlara yaxınlaşmış və İddiaçı qohumu olduğunu demişdir. Onlar birlikdə İddiaçı həyətinə girib orada quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Həmin vaxt həyətdə 20 dən artıq şəxsin (tələbə olduqları ehtimal edilən) olduğunu görmüşdür. Bundan sonra sayğacdan kənar qoşulan qanunsuz xəttlərə baxış keçirmişlər və həmin vaxt QSSQ-dən (qeyri-standart su qızdırıcısı) başqa kənar qaz xəttinin istifadəsi halı aşkar edilməmişdir. Evdə quraşdırılmış qaz işlədicilərinin növü və sayı barədə isə həmin evdə yaşayan qızlardan məlumat almış, onlar evdə qaz sobasından istifadə etdiklərini demişlər. Belə ki, həmin vaxt evdə tələbə qızlar yaşadıqlarına görə onlar evin otaqlarına girməmişlər. İddiaçı Bakı şəhərində yaşadığı vaxtlarda həmin evdə sentyabr ayından başlayaraq 6 tələbə, ondan sonra da 2 fəhlə yaşamışdır. Məhkəmə baxışı iclasında "xxxx" İstehsalat Birliyinin vəsatəti ilə şahid qismində dindirilmiş X9 ifadə verərək göstərdi ki, o, "xxxx" İB-nin əməkdaşıdır və sayğac şöbəsinin rəisi vəzifəsində işləyir. İddiaçı məxsus evin yerləşdiyi ünvanda küçə ərazisində quraşdırılmış sayğaca 2023-cü ilin may ayında baxış keçirilməsində o özü də iştirak etmiş və həmin vaxt sayğaca bir ədəd kənar xətt qoşulmasını aşkar edib xətti bağlamışlar. Lakin həyətə və evə girə bilməmişlər, çünki həmin vaxt bir qadın onları qarşılamış, sonra da İddiaçı oğlu gəlmiş, narazılıq etdiyi və maneə törətdiyi üçün həyətə girə bilməmişlər. Bu səbəbdən də sayğacdan kənar xəttin neçə yerə paylanmasını müəyyən etmək mümkün olmamışdır. Qaz işlədicilərinin sayını isə həmin ünvanla bağlı əvvəlki tarixlərdə tərtib edilmiş aktların göstəricilərinə uyğunlaşdıraraq yazmışlar. Məhkəmə baxışı iclasında "xxxx" İstehsalat Birliyinin vəsatəti ilə şahid qismində dindirilmiş X15 ifadə verərək göstərdi ki, o, "xxxx" İB-nin əməkdaşıdır və satış rəisi vəzifəsində işləyir. 2023-cü ilin may ayında İddiaçı məxsus evin yerləşdiyi ünvanda küçə ərazisində quraşdırılmış sayğaca baxış keçirilməsində o da iştirak etmiş və həmin vaxt bir ədəd qanunsuz qaz xətti aşkarlanmışdır. Lakin münaqişə düşdüyü üçün Rasimin oğlu onları həyətin içərsinə buraxmamış və xəttin neçə yerə paylanmasını müəyyən edə bilməmişlər. Aralarında münaqişə baş verdiyi üçün hətta polis çağırmalı olmuşlar. Məhkəmə baxışı iclasında "xxxx" İstehsalat Birliyinin vəsatəti ilə şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, o, Azəriqaz” İB-nin Cənub Regional Qİİnin satışı və qaza nəzarət şöbəsinin böyük mütəxəssisi vəzifəsində işləyir. Sayğaclara nəzarəti həyata keçirərkən İddiaçı məxsus evin yerləşdiyi ünvanda küçə ərazisində quraşdırılmış sayğacın giriş kranının bağlı olduğunu görmüşlər. Həyətə girib bu barədə soruşanda evdə kirayə qaldıqlarını bildirən qızlar onları qarşılayıb evə aparmışlar və həmin vaxt onlar su qızdırıcısına qanunsuz olaraq yeraltı qaz xətti çəkilməsini aşkar etmişlər. Həmin xətt su qızdırıcısından əvvəl evin qaz xəttinə qoşulu olmuşdur. "xxxx" İB tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 1 ədəd DVD diskdə olan video görüntülərə məhkəmə iclas zalında olan komputer avadanlığından istifadə edilməklə tərəflərin iştrakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həyətdə olan QSSQ-də (qeyristandart su qızdırıcısı) qaz xəttinə sayğacdan kənar qoşulma ilə təbii qazdan faktiki istifadə edilir. "xxxx" İB-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi həmin görüntülərin xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus evin həyətində qeydə alındığını bildirmiş, iddiaçı özü də həmin görüntülərin Lənkəran şəhərində ona məxsus olan evə aid olduğunu etiraf etmişdir. Məhkəmə araşdırılması zamanı tərəflərin izahatları, şahidlərin ifadələri, həmçinin, iş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktların, dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli tələbnamələrin surətləri, abonentin saldosundan xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli çıxarışlar, fotoşəkillər, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən müəyyən edildi ki, Hüseynov X10 şəhəri Şəhidlər Xiyabanı ev 120 ünvanında qeydiyyatdadır. “Nəsimi 18” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışında isə İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri Nəsimi rayonunda yaşadığı qeyd edilmişdir. "xxxx" İB-nin X16 İstismar İdarəsinin Lənkəran sahəsinin əməkdaşları tərəfindən İddiaçı qeydiyyatda olduğu fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə baxış keçirilərək təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən aktlarda abonentin təbii qazdan sayğacdan kənar xətt vasitəsilə qeyri-qanuni olaraq istifadə etdiyinin aşkar olunması qeyd edilmişdir. "xxxx" İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında 3024 kub metr, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 31.687 kub metr və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında 48552 kub metr müəyyən edilmiş, həmin miqdarlarda təbii qazın dəyəri olaraq "xxxx" İB tərəfindən cəmi 9966.72 manat debitor borc hesablanaraq borcun ödənilməsi İddiaçı tələb edilmişdir. "xxxx" İB məhkəməyə müraciət etmək üçün 119,66 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödəmişdir. Hazırda iddiaçı Hüseynov X10 şəhərində ona məxsus evdə bir müddət kirayəçilərin qaldığını, özünün isə faktiki olaraq Bakı şəhərində yaşadığını, ona məxsus evin təbii qaz xəttinə sayğacdan kənar qoşulma halı aşkar olunsa da, həmin evdə olan qaz cihazlarından faktiki istifadə müddətinin və həcminin aktlarda qeyd edildiyindən xeyli az olduğunu bildirərək iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış təbii qazdan istifadə müqaviləsinə, qaz sayğacının yoxlanılması haqqında, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara, dəymiş ziyanın bərpasına dair tələbnaməyə və abonentin saldosuna istinad edir. Cavabdeh "xxxx" İB-nin nümayəndəsi iddiaçıya məxsus evin yerləşdiyi ünvanda olan təbii qazdan sayğacdan kənar istifadə edilməsi halına görə “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına uyğun olaraq hesabat aparıldığını, buna görə yaranmış 9966,72 manat debitor borcun indiyədək də ödənilmədiyini bildirir. "xxxx" İB İddiaçı iddia tələbinə etirazı olaraq, həmçinin, öz iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış təbii qazdan istifadə müqaviləsinin, qaz sayğacının yoxlanılması haqqında, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların, dəymiş ziyanın bərpasına dair tələbnamələrin surətlərini, abonentin saldosundan çıxarışları məhkəməyə təqdim etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin iddia tələblərinə münasibətini nəzərə alaraq və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Lənkəran X12 İdarəsi tərəfindən iddiaçının qeydiyyatda olduğu evdə təbii qazdan istifadə qaydaları ayrı-ayrı vaxtlarda yoxlanılarkən qaz xəttinə sayğacdan kənar qoşulma faktları aşkar edilmiş və bununla bağlı müvafiq aktlar tərtib edilmişdir. Qeyd olunan aktlarda iddiaçıya məxsus evdə istifadə olunan qaz cihazlarının sayı və növü də göstərilmişdir. İddiaçı özü həmin aktlara imza etməsə də, aktlarda qeyd olunan qaz cihazlarının bəzilərindən ona məxsus evdə, həqiqətən də, istifadə olunduğunu təsdiq etmiş, təbii qaz işlədicisi olan cihazların sayı və çeşidi ilə bağlı daha dəqiq məlumatların isə arvadı tərəfindən verilə biləcəyini qeyd etmişdir. Eyni zamanda, iddiaçı məhkəmə iclasında izahat verərkən ona məxsus evdə kirayəçi olaraq yaşayan şəxslər tərəfindən qaz xəttinə sayğacdan kənar qoşulma hallarının ola biləcəyini də etiraf etmişdir. Həmin fakt "xxxx" İB tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş video görüntülərdə də əks olunmuşdur. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evdə aşkar edilmiş, təbii qaz xəttinə sayğacdan kənar qoşulma faktları ilə bağlı qaz təchizatçısına dəymiş maddi ziyanın real məbləği iddiaçıdan tutularaq cavabdehin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə hazırki iş üzrə qaz təchizatçısına dəymiş maddi ziyanın miqdarını hesablayarkən ilk növbdə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" İB-nin Lənkəran X12 İdarəsinin əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda tərtib edilmiş aktların hər birinin nəticələrinə ayrı-ayrııqda hüquqi qiymət verilməlidir. Belə ki, "xxxx" İB-nin iddia tələbində xx.xx.2021-ci il tarixli ******* nömrəli aktda 3024 kub metr itirilmiş təbii qaz və onun dəyəri olaraq 338,04 manat maddi ziyan hesablandığı qeyd edilsə də, iddia tələbinin həmin hissəsi ilə bağlı "xxxx" İB tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə "xxxx" İB-nin iddia tələbinin həmin hissəsini sübuta yetirilməmiş hesab edir və qərara gəlir ki, iddia tələbinin xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3024 kub metr itirilmiş təbii qaz və onun dəyəri olaraq 338,04 manat maddi ziyan məbləğinin İddiaçı tutulmasına dair hissəsi təmin edilməməlidir. xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda iddiaçıya məxsus evdə 1 ədəd PQ-3, 2 ədəd PQ-4 markalı qaz cihazlarında, 2 ədəd dəmir soba, 1 ədəd divar sobası, 1 ədəd QSSQ (qeyri-standart su qızdırıcısı) və 1 ədəd İran sobasında təbii qazdan sayğacdan kənar qoşulma ilə istifadə edildiyi qeyd edilsə də, "xxxx" İB tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan video görüntülərdən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus evin qaz sayğacına və qaz xəttinə baxış keçirilərkən yalnız 1 ədəd QSSQ (qeyri-standart su qızdırıcısı) cihazında təbii qazdan sayğacdan kənar qoşulma ilə istifadə edildiyi müəyyən edilmiş, digər işlədicilərlə bağlı hər hansı qanunsuz qoşulma halı aşkar edilməmişdir. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, "xxxx" İB-nin iddia tələbinin xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış cəmi 31.687 kub metr itirilmiş təbii qaz və onun dəyəri olaraq 3802,44 manat maddi ziyan məbləğinin İddiaçı tutulmasına dair hissəsi qismən, yalnız 1 ədəd QSSQ (qeyri-standart su qızdırıcısı) cihazında təbii qazdan sayğacdan kənar qoşulma ilə istifadə edilməsinə görə itirilmiş təbii qaz və onun dəyəri həddində təmin edilməlidir. İddiaçıya məxsus olan, Lənkəran X12 İdarəsində abonent kimi onun adına qeydiyyata alınmış evdə təbii qazdan istifadə qaydalarının yoxlanılması ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın nəticələri, habelə, həmin vaxtda iddiaçıya məxsus evdə olan, təbii qaz işlədicisi cihazlarının sayı və çeşidi ilə bağlı məhkəmə qeyd edir ki, həmin aktda göstərilənlərlə bağlı video görüntü və ya buna bənzər sair sübut məhkəməyə təqdim edilməmiş, "xxxx" İB belə bir sübutun əldə edilə bilməməsini Lənkəran X12 İdarəsinin əməkdaşları tərəfindən evə baxış keçirilməsinə iddiaçının oğlu tərəfindən maneə törədilməsi ilə əlaqələndirmişdir. İddiaçı özü də məhkəmə iclasında həmin cihazların sayını dəqiq göstərməyərək bu barədə arvadının daha dəqiq məlumatlı olduğunu qeyd etmiş, onun vəsatəti əsasında məhkəmə iclasında şahid qismində ifadə verən arvadı İlahə Hüseynova isə onlara məxsus evdə mövcud olan təbii qaz işlədicisi cihazlarının sayı və çeşidi ilə bağlı iddiaçıdan fərqli (cihazların sayının iddiaçının qeyd etdiyindən daha çox olduğunu etiraf etməklə) ifadə vermişdir. İddiaçı və onun arvadının qeyd etdikləri arasında ziddiyyətlərin olması, "xxxx" İB-nin Lənkəran X12 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə qaz xəttinə baxış keçirilərkən bununla bağlı daha dəqiq və dürüst məlumat alınmasına isə məhz iddiaçının oğlu tərəfindən maneə törədilməsi iddiaçının evində xx.xx.2023-cü il tarixli aktda qeyd eilən qaz işlədicilərinin hamısının mövcud olduğunu deməyə əsas verir. Eyni zamanda, iddiaçının oğlu onlara məxsus fərdi yaşayış evinə "xxxx" İB-nin Lənkəran X12 İdarəsinin əməkdaşları tərəfindən öz səlahiyyətləri çərçivəsində baxış keçirib müvafiq akt tərtib etməyə imkan vermədiyindən məhkəmə aktda qeyd edilən təbii qaz işlədicilərinin hamısının qaz xəttinə sayğacdan kənar qoşulma ilə istifadə edilmiş olması faktını sübuta yetirilmiş hesab edir. Eyni zamanda, məhkəmə iddiaçının yaşadığı evdə aşkar edilmiş, təbii qaz xəttinə sayğacdan kənar qoşulma faktı ilə bağlı qaz təchizatçısına dəymiş maddi ziyanın (qaz sərfiyyatı) miqdarını müəyyən edərkən qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının yaşadığı evdə təbii qaz işlədicisi olan cihazlardan faktiki istifadəyə görə 180 gün və sutkalıq 24 saat ərzində sərfiyyat hesablanmaqla, bu cür hesablanma “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının tələbləri ilə əsaslandırılsa da, qaz işlədicilərindən gün ərzində mütəmadi olaraq 24 saat ərzində istifadə edilmiş olması inandırıcı deyildir. Belə ki, həmin qaz cihazlarının təyinatına görə bəziləri çay, yemək və digər qida növlərinin hazırlanmasında istifadə edildiyindən gün ərzində səhər yeməyi, nahar, şam yeməyi, habelə, uşaq qidaları, pəhriz qidalar, desert və sair ərzaqların hazırlanması üçün, digərləri isə istilik sisteminin təchizi və isti su əldə edilməsi üçün istifadə edildiyindən qeyd olunan qaz cihazlarından gün ərzində 24 saat ərzində intensiv şəkildə deyil, orta hesabla 12 saat ərzində istifadə edilməsi ağlabatandır. Bununla yanaşı, məhkəmə həmin qaz cihazlarının gündəlik tələbatda istifadə edilən avadanlıqlar olmasını nəzərə alaraq onlardan xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli aktlarda qeyd edildiyinə uyğun olaraq 180 gün və ya 170 gün ərzində istifadə edilmiş olması faktını qəbul edir. Qeyd olunan əsaslarla məhkəmə iddiaçının yaşadığı evdə təbii qaz xəttinə sayğacdan kənar qoşulmaya görə qaz sərfiyyatının miqdarını hər gün 12 saat üçün və aktlara uyğun olaraq 180 gün və 170 gün ərzində hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın hazırki iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyasına görə 2.11-2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin qaydaların 3.1.7-ci bəndində qeyd edilmişdir ki, qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır. Həmin qaydaların 5.6-cı bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına əsasən istehlakçı tərəfindən sayğacdan əvvəl qaz xəttinə qoşulma ilə qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla da xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında "xxxx" İB-nə ödənilməli olan maddi ziyan məbləği 1 ədəd QSSQ (qeyri-standart su qızdırıcısı) cihazında təbii qazdan sayğacdan kənar qoşulma ilə istifadə edilməsinə görə 4320 kub metr (8640:2=4320) itirilmiş təbii qaz və onun dəyəri olan 518,40 manat (4320x0,12=518,40) həddində müəyyən edilməli, həmin məbləğ İddiaçı tutularaq "xxxx" İB-nin hesabına ödənilməlidir. xx.xx.2023-cü il tarixli akt əsasında "xxxx" İB-nə ödənilməli olan maddi ziyan məbləği isə 1 ədəd PQ-3, 2 ədəd PQ-4 markalı qaz cihazları, 2 ədəd dəmir soba, 1 ədəd divar sobası, 1 ədəd QSSQ (qeyri-standart su qızdırıcısı) və 1 ədəd İran sobasında təbii qazdan sayğacdan kənar qoşulma ilə istifadə edilməsinə görə cəmi 24.276 kub metr (48552:2=24.276) itirilmiş təbii qaz və onun dəyəri olan 2913,12 manat (24.276x0,12=2913,12) həddində müəyyən edilməli, həmin məbləğ də İddiaçı tutularaq "xxxx" İB-nin hesabına ödənilməlidir. Belə olan halda, xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış 3024 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 338,04 manat, xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 31.687 kub metr itirilmiş təbii qazın 27.367 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 3284,04 manat və xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 48.552 kub metr itirilmiş təbii qazın 24.276 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 2913,12 manat - cəmi 6535,20 manat debitor borc silinməli, İddiaçı iddia tələbi də həmin miqdarda təbii qaz və onun dəyəri olan debitor borc həcmində təmin edilməli, digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iş üzrə İddiaçı öz iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddiaçı olaraq qanunvericiliyə görə məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs olsa da, digər iddia tələbi üzrə cavabdeh olduğuna görə həmin iddia tələbinin ödənilmiş hissəsinə mütənasib olaraq ondan dövlət rüsumu tutulmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla, "xxxx" İB-nin iddia tələbinin dövlət rüsumunun tutulmasına dair hissəsi də qismən təmin edilməli, İddiaçı tutulmalı olan cəmi 3431,62 manat debitor borca mütənasib olaraq, "xxxx" İB tərəfindən iddia ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 119,66 manat dövlət rüsumu məbləğinin 54,32 manatdan ibarət hissəsi və 0,40 manat bank xidmət haqqı İddiaçı tutularaq "xxxx" İB-nə qaytarılmalı, 119,66 manat dövlət rüsumu məbləğinin 65,34 manatdan ibarət hissəsi isə "xxxx" İB-nin özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı iddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış 3024 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 338,04 manat, xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 31.687 kub metr itirilmiş təbii qazın 27.367 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 3284,04 manat və xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 48.552 kub metr itirilmiş təbii qazın 24.276 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 2913,12 manat cəmi 6535,20 manat debitor borc silinsin. İddiaçı iddia tələbinin digər hissəsi təmin edilməsin. "xxxx" İstehsalat Birliyinin iddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı evdə təbii qazdan istifadəyə görə xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış 31.687 kub metr itirilmiş təbii qazın 4320 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 518,40 manat və xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 48.552 kub metr itirilmiş təbii qazın 24.276 kub metrdən ibarət hissəsi və onun dəyəri olan 2913,12 manat - cəmi 3431,62 manat borc, "xxxx" İstehsalat Birliyi tərəfindən iddia ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 119,66 manat dövlət rüsumu məbləğinin 54,32 manatdan ibarət hissəsi və 0,40 manat bank xidmət haqqı - cəmi 3486,34 manat məbləğ İddiaçı tutularaq cavabdeh "xxxx" X3 Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** nömrəli hesabına ödənilsin. "xxxx" İstehsalat Birliyi tərəfindən iddia ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 119,66 manat dövlət rüsumu məbləğinin 65,34 manatdan ibarət hissəsi cavabdeh "xxxx" İstehsalat Birliyinə aid edilsin. "xxxx" İstehsalat Birliyinin iddia tələbinin digər hissəsi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(049)-87/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-87/2024
11.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver