Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-89/2023 04.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı «Azəriqaz» İB-nin cavabeh X1 “Qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında 04 may 2023-cü il tarixdə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «Azəriqaz» İB-nin cavabdeh X1 qarşı “Qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəməyə ərizə verərək iddia ərizəsinin baxılmamış saxlanılmasını və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaхtı və yеri barəsində cavabdеh lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat vеrməmişdir. Məhkəmə оnun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Rеspublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə оnun iştirakı оlmadan baхılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, onun ərizəsi təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmaqla ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, ekspertiza xərci iddiaçıya aid edilməli və ondan tutularaq Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə onu da qeyd edir ki, işdə olan Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/201 saylı ekspert rəyindən və ona əlavə edilmiş bildirişdən görünür ki, X3 tərəfindən inşa edilmiş ticarət obyektinin “Azəriqaz” İB-nə məxsus yerüstü qaz xəttinin mühafizə zonasına düşmədiyi müəyyən edillir. Ekspertiza xərci 100 manat təşkil eləyir. Ekspertiza rəyi ilə cavabdeh haqlı hesab edildiyindən 100 manat ekspertiza xərci iddiaçıdan tutulmalısdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «Azəriqaz»İB-nin ərizəsi təmin edilsin. İddiaçının X1 qarşı “Qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmaqla iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. 100 manat ekspertiza tədqiqatının dəyəri iddiaçı«Azəriqaz»İB-nə aid edilsin və ondan tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(049)-89/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-89/2023
04.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver