Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-895/2024 09.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, İddiaçı, cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 65 manat məbləğində pulun və 31 manat dövlət rüsumunun cəmi 96 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh xx xxxx 1956-cı il tarixdə Lənkəran rayonu, Lüvəsər kəndində anadan olmuşdur. Əvvəllər Cavabdeh tanımamış və onunla heç bir tanışlığı yoxdur. Özü də xəstə adamdır. Telefon almaq üçün Lənkəran Mərkəzi Bazarda yerləşən telefon dükanına getmiş və telefon almaq istədiyini demişdir. Həmin vaxt dükanda işləyən Cavabdeh ona 50 manat məbləğində “Samsung” markalı işlənmiş telefon təklif etmişdir. O də xəstə adam olduğu üçün və telefonda başı çıxmadığı üçün onun təklif etdiyi telefonu almaq qərarına gəlmişdir. Dükanda işləyən iş üzrə Cavabdeh telefonu ona satarkən bildirmişdir ki, əgər telefonda hər hansı problem olsa, qaytarar. Sonra görmüşdür ki, telefonun ekranında problem var, Cavabdeh telefonun ekranını düzəltmək üçün ondan əlavə olaraq 5 manat pul almışdır. Lakin o, görmüşdür ki, telefon işləmir, dükana gələrək telefon qaytarmaq istəmişdir. Lakin Cavabdeh müxtəlif bəhanələrlə nə telefonu geri qaytarmış və nə də onun pulunu qaytarmamışdır. Buna görə də o bununla bağlı Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət etmiş, orada onun şikayəti əsasında araşdırma aparılandan sonra ona demişlər ki, şikayət ərizəsi üzrə araşdırma mülki xarakterli olduğu üçün mülki qaydada məhkəməyə müraciət etməlidir. Lənkəran ŞRPŞ-də araşdırma zaman Cavabdeh ona telefonu satdığını bildirmişdir. Hazırda Cavabdeh ona satdığı xarab telefonun pulunu qaytarmaqdan imtina etdiyi üçün o hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdiki, telefon almaq üçün Lənkəran Mərkəzi Bazarda yerləşən telefon dükanına getmiş və telefon almaq istədiyini demişdir. Həmin vaxt dükanda işləyən Cavabdeh ona 50 manat məbləğində “Samsung” markalı işlənmiş telefon təklif etmişdir. O, da xəstə adam olduğu üçün və telefonda başı çıxmadığı üçün onun təklif etdiyi telefonu almaq qərarına gəlmişdir. Dükanda işləyən iş üzrə Cavabdeh telefonu ona satarkən bildirmişdir ki, əgər telefonda hər hansı problem olsa, qaytararsan. Sonra görmüşdür ki, telefonun ekranında problem var, Cavabdeh telefonun ekranını düzəltmək üçün ondan əlavə olaraq 5 manat pul almışdır. Lakin o görmüşdür ki, telefon işləmir, dükana gələrək telefon qaytarmaq istəmişdir. Lakin Cavabdeh telfonu qəbul etməmiş və pulunu da qaytarmamışdır. Cavabdeh izahatını yazılı şəkildədə də məhkəməyə təqdim etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, xəstə olduğu üçün mobil telefonu aldığı tarixi, habelə mobil telefonu qaytarmaq istədiyi tarixi xatırlamır. O, mobil telefonu 50 manata almış, 5 manat isə sonradan düzəltməyə vermişdir, lakin iddia ərizəsində niyə 65 manat tələb etdiyini bilmir. O, pulunu tələb edir, buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, Lənkəran Mərkəzi Bazarda yerləşən telefon dükanında satıcı işləyir. 2023-cü ilin avqust ayının əvvəlində iddiaçıya 50 manata işləmiş mobil telefon satmışdır, əslində isə mobil telefonun qiyməti 80 manat olmuşdur. O, iddiaçıya On dörd gün ərzində problem olarsa düzəldəcəyini bildirmişdir. Lakin buna baxmayaraq təxminən bir ay sonra iddiaçı onun işlədiyi mağazaya gələrək mobil telefonun ekranın sındığını bildirib pulunu tələb etmiş, o da, mobil telefonu düzəldə bilməyəcəyini və müddət keçdiyi üçün mobil telefonu geri ala bilməyəcəyini bildirmişdir. Sonradan polis şöbəsinə dəvət olunan zaman da bu məzmunda izahat vermişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2023-cü il tarixli Lənkəran ŞRPŞ-nın məktubundan görünür ki, İddiaçı mülki qaydada məhkəməyə müraciət etməsi hüququnu olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış cavdehin ŞRPŞ-ya verdiyi izahatdan görünür ki, iddiaçı ondan aldığı 80 manat dəyərindi olan telefonu cavabdehə 50 manata satmışdır. Bir ay keçəndən sonra iddiaçı həmin telefonu geri qaytarılmasını, mobil telefonu istəmədiyini bildirmişdir. Onunıla razılaşmadığını və həmim telefonun bir həftə ərzində hər hansı problemi olduğu halda geri qaytarılmasını bildirmişdir və telefonu ondan qəbul etməmişdir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iddiaçının tələbini və həmin tələbi təsdiq edən dəlil kimi təqdim etdiyi sübutları, habelə cavabdehin izahatını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə, sübutlara qiymət verərkən ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə, Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş yeganə sübutun (cavabdehin polis şöbəsində vediyi izahatı) iş üzrə mötəbərliyi, mümkünlyü və yetrəliliyi kifayət qədər deyil. Belə ki, məhkəməyə iddiaçının iddiasının təsdiq edilməsinin əsası kimi təqdim edilmiş izahatda cavabdeh baş vermiş hadisə haqqında məlumat verir, hər hansı hüquq pozuntusuna yol vermədiyini bildirir. Eyni zamanda, hazırkı iş üzrə iddiaçı tərəfindən hadisənin nəvaxt baş verməsi, hüquq pozuntusunun nə zaman olması, hansı müddətdə ərzində cavabdehin hərəkətlərinin nədən ibarət olması haqqında məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhz göstərilənlər baxımından, habelə iddiaçı tərəfindən başqa sübut- şahid ifadəsi, telefon danışığı, foto, video - təqdim edilməməsini və MPM-nin yuxarda şərh olunan 14.2 və 77.1-ci maddələrinə əsasən iddianın təmin edilməsi əsassız və qanunsuzdur. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə və MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-895/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-895/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver