Məhkəmə qərarları › İş №2(049)-904/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-904/2025

02.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-904/2025 02.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X77, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X31 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı miras əmlakın tərəfindən qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəmnəyə müraciət edərək mərhum əri X13 miras əmlak olan VAZ-21074 markalı 42-BK 024 dövlət qeydiyyat nömrə nişanlı avtomaşından miras payın tam şəkildə müəyyən edilərək ona verilməsi və müvafiq şəhadətnamənin verilməsinin Cavabdeh1nə həvalə edilmısi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 04.05,1955-ci il tarixdə Lənkəran rayonu Narbağı kəndind doğulmuşdur. Lənkəran rayonu, Rvo kənd sakini X32 ilə qeyri-rəsmi nikaha daxil olaraq evlənmişlər. Nikahı isə 10 yanvar 1975-ci il tarixdə Lənkəran rayonunun Rvo kənd sovetində 02 sayla rəsmiləşdirmişlər. Birgə nikahdan 05 (beş) uşaqları doğulmuşdur. Onun əri bundan əlavə Lənkəran rayonu Hafloni qəsəbə sakini Cavabdeh2 ilə qeyri rəsmi nikaha daxil olaraq ondan da Damla adlı bir qızı uşağı doğulmuşdur. Damla hazırda bir yaşındadır və yetkinlik yaşına çatmamışdır. X12 28 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Hələ ərinin sağlığında o öz vəsaiti hesabına VAZ-21074 markalı ** BK *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın almışdır. Lakin X12 ailə başçısı olduğu üçün və onun sürücülük vəsiqəsi olmadığı üçün həmin avtomaşını mərhum X12nun adına rəsmiləşdirmişlər. Bundan əlavə o, X12 vəfat edəndən sonra onun bütün əmlakını onun rəsmi arvadı kimi və bir vərəsə kimi faktiki olaraq o, qəbul elmiş və hazırda da o əmlakdan istifadə edir. Onun digər vərəsələri mirası qəbul etməmişlər və bu vaxta kimi bununla bağlı notariusa da müraciət etməmişlər. Hazırda isə oğlu X44 o, miras əmlakın bölgüsü ilə bağlı Cavabdeh1nə müraciət etmiş, lakin vərəsələr notariusa getmədikləri üçün, orada vərəsəlik işi açılsa da, vərəsələr arasında mübahisə olduğu müəyyən edildiyindən notarius imtina məktubu vermişdir. Bundan sonra o, notariusa müraciət etmiş və həmin məktubu ona təqdim edərək məhkəməyə müraciət elməyi tövsiyyə etmişlər. Ona görə də məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü madəsinə əsasən iddia həcmini artıraraq əri X37 ilə birgə nikah dövründə əldə edilmiş miras əmlaklar olan 6200 manat dəyərində olan VAZ-21074 markalı ** BK *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin və 11900 manat dəyərində olan 2001-ci il buraxılışı Kamaz 65115 markalı ** BP *** dövlət qetdiyyat nömrə nişanlı yük maşının həmin əmlakların dəyərinin qanun üzrə vərəsələr arasında bölünməsi ,digər vərəsələrə düşən paya münasibətdə dəyəri pul müqabilində tərəfindən hər bir vərəsəyə ödənilməsi, digər vərəsələrin mülkiyyət hüquqlarına xitam verilməklə həmin nəqliyyat vasitələrinin onun mülkiyyətinə verilməsi və qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinin Cavabdeh1nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, X32 ilə birgə nikahdan 6 uşağı olmuş, lakin Ümid adlı oğlu ərindən əvvəl vəfat etmişdir. Hazırda beş uşağı vardır. İddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X51 iddianıın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə Cavabdeh2 qızna məlumat verilməsinə baxmayaraq məhkəmə baxış iclaslarına gəlməmiş, gəlməməsi barədə də məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, X32 nikah bağlamadan faktiki ailə münasibətlərində olmuş və bu münasibətdən xx.xx.2013-cü il tarixdə Damla adında qızı doğulmuşdur. O, qızının payını tələb edir, iddianı qəbul etmir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə Cavabdeh1nə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclaslarına iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan Cavabdeh1ndə xx.xx.2024-cü il tarixli (**********221) saylı ərizədən görünür ki, X44 atası X13 qalmış miras payı qəbul etmiş və bununla bağlı ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş etmişdir. İş materiallarında olan Lənkəran şəhər İHB-nın Rvo kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan gorünür ki, Lənkəran rayon Rvo kənd sakini mərhum X37 barəsində ondan ötrü ki, həqiqətən rəsmi sənədən əsasən mərhumun adı, soyadı atasının adı X20r. Rvo, Mollakənd Əşlə kəndlərində X45 adlı şəxs yoxdur. İş materiallarında olan Cavabdeh1 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli vəfat etmiş X15 qalmış mirasın bölgüsü ilə bağlı vərəsələr arasında mübahisə olduğundan notariat əməliyyatı dayandırılmışdır. Mübahisənin həlli və mirasın bölgüsü ilə bağlı müvafiq qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Lənkəran şəhər İHB-nın Rvo kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum X37 xx.xx.2024-cü il tarixdə vəfat etmiş daimi yaşayış yeri Lənkəran rayonun Rvo kəndi olmuş onun vərəsələri arvadı X55, oğlu, X46, qızları Muradova (Hüseynova) Güldəstə Əliəşrəf qız, Şıxıyeva (Hüseynova) Şəfayət Ələşrəf qızı, Fərəcova (Hüseynova) Gülafət Əəşrəf qızı,X47,oğlu X33r. İş materiallarında olan Qeydiyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki,VAZ- 21074 minik markalı 42BK024 nömrəli maşın X18 mülkiyyətindədir. İş materiallarında olan Qeydiyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Kamaz-65115 yük ** BP *** nömrəli maşın X18 mülkiyyətindədir. İş materiallarında olan Cənub qiymətləndirici MMC-nin xx.xx.2025-ci il tarixli Nəqliyyat vasitələrinin qiymətləndirilməsi haqqında rəydən görünür ki, Kamaz 65115 markalı yük Avtomobilin qiyməti likvid dəyəri 11900 mant və VAZ 21074 markalı minik avtomobilinin likvid dəyəri 6200 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-İ 316634 nömrəli nikah haqqında şəhadətnaməsindən görünür ki, X52 ilə X38 arasında nikah xx.xx.2007-ci il tarixli, 76 nömrəli nikah akt qeydi ilə Lerik Rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Fərəcov, arvada Fərəcova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 485367 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1983-cü il tarixdə X2 rayono Rvo kəndində doğulmuşdur. X37, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 383759 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1981-ci il tarixdə X5 rayono Rvo kəndində doğulmuşdur. X45, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-İ 060263 nömrəli nikah haqqında şəhadətnaməsindən görünür ki, X56 ilə X39 arasında nikah xx.xx.2004-cü il tarixli, 01 nömrəli nikah akt qeydi ilə Lənkəran ŞİHB-nın Rvo kənd üzrə icra nümayəndəliyində rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Şıxıyev, arvada Şıxıyeva soyadı verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 307226 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1978-ci il tarixdə X6 rayono Rvo kəndində doğulmuşdur. X45, anası X48r. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 495401 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1977-ci il tarixdə X7 rayono Rvo kəndində doğulmuşdur. X37, anası X48r. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-İ 060480 nömrəli nikah haqqında şəhadətnaməsindən görünür ki, X57 ilə X21 arasında nikah xx.xx.2003-cü il tarixli, 558 nömrəli nikah akt qeydi ilə Lənkəran Şəhər Nikah Evində rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Muradov, arvada Muradova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 457440 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1975-ci il tarixdə X1 rayono Rvo kəndində doğulmuşdur. X32, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 279829 nömrəli nikah haqqında şəhadətnaməsindən görünür ki, X32 ilə X58 arasında nikah xx.xx.1975-ci il tarixli, 02 nömrəli nikah akt qeydi ilə Lənkəran rayon Rvo kənd sovetində rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 201940 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il tarixdə X8 çəhərində doğulmuşdur. X32, anası Cavabdeh2dır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Qeydiyyat Şöbəsini verdiyi 239531 saylı Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X3 Damla Əliəşrəf qızının atası hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Qeydiyyat Şöbəsinin verdiyi 407533 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki,X37 xx.xx.2024-cü il tarixdə Mikard infaktı səbəbindən vəfat etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 345758 saylı Lənkəran ŞİHB-nın Rvo kənd üzrə icra nümayəndəliyində verdiyi “doğum haqqında şəhadətnamədən” görünür ki, X64 xx.xx.1997-ci il tarixdə Lənkəran rayon Rvo kəndində doğulmuş atası X65 anası X4r. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 276066 saylı Lənkəran ŞİHB-nın Rvo kənd üzrə icra nümayəndəliyində verdiyi “doğum haqqında şəhadətnamədən” görünür ki, X59 xx.xx.1995-ci il tarixdə Lənkəran rayon Rvo kəndində doğulmuş atası X60 anası X4r. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Qeydiyyat Şöbəsinin verdiyi 391523 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X65 xx.xx.2023-cü il tarixdə Mədənin yenitörəməsi səbəbindən ilə vəfat etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 356189 nömrəli nikah haqqında şəhadətnaməsindən görünür ki, X65 ilə X10 arasında nikah xx.xx.1994-cü il tarixli,11 nömrəli nikah akt qeydi ilə Lənkəran ŞİHB-nın Rvo kənd üzrə icra nümayəndəliyində rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan Lənkəran şəhər İHB-nın Rvo kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışdan gorünür ki, Lənkəran rayon Rvo kənd sakini mərhum X60 xx.xx.2023-cü il tarixdə vəfat etmişditr. Onun arvadı X11 və X9 Elnur Ümüd oğlu adlı vərəsələri vardır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 217.2.1-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir; Həmin Məcəllənin 1163-ci maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-ci maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-ci maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-ci maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1198-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan, eyni zamanda vəsiyyət tapşırığını (leqatı) alan şəxs vəsiyyət tapşırığından imtina edərsə, məcburi pay tələb edə bilər. Əgər o, vəsiyyət tapşırığından imtina etməzsə, məcburi paya hüququnu vəsiyyət tapşırığının dəyəri həddində itirir. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. MM-nin 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-nin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-nin 1273-1-ci maddəsinə əsasən, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat kontorunun, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydə alındığı limanın yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Həmin Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.” Məhkəmə iclasında müəyyən edildi ki, miras qoyan şəxs X37 28 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Buna görə də, MM-nin qüvvədən düşmüş maddələrinin hazırkı iş üzrə tətbiqi yolverilməzdir. Bu baxımdan məhkəmə hesab edir ki, miras qoyan şəxs X18 arvadı və yeddi uşağı mirasdan imtina etmədiyi üçün onun vərəsəsi hesab edilməli və miras əmlak kimi VAZ-21074 markalı ** BK *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin və Kamaz 65115 markalı ** BP *** dövlət qetdiyyat nömrə nişanlı yük maşının üzərində vərəsələrin payı müəyyən edilməlidir. Paylar müəyyən edilərkən mərhum X14 arvadının ½ hissəsi saxlanılmalı və qalan hissəyə isə hər bir vərəsəyə 1/8 hissə müəyyən edilməli və eyni zamanda qalan 1/8 hissəyə də İddiaçı da payı müəyyən edilməlidir. Bununla da, məhkəmənin qənaətinə əsasən, VAZ-21074 markalı ** BK *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin və Kamaz 65115 markalı ** BP *** dövlət qetdiyyat nömrə nişanlı yük maşının üzərində hər iki avtomobilə münasibətdə 1/2 hissədə İddiaçı, 1/8 hissədə İddiaçı, 1/8 hissədə X24, 1/8 hissədə X16, 1/8 hissədə X25, 1/8 hissədə X26, 1/8 hissədə X19, 1/8 hissədə X40, 1/8 hissədə X23 payı müəyyən edilməli, bununla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli, şəhadətnamənin verilməsi vəzifəsi Cavabdeh1nə həvalə edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. 28 fevral 2024-cü il tarixdə ölmüş X13 miras qalmış əmlaka VAZ-21074 markalı ** BK *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin və Kamaz 65115 markalı ** BP *** dövlət qeydiyyat nömrə nişanlı yük maşının hər birinə və hər iki avtomobilə münasibətdə 1/2 hissədə İddiaçı, 1/8 hissədə İddiaçı, 1/8 hissədə X27, 1/8 hissədə X16, 1/8 hissədə X25, 1/8 hissədə X26, 1/8 hissədə X28, 1/8 hissədə X40, 1/8 hissədə X23 payı müəyyən edilsin, vərəsələrin payına uyğun vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin, şəhadətnamənin verilməsi vəzifəsi Cavabdeh1nə həvalə edilsin. İddianın qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar