Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-915/2023 13.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 cavabdeh “aktın etibarsız sayılması və cərimənin silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 24 aprel 2020-ci il tarixli 168323 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1.933.57 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı Lənkəranı rayonu Kərgəlan kəndində yerləşən evinə elektrik xətti çəkilərək elektrik sayğacı da quraşdırılıb və Cavabdeh-nin **********00257 nömrəli abonentidir. Evdə istifadə etdiyi enerjinin pulunu da həmişə vaxtında ödəmişdir. 2020-ci ilin aprel ayında Azərişıq əməkdaşları yaşadığımı kənddə köhnə sayğacları yeni kart tipli sayğaclarla əvəz etdilər. Həmçinin iddiaçının evinə quraşdırılan abunə kodu **********00257 olan köhnə sayğacı da yenisi ilə əvəz etmişlər. Yeni sayğac quraşdırdıqdan sonra hər dəhə karta pul ödəniş edəndə həmin pulun yarısı dərhal silinmişdir. Daha sonra Lənkəran elektrik şəbəkəsinə müraciət etmişdir və ona məlum olmuşdur ki, sayğac dəyişdirildikdən sonra onu 1.933 AZN cərimə ediblər. Həmin aktın surəti ona veriləndə görmüşdür ki, həmin aktda güya xüsusi açar vasitəsilə sayğacı dövrədən kənarlaşdırdığı yazılıb və bu səbəbdən də cərimə edilmişdir. Sayğac küçədə yerləşir, o, sayğacı zədələləməmişdir, nə də ki, sayğacın möhürünə və ya hər hansı digər hissəsinə müdaxilə etməmişdir. Sayğac dəyişdiriləndə ona bu barədə heç bir məlumat verilməmişdir. Odur ki, mübahisəli akt saxtadır, həqiqəti əks etdirmir və bu səbəbdən etibarsız hesab olunmalıdır. İddiaçı məhkəmə baxışında iştirak edərək iddia tələbini müdafiə etmişdir və izahatında əlavə olaraq bildirmişdir ki, o, heç vaxt elektrik sayğacına müdaxilə etməmişdir, istifadə etdiyi elektrik enerjisinin pulunu hər zaman vaxtında ödəmişdir. Onun üçün hesablanmış 1.933 manat borc tamamilə əsassızdır. Belə ki, həmin borc ona bir illik dövrə dair hesablanmışdır, lakin hər ay ərazi üzrə nəzarətçi sayğaca baxış keçirdiyindən əgər onun tərəfindən belə bir pozuntu, müdaxilə faktı qeydə alınsaydı həmin vaxt bu barədə tədbir görülərdi. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə baxışında iştirak edərək izahatlnda bildirmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində olan elektrik sayğacına baxış zamanı müəyyən edilmişdir ki, sayğacın giriş faza xətti xüsusi açar vasitəsilə avtomatın çıxışına birbaşa qoşularaq sayğac dövrədən kənarlaşdırılmışdır. Bu barədə 24 aprel 2020-ci il tarixdə bu barədə müvafiq akt tərtib edilmişdir və bunun əsasında müvafiq komissiya tərəfindən abonent üçün 1.933 manat 57 qəpik borc hesablanmışdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 24 aprel 2020-ci il tarixli, 168323 saylı aktın surətindən görünür ki, Lənkəran rayonu, Kərgəlan kəndində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğacın giriş faza xətti xüsusi açar vasitəsilə avtomatın çıxışına birbaşa qoşularaq sayğacın dövrədən kənarlaşdırılması müəyyən edilmişdir. Həmçinin sayğacdan kənar xəttin ləğv edilməsi və elektrik sayğacının çölə çıxarılması aktda qeyd edilmişdir. İş materiallarında olan 26 aprel 2020-ci il tarixli qərardan (tələbnamədən) görünür ki, Lənkəran rayonu, Kərgəlan kəndində yaşayan “**********00257” nömrəli abonent üçün “sayğacın dövrədən kənarlaşdırılması” səbəbindən elektrik enerjisindən 365 günlük istifadəyə dair 1.933 manat 57 qəpik borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Eyni qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 24 aprel 2020-ci il tarixli, 168323 saylı aktda “sayğacın giriş faza xəttinin xüsusi açar vasitəsilə avtomatın çıxışına birbaşa qoşularaq sayğacın dövrədən kənarlaşdırılması”nın müəyyən edildiyi qeyd edilsə də bu fakta dair iş materiallarına heç bir mötəbər sübut əlavə edilməmiş və cavabdehin nümayəndəsi tərəfindən də məhkəməyə təqdim edilə bilməmişdir. Həmçinin cavabdeh tərəfindən iddiaçı üçün qeyd edilən akt əsasında “sayğacın dövrədən kənarlaşdırılması” səbəbindən elektrik enerjisindən 365 günlük istifadəyə dair borc hesablanmışdır ki, bu hal da «X1 Qaydalarının 8.2-ci bəndinin tələbinə uyğun deyil. Qeyd edilənlənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin olunsun. Cavabdeh "xxxx" ASC-nin əməkdaşarı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, R seriyalı, 168323 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış (abunə kodu: **********00257) 1933 (min doqquz yüz otuz üç) manat 57 (əlli yeddi) qəpik borc silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-915/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-915/2023
13.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver