Məhkəmə qərarları › İş №2(049)-940/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-940/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-940/2024 29.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X16 Əhmədağa oğlunun sədrliyi, Məhkəmənin iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2 nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Vəkil, cavabdehlər Cavabdeh3 və Lənkəran rayon 1 saylı Notariat ofisinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və ünvan 1 qarşı xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında aparılan bütün əməliyyatların etibarsız hesab edilməsi barədə dair mülki işə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və ünvan 1 qarşı iddia ərizəsi ilə müraciət edərək xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun əsasında aparılan bütün əməliyyatların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra İddiaçı2 nümayəndəsi Vəkil iddia tələbinin dəyişdirlməsinə dair ərizə verərək xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında aparılan bütün əməliyyatların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, o, iddiaçı Məmmədov X10 rayonu, Vilvan kəndində yerləşən torpaq sahəsini qardaşı olan Cavabdeh2 ilə aralarında razılaşaraq, faktiki olaraq almışdır. O, torpaq sahəsini almaqdan ötrü qardaşına pul ödəmiş və həmin mülkiyyət ona verilməli idi. Lakin daha sonra torpaq sahəsi ilə bağlı mülkiyyət sənədlərini rəsmiləşdirmək istədiyi zaman ona məlum olmuşdur ki, həmin torpaq sahəsi ondan başqa da kiməsə satılmışdır. Bu səbəbdən də hüquqlarının bərpasından ötrü hazırda məhkəmə müdafiəsindən istifadə edir. Digər İddiaçı2 bildirir ki, JN-624 saylı (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ünvan 2i ərazisində 0.43 ha kənd təsərrüfatı təyyinatlı torpaq sahəsi mövcuddur. Həmin akta əsasən torpaq sahəsi Cavabdeh2, X2, X3 və onun paylı mülkiyyətlərində olmuşdur. Lakin buna baxmayaraq onun heç bir məlumatı və razılığı olmadan həmin torpaq sahəsi Cavabdeh3 satılmışdır. Belə ki, 09 sentyabr 2015-ci il tarixdə Cavabdeh2, X7, X4 və Cavabdeh3 arasında AN -İ№ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədə torpaq sahəsini satanların sırasında onun da adı qeyd olunmuşdur. Onun əvəzinə həmin müqaviləyə, güya onun verdiyi etibarnamə əsasında atası Cavabdeh2 imza atmışdır. Lakin o, heç bir etibarnamə verməmiş, müqavilədə qeyd olunan etibarnamə isə tamamilə saxtalaşdırılaraq onun adının qeyd edildiyi bir etibarnamədir. Sözügedən həmin etibarnamənin dublikatını notariusdan alaraq iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edir. Bildirir ki, etibarnamənin verildiyi tarixdə onun ümumiyyətlə pasportu belə olmamışdır. O, Rusiya Federasiyasında pasportu 2016-cı ildə almışdır. Pasportun alınması ilə bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Kurqan şəhəri bölüməsi tərəfindən verilmiş arayışı da iddia ərizəsinə qoşma olaraq əlavə edir. Həmin arayışdan da görünür ki, o, pasportu xx.xx.2016-cı ildə Rusiya Federasiyasının vətəndaşı olaraq əldə etmişdir. Bundan əlavə Kurqan vilayətinin Notariusundan əldə etdiyi Çıxarışdan da görünür ki, sözügedən etibarnamə X8 və X4 tərəfindən verilmişdir. Həmin etibarnamənin əsli onun tərəfindən verilməmiş və orada onun adı qeyd edilməmişdir. Sözügedən ünvan 2ində yerləşən torpaq sahəsini hələ bir neçə il bundan əvvəl atası tərəfindən faktiki olaraq əmisi İddiaçı1 satılmışdır və bunun müqabilində ondan pul almışdır. Buna baxmayaraq həmin alqı-satqını rəsmiləşdirməmiş və torpaq sahəsini yenidən Cavabdeh3 adlı şəxsə notarial qaydada, alqı-satqı müqaviləsi bağlayaraq satmışdır. Bütün yuxarıda qeyd etdiklərindən də göründüyü kimi, onun adımdan saxtalaşdırılmış etibarnamə hazırlanaraq paylı mülkiyyətində olan ünvan 2ində yerləşən torpaq sahəsi qanunsuz olaraq satılmış, bununla da onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Bu səbəbdən də hal-hazırda o, pozulan hüquqlarının bərpa olunması məqsədi ilə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı1 iddiasını müdafiə edərək əlavə olaraq bildirdi ki, qardaşı İltimat ondan borc pul istəmiş, o da, qardaşına borc pul vermiş, qardaşı da bunun müqabilində ona mübahisəli torpağın sənədlərini vermişdir. Sonradan qardaşından borc pulunu geri istədikdə, qardaşı onu qaytara bilmədiyini bildirmişdir. Torpağı adına sənədləşdirmədiyi üçün onu satıb pulunu geri götürə bilməmişdir. Buna görə də, qardaşının adına olan torpaq sahəsinə müştəri axtarmışdır. Müştəri kimi Cavabdeh3 qardaşı ilə tanış etmiş, qardaşı rəsmi qaydada alqı-satqı müqaviləsi bağlayaraq həmin torpaq sahəsini Cavidə satmışdır. Lakin, qardaşı torpağın alqı-satqısından əldə etdiyi puldan borcunu qaytarmamışdır. Buna görə də həmin borc əvəzinə sənədləri ona vaxtı ilə verilmiş torpağı geri tələb edir. Verilən suala cavab olaraq bildirmişdir ki, İddiaçı2, atası tərəfindən torpaq sahəsinin Cavabdeh3 satmasından xəbəri olmamışdır. İddiaçı2 alqı-satqıdan xəbəri olmadığını nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında digər İddiaçı2 nümayəndəsi Vəkil da iddianı müdafiə edib göstərmişdir ki, mabahisələndirlən torpaq sahəsində İddiaçı2 da paylı olmuş, lakin onun buna razılığı oladan onun atası torpaq sahəsini Cavabdeh3 satmışdır. Həmin vaxt torpaq sahəsinin satılmasına Raqibin razılığının olub-olmamasından Cavidin xəbərinin olubolmamasını bilmir. Payının satılmasından Raqib 2023-cü ilin avqust ayında xəbər tutmuşdur. Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh2 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyib göstərmişdir ki, İddiaçı2 atası İltimat ilə torpağın alqı-satqısını rəsmiləşdirdikləri zaman həmin torpaq sahəsində İddiaçı2 da payının olduğunu bilmişdir. Lakin, Raqib atasının ünvanına etibarnamə göndərərək səlahiyyətlərini atasına həvalə etmiş, sonuncu da həmin səlahiyyətlərdən istifadə edərək notariat kontorunda mübahisəli torpaq sahəsini alqı-satqı yolu ilə, rəsmi olaraq ona satmışdır. Alqı-satqını rəsmiləşdirdikləri zaman Raqibin atasının Raqibin adından istifadə etdiyi etibarnamənin saxta olmasından və torpaqdakı payının satılmasına Raqibin razılığının olmamasından xəbəri olmamışdır. Xəbəri olsaydı həmin torpaq sahəsini almazdı. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında digər cavabdeh - Lənkəran rayon 1 saylı Notariat ofisinin nümayəndəsi Nümayəndə göstərmişdir ki, 2023-cü ilin avqust ayında İddiaçı2 onlara müraciət edərək bildirmişdir ki, onun da payı olan torpaq sahəsi onun buna razılığı olmadan özgəninkiləşdirilmişdir. Bundan sonra onun vəkili Notariat ofisinə yaxınlaşıb sənədlərlə tanış olduqdan sonra, məlum olmuşdur ki, İddiaçı2 adından verilmiş etibarnamə saxtalaşdırılmış və Raqib tərəfindən imzalanmamışdır. Hesab edir ki, Notariat ofisi alqı-satqını rəsmiləşdirdiyi zaman qanun pozuntusuna yol verməmişdir. Belə ki, etibarnamənin kserosurəti dövlət rabitə orqanı olan poçt vasitəsilə göndərildiyindən, onun həqiqiliyi notariat ofisində şübhə yaratmamış, bu səbəbdən də, həmin kserosurət əsasında alqı-satqı rəsmiləşdirilmişdir. Alqı-satqının məbləği kiçik olduğundan torpaq sahəsinə görə ödənilən pul notariusun depozitinə yerləşdirilməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisəli torpağın alqı-satqısı rəsmiləşdirlən zaman o, notariat ofisində işləməmiş, buna görə də həmin alqı-satqıdan xəbəri olmamışdır. İddianın təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxır. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: İş materiallarında olan və rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş və Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu X15 tərəfindən xx.xx.2014-cü il tarixdə təsdiqlənmiş ** AA ***3772 nömrəli etibarnamənin əslindən görünür ki, vət. X9 və X4 Azərbaycan Respublikası, Lənkəran rayonu Vilvan kəndində yerləşən və onların mülkiyyətlərində olan bərabər pay torpaq sahəsini öz istədiyinə uyğun olaraq və istənilən şərtlərlə idarə etməyi, istifadə etməyi və üzərində sərəncam verməyi Cavabdeh2 etibar edirlər. İş materiallarında olan və rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş və Rusiya Federasiyası Kurqan vilayətinin Kurqan şəhər notarial dairəsinin notariusu X15 tərəfindən xx.xx.2014-cü il tarixdə təsdiqlənmiş ** AA ***3772 nömrəli etibarnamənin kserosurətindən görünür ki, vət. İddiaçı2, X9 və X4 Azərbaycan Respublikası, Lənkəran rayonu Vilvan kəndində yerləşən və onların mülkiyyətlərində olan bərabər pay torpaq sahəsini öz istədiyinə uyğun olaraq və istənilən şərtlərlə idarə etməyi, istifadə etməyi və üzərində sərəncam verməyi Cavabdeh2 etibar edirlər. İş materiallarında olan JN-624 saylı, 80200038 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair “Dövlət Aktı”nın surətindən görünür ki, ünvan 2ində yerləşən kənd təsərrüfatı təyinatlı 0,43 hektar torpaq sahəsi Cavabdeh2, X1 Raqib İltimat oğlu və X5 mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Cavabdeh2, X1 Raqib İltimat oğlu və X9 mülkiyyətlərində olan və ünvan 2ində yerləşən kənd təsərrüfatı təyinatlı 0,43 hektar torpaq sahəsini Cavabdeh3 3000 manat məbləğə satmışlar. Satıcılar adından müqaviləni Cavabdeh2 imzalamışdır. İş materiallarında olan İddiaçı2 ünvan 1 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı ünvan 2ində yerləşən torpaq sahəsi ilə bağlı notarial hərəkətləri aparılması barədə ona məlumatın verilməsini xahiş etmişdir. İş materiallarında olan Lənkəran rayon 1 saylı Notariat ofisinin İddiaçı2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 014 nömrəli cabvabdan görünür ki, ünvan 2ində yerləşən torpaq sahəsi ilə bağlı həqiqətəndə notarial hərəkətləri aparılmış, xx.xx.2015-ci il tarixdə Cavabdeh2, X7, X4 və Cavabdeh3 arasında AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd olunan mübahisəyə qiymət verərək hesab edir ki, ilk növbədə hazıki iddiaya kəsici müddətin tətbiq edilib-edilməməsi məsələsinə aydınlıq gətirilməlidir. Kəsici müddətlə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən isə Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd olunan maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə qeyd edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonar maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: 1) maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; 2) həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı2 Rusiya Federasiyasında yaşayır və uzun müddət onun xx.xx.2015-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsindən xəbəri olmamışdır. Yalnız 2023-cü ilin avqust ayında xəbər tutmuşdur ki, onun da payı olan torpaq sahəsi onun razılığı olmadan satılmış, bundan sonra notariat ofisinə müraciət edərək müvafiq sənədləri alıb iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı bir illik kəsici müddəti ötürməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırki tələbə kəsici müddət tətbiq edilməməlidir. İddia tələbinin mahiyyətinə gəldikdə isə, məhkəmə hesab edir ki, iddiaçıların tələblərinə ayrı-ayrılıqda qiymət verilməlidir. Məhkəmə İddiaçı1 tələbinə qiymət verərək hesab edir ki, onun hazırki iddianı verməyə subyektiv hüququ olmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, mübahisələndirlən torpaq sahəsinin mülkiyyətçiləri Cavabdeh2, X1 Raqib İltimat oğlu və X9 olmuşlar. Hazırda isə cavabdeh - Cavabdeh3dur. İddiaçı1 isə həmin torpaq sahəsinin ümumiyyətlə mülkiyyətçisi olmamışdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarınau yğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır... Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.... Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi 02 sentyabr 2000-ci ildə vəfat etmiş A.Mövsumovun vərəsəsi kimi onunla nikahda olmuş Z.Həsənovanın iddiasının təmin olunmasına dair 30 noyabr 2006-cı il tarixdə qətnamə çıxardıqda, sonuncunun MM-in 1243.2-cü maddəsinə müvafiq olaraq mirası qəbul etməsini, yəni subyektiv hüququnun birinci elementinə malik olub-olmamasını müəyyən etməmişdir. M.Bağırov isə iddia edir ki, Z.Həsənova ilə A.Mövsumov arasında bağlanmış nikah ləğv edilmişdir. Belə ki, əvvəlki MM-in 24 və 26-cı, qüvvədə olan MM-in 49.1-ci maddələrinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsi ilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir. "xxxx" MTK-nın, yəni hüquqi şəxsin Nizamnaməsinin 51 və 55-ci bəndlərinə əsasən isə kooperativin ali orqanı ümumi yığıncaqdır. Yığıncaqlararası dövrdə idarəçiliyi kooperativin idarə heyəti keçirir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən və nizamnaməyə müvafiq olaraq kooperativin fəaliyyətinə görə məsuliyyəti heç bir halda M.Bağırov daşımır, ona görə ki, konkret olaraq bu işdə iddia tələbi hüquqi şəxsin vəzifələrinə aiddir və idarə heyətinin sədri kimi fiziki şəxs M.Bağırovla bağlı deyildir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı1 heç vaxt mülkiyyətində olmayan torpaq sahəsinin alıqı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsinə dair tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia, İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və ünvan 1 qarşı hissəsində təmin edilməməlidir. Digər iddiaçı Rəqib Məmmədovun cavabdehlərə qarşı hissədə iddia tələbinə qiymət verərək məhkəmə qeyd edir ki, Cavabdeh3 tərəfindən alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini aldığı zaman sonuncunun vicdanlı olub-olmasına qiymət verilməlidir. Çünki, vicdanlılıq məsələsinə qiymət vermədən iddianın bu hissədə təmin edilib edilməməsi məsələsini həll etmək mümkün deyildir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbə-üz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “MM-in 157.3-cü maddəsi əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən edir. Bu prezumpsiyaya görə, əldə edən onun vicdansız sahib olması sübut edilənədək, vicdanlı sahib hesab edilir. MM-in 157.3-cü maddəsinin mənasına görə, əmlakı əldə edənin bu əmlakın mülkiyyətçisi və ya sahibi olan şəxsin istifadəsindən çıxdığı, əşyanı onu özgəninkiləşdirmək hüququ olmayan şəxsdən aldığını bilmədiyi və bilməli olmadığı, o cümlədən əmlakın dəyərini ödəməklə əldə etməsi müəyyən edildikdə, əldə edən vicdanlı sahib hesab olunur. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. (Konstitusiya Məhkəməsi Plenumunun S.Məmmədovanın şikayəti üzrə 27 oktyabr 2004cü il tarixli Qərarı). Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Belə ki, MM-in 337-ci maddəsinə əsasən əqd bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla, habelə məhkəmə tərəfindən etibarsız sayılır. Bu cür əqdin məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, mülki qanunvericiliyin tələbinə görə belə əqd bağlandığı andan etibarsız sayılır, onun bağlanmasına niyyəti olan, o cümlədən mülkiyyət hüququnun mülkiyyətçidən əldə edənə keçməsi kimi hüquqi nəticə yaratmır və bu halda ümumi qaydaya uyğun olaraq tərəfin əldə etməsinin vicdanlılığından asılı olaraq ikitərəfli restitusiya formasında etibarsız əqdin nəticələri tətbiq olunmur. MM-in 157.3-cü maddəsinin mənasına görə isə vicdanlı sahiblik o halda mövcud ola bilərdi ki, əmlak bilavasitə mülkiyyətçidən deyil, bu əmlakı özgəninkiləşdirmək hüququ olmayan şəxsdən alınmış olsun və bu cür pozuntu ilə bağlanmış əqdin nəticələri ikitərəfli restitusiya yox, əmlakın qanunsuz sahiblikdən qaytarılması ilə əlaqədar olmuş olsun (vindikasiya). Beləliklə qeyd olunmalıdır ki, MM-in 337.5-ci maddəsində nəzərdə tutulmuş qaydanın (restitusiya qaydası) bu Məcəllənin 157.3-cü maddəsinin mənasına görə vicdanlı sahibə tətbiqi mümkün deyildir. Ona görə ki, restitusiya və vindikasiya qaydasında irəli sürülən tələb üzrə mülki dövriyyənin iştirakçılarının (subyektlərinin) dairəsi fəqlənir və bu hal vicdanlı sahib tərəfindən əldə edilmiş əmlakın mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında da əks olunmuşdur.” Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın alqı-satqısı notariat ofislərində rəsmiləşdirilir. Notariat ofisləri bilavasitə Ədliyyə Nazirliyini tabeliyində olduqlarından, həmin orqanda rəsmiləşdirilən əqdlərin legitimliyinə həmin əqdi imzalamış tərəflər şübhəsiz inanırlar. Alqı-satqı müqaviləsinə əsasən bir tərəf özünə məxsus əşyanı satır, digər tərəf isə onun dəyərini ödəməklə onu alır. Cavabdeh3 qanunla nəzərdə tutulmuş bu prosedurlara riayət edərək, torpaq sahəsinin mülkiyətçilərinə müvafiq ödənişi etməklə onu almış, alqı-satqı müqaviləsi notariat ofisində rəsmiləşdirlmişdir. Həmin alqı-satqı müqaviləsi imzalanan zaman cavabdeh bilə-bilməzdi ki, aldığı torpaq sahəsi ilə bağlı mübahisə mövcuddur. Çünki, torpaq sahəsinin mülkiyyətçilərini təmsil edən şəxs torpaq sahəsinin onların mülkiyyətlərində olmasını təsdiqləyən müvafiq sənədi notariat ofisinə təqdim etmiş, notariat ofisi satılan torpaq sahəsi ilə bağlı hər-hansı bir problemin olmadığı qənaətinə gələrək alqı-satqı müqaviləsini rəsmiləşdirmişdir. Notariat ofisinin həmin torpaq sahəsi ilə bağlı mübahisənin olduğu məlum olsaydı, onda o, həmin alqı-satqı müqaviləsinin rəsmiləşdirməsindən imtina edərək tərəflərə mübahisəni məhkəmə yolu ilə həll edilməsini tövsiyyə edərdi. Məhkəmə qeyd eir ki, iddiaçının torpaq sahəsinə qanunla qorunan hüququ pozulmuş olsa da belə, onun pozulmuş hüquqları torpaq sahəsini vicdanlı əldə edən Cavabdeh3 hesabına kompensasiya edilə bilməz və İddiaçı2, onun hüquqlarını pozmuş hüquqi və ya fiziki şəxslərə qarşı birinci instansiya məhkəməsində iddia qaldırmaqla dəymiş zərərin əvəzini tələb edə bilər. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının hüquqları əsasən atası Cavabdeh2 tərəfindən pozulmuşdur. Bu fakt öz təsdiqini saxtalaşdırılmış və xx.xx.2014-cü il tarixdə təsdiqləndiyi göstərilmiş ** AA ***3772 nömrəli etibarnamənin kserosurətindən aydın görünür. İltifat Məmmədova verilmiş etibarnamənin əslində İddiaçı2 adı göstərilmədiyi halda, onun saxtalaşdırılmış kserosurətində, İddiaçı2 da adı qeyd edilmişdir. Həmin saxtalaşdırılmış etibarnamənin kserosurətini məhz Cavabdeh2 notariat ofisinə təqdim etmişdir. Əslində notariat ofisi də qanun pozuntusuna yol vermiş, alqı-satqını rəsmi sənədin əslinə istinad etməklə deyil, saxtalaşdırılmış etibarnamənin kserosurətinə istinad etməklə ilə rəsmiləşdirmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı saxta etibarnamə əsasında rəsmiləşdirilsə də, bu hal vicdanlı alıcı olan Cavabdeh3 qanuni yolla əldə etdiyi torpaq sahəsinin geri qaytarılması üçün əsas deyildir. Qeyd olunan saxta etibarnamə ilə əməliyyatların aparilması, İddiaçı2 pozulmuş hüquqlarının bərpası məqsədilə, həmin əməliyyatları aparmış şəxslərə qarşı iddia qaldırmaq üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı2 da cavabdehlərə qarşı verdiyi iddianın təmin edilməsi üçün hüquqi əsaslat yoxdur. Buna görə də iddia tələbi bu hissədə də təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və ünvan 1 qarşı xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında aparılan bütün əməliyyatların etibarsız hesab edilməsi barədə dair iddiaları təmin edilməsin. İddiaçı2 izah olunsun ki, ona dəymiş ziyanla bağlı onun hüquqlarını pozmuş şəxsə və ya şəxslərə qarşı iddia qaldırmaq hüququ vardır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar