Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-941/2024 14.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azəriqaz“ İstehsalat Birliyinin nümayəndələri tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib etdikləri xx.xx.2022-ci il tarixli, № ******* saylı Aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 4320 m3 qaz sərfiyyatına dair bocun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı İddiaçı yaşadığı ünvan 1 ünvanındakı fərdi yaşayış evinə cavabdeh “Azəriqaz“ X1 X2 idarəsinin nümayəndələri tərəfindən, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, № ******* saylı Akt tərtib edilmişdir. “Azəriqaz“ X1 X2 idarəsinin əməkdaşları tərəfindən həmin xx.xx.2022-ci il tarixli Akt əsasında 4320 m3 qaz sərfiyyatına dair borcunun olması barədə “Dəymiş ziyanın bərpasına dair 31 mart 2022-ci il tarixli tələbnamə” tərtib etmişlər. Belə ki, 25 fevral 2022-ci il tarixdə, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” AKT №4595349 əsasında “Azəriqaz" İstehsalat Birliyinin (İB) nümayəndələri “Növbəti Dövlət yoxlaması”-nı səbəb göstərməklə, küçədə fərdi yaşayış evinin qaz xəttinin üzərində quraşdırılmış Elster” tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacını, “Zenner” tipli, G-4 markalı, **********3 nömrəli qaz sayğacı ilə əvəz etmişdirlər. Yuxarıda qeyd etdiyi kimi, 31 mart 2022-ci il tarixdə isə, cavabdeh “Azəriqaz“ İB-nin X3 İstismar İdarəsi tərəfindən, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt № ******* ” və “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”-yə əsasən, ona məxsus yaşadığı fərdi yaşayış evində istifadə etdiyi təbii qazın orta günlük qaz sayğacının maksimal qaz sərfi 4 m3/saat, iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul etməklə 4 x 12 x 90 4320 kub.m. itirilmiş qazın bərpasını yəni pulunun ödənilməsi tələb edilmişdir. Məhkəməyə bildirir ki, 31 mart 2022-ci il tarixli, “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”-də, fərdi evfəaliyyət növünə aid, abonent kodu: **********00000 olan, ünvan 1 ünvanında yaşayan istehlakçının barəsində aşkar edilmiş nöqsan qrafası- hissəsində - ARDNŞ “Azəriqaz” İstehsalat Birliyinin, Metrologiya Departamentinin, Sayğacları müayinəsi labaratoriyasıın, qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixi 29/1710-01331-1 saylı aktına əsasən G-4 markalı zavod nömrəsi ******* №- li Sayğaca baxışın keçirilməsi, sayğacın çıxış plasmas borusunun deşilməsi, (Qaz itkisi, müdaxilə) sayğacla əvəz edilsinv ə itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablansın və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunsun" barədə qeyd edilmişdir. Bu o deməkdir ki, guya istehlakçı tərəfindən sayğacın çıxış plastmas borusu guya deşilmişdir. İddiaçı məhkəmə iclasında izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etdi ki, yaşadığı evdə qazdan istifadə üçün quraşdırılmış qaz sayğacı küçədə yerləşir, o, və ailə üzvləri heç vaxt həmin sayğaca müdaxilə etməmişlər. O, həmin sayğaca müdaxilə üçün məsuliyyət daşımır. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olunaraq iddiaçıya məxsus olan ünvanda qaz sayğacı yenisi ilə əvəzlənmişdir. Həmçinin xx.xx.2022-cü il tarixdə ******* qaz sayğac istifadə qaydalarının pozulması” haqqında aktla müəyyən edilmişdir ki, «sayğaca ümümi baxış keçirilmiş və sayğacın Sayğacın çıxış plasmas borusu deşilib. sayğacın istismara yararsızdır. Ona görə də istehlakçı İddiaçı üçün 4320 m3 metr qaz itkisinə görə borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh iddiaçının mənzilinə yeni sayğac quraşdırmış, daha sonra sayğaca müdaxilə ilə əlaqədar ziyana görə akt tərtib etmiş və iddiaçıdan pul tələb etmiş, istehlakçı isə cavabdehin tələbi ilə razılaşmamışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.3 - 4.7-ci bəndlərinə əsasən, qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və s. halların - iddiaçının hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının təqsiri üzündən baş verməsi) cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, həmçinin məhkəmə iclasında araşdırılmış hallardan da iddiaçının (istehlakçının) ünvanına qurlaşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-cü il tarixdə ******* nömrəli akt ləğv edilməli və həmin akt əsasında İddiaçı hesablanmış 4320 m3 qaz itkisinə dair 518,40 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx.xx.2022-cü il tarixdə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt ləğv edilsin və həmin akt əsasında abonent İddiaçı (abonent kodu **********0000) hesablanmış 4320 m3 qaz itkisin dair 518,40 manat məbləğində borc silinsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-941/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-941/2024
14.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver