Məhkəmə qərarları › İş №2(049)-959/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-959/2023

31.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-959/2023 31.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - İddiaçı Cavabdeh Rasim oğluna qarşı vərəsəlik hüququnun bərpa olunması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh Rasim oğluna qarşı vərəsəlik hüququnun bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi bir çox pozuntulara yol verilərək verildiyindən ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin İddiaçı iddianın predmetini göstərməmişdir. Belə ki, iddia ərizəsində daşınmaz əmlak üzərində vərəsəlik hüququnun bərpa olunması xahiş edilmiş, lakin harda yerləşən, kimə məxsus olan və hansı əmlakın nəzərdə tutulduğu göstərilməmişdir. İddiaçı tələbini aydın ifadə etməmiş, yəni əvvəl cinayət işinin açılmasını, daha sonra onu ata evinə qaytarılmasını və nəhayət ata evində vərəsəlik hüququnun bərpasını tələb etmişdir. O, tələbinin əsası kimi istinad etdiyi fakt və halları, onları təsdiq edən sübutlarının siyahısını iddia ərizəsində göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. İddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilsə də, həmin sənəddən görünür ki, o, 100 manat dövlət rüsumu ödəmək əvəzinə, cəmi 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, A. Kişiyevin məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, onun iddia tələbi aydın ifadə edilmədiyindən, iddiçı öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərmədiyindən, bu hallar iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi kimi qəbul edilməli, habelə iddia ərizəsinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığı üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası MPMnin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh Rasim oğluna qarşı vərəsəlik hüququnun bərpa olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, bu qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edilə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar