Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-96/2024 16.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1, iddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə və Lənkəran Rayon Şiləvar Bələdiyyəsinə qarşı «çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPH şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin tərəfindən Cavabdeh3 adına Lənkəran rayon, Şilavar kəndində mülkiyyətində olan 0.0063-ha torpaq sahəsinə dair verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, iddiaçı Lənkəran rayonu, Şiləvar kəndində yerləşən ümumi sahəsi 48.0 kv.m olan qeyri-yaşayış binasını xx.xx.2019-cu il tarixdə hərrac yolu ilə UNİBANK KB ASC 31000 manat məbləğində pul ödəməklə almış və bununla bağlı aralarında xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 29 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra həmin qeyri-yaşayış binası xx.xx.2019-cu il tarixdə adına dövlət qeydiyyatına alınmış və bu barədə çıxarış verilmişdir. Həmin qeyriyaşayış binasının yerləşdiyi 0,00535 ha torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş və bu onun adına verilmiş çıxarışda da öz əksini tapmışdır. Lakin 2021-ci ilin noyabr ayında bilmişdir ki, Lənkəran rayon Şiləvar bələdiyyəsi həmin qeyri-yaşayış binanın yerləşdiyi torpaq sahəsini iş üzrə Cavabdeh3 satmışdır. Baxmayaraq ki, bələdiyyə həmin torpaq sahəsini artıq bir dəfə 2013-cü il tarixdə iş üzrə Cavabdeh3 satmış, cavabdeh də həmin torpaq sahəsini UNİBANK KB ASC-yə girov qoyaraq kredit götürmüş, sonra krediti ödəyə bilmədiyi üçün həmin torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasını iddiaçı, yuxarıda qeyd etdiyi kimi hərrac yolu ilə UNİBANK KB ASC-dən almışdır. Buna baxmayaraq Lənkəran rayon Şiləvar bələdiyyəsi yenidən həmin qeyri-yaşayış binası və binanın yerləşdiyi torpaq sahəsini 20 fevral 2020-ci il tarixdə alqı-satqı yolu ilə cavabdeh olan Cavabdeh3 satmışdır. Beləliklə, Lənkəran rayon Şiləvar bələdiyyəsi tərəfindən iddiaçının hüquqları pozulmuşdur. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, onun iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat göndərilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı,müqavilələrdən görünür ki, Lənkətran rayon Şilavar bələdiyyəsi ilə Cavabdeh3 arasında "Əmlakn alqı-satqısı barədə" bağlanmış müqavilə üzrə müvafiq olaraq Lənkəran şəhəri, Şilavar kəndində yerləşən ümumi sahəsi 0.0063 ha torpaq sahəsini alıcı Cavabdeh3 satılmışdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin verdiyi xx.xx.2019-ci il tarixli ********** saylı çıxarışından görünür ki, 0.005350 ha torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin verdiyi xx.xx.2020-ci il tarixli ********** saylı çıxarışından görünür ki, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.0063 ha torpaq sahəsi Cavabdeh3 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-2/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh3, Lənkəran rayon 1 saylı notariat ofisinə və Lənkəran Rayon Şiləvar Bələdiyyəsinə qarşı xx.xx.2020-ci il tarixli, AN ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlar müəyyən olunur ki, iddianın əsaslılığını təsdiq edən sübutları tqədim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını təşkil edən hallar üzrə məhkəməyə təqdim edilmiş, habalə məhkəmə hazırlıq iclası zamanı əldə edilmiş sübutlarla iddiaçının iddiası rədd edilməlidir. Belə ki, iddiaçı hazırda xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi xahiş edir, lakin həmin çıxarışın verilməsinə əsas olan və yuxrıda şərh edilmiş xx.xx.2020-ci il tarixli, AN ******* saylı alğı-satqı müqaviləsi ləğv edilməmiş, habelə etibarsızlığı ilə bağlı iddiaçının iddiası Lənkəran Rayon Məhkəməsi tərəfindən rədd edilmişdir. Belə olan halda çıxarışın verilməsinə əsas olmuş müqavilə etibarsız hesab edilmədiyindən hazırda da həmin çıxarışın etibarsızlığı istisna olunur. Etni zamanda, məhkəmədə çıxarışın etibarsızlığına dair digər sübutlar da məhkəməyə təqdim edilməmişdir. MPM-nin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə və Lənkəran Rayon Şiləvar Bələdiyyəsinə qarşı «çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-96/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-96/2024
16.01.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver