Məhkəmə qərarları › İş №2(049)-96/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-96/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-96/2025 05.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 95500 manat məbləğində pulun və iddianın məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 377 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında idiaçının ərizəsini təqdim edərək, iddiaçının cavabdehlə aralarında razılıq əldə etdiyini və buna görə də iddiadan imtina edildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, iddiaçı və cavabdeh tərəf arasında razılıq əldə edildiyi üçün iş üzrə icraata xitam verilməsi ilə bağlı iddiaçı tərəfin ərizəsinin təmin edilməsinə etrazının olmadığını bidirdi. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş ərizəni nəzərə alaraq, hesab edir ki, cavabdehlə iddiaçı arasında razılıq əldə edildiyi üçün və iddiaçının hazırki iddia tələbinə hüquqi marağı aradan qalxdığından qeyd olunan ərizəyə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İşdə olan ********** və ********** nömrəli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 377 manat dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. ********** və ********** nömrəli qəbzlərlə ödənilmiş 377 (üç yüz yetmiş yeddi) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar