Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-960/2023 17.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edərək ondan 30 iyun 2021-ci il tarixli MAS-4011 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 noyabr 2022-ci il tarixə 828.88 manat gecikdirilmiş əsas, 664.10 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 492.83 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1006.50 manat, ümumilikdə 2992.31 manat borc və ödənilmiş 49.93 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 30 iyun 2021-ci il tarixli MAS-4011 saylı “Daxili lizinq” müqaviləsinə əsasən F.Mehdiyevin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801605 ban nömrəli, ağ rəngli avtomobil 14750 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373.40 manat, ümumilikdə isə 21023 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21023 manatın 14750 manatı əsas məbləğ təşkil edir. 18 dekabr 2021-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-4011 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 30 iyun 2021-ci il tarixli MAS-4011 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PK- *** dövlət qeydiyyat nişanlı avtomobil 10 noyabr 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəsi tərəfindən tərtib edilmiş qüsura aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 1006.50 manat təşkil edir. Eyni zamanda Cavabdeh 30 iyun 2021-ci il tarixli MAS-4011 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 noyabr 2022-ci ii tarixə ümumilikdə 1985.81 manat gecikmə borcu yaranmışdır. İddiaçıya işin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərildiyinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və nümayəndəsi tərəfindən işə iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsi barədə mürciət məhkəməyə daxil olmuşdur. Məhkəmə, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Cavabdeh X1 məhəkəmə baxışı zamanı zamanı izahatında bildirmişdir ki, o, lizinq müqaviləsi əsasında aldığı “Khazar” markalı avtomaşına dair ilkin vaxtlarda bir neçə ay hər ay 374 manat məbləğində iddiaçıya ödəniş etmişdir və avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmuşdur. Sonradan maddi imkanı olmadığından ödənişləri dayandırmışdır və avtomaşını iddiaçıya təhvil vermişdir. İddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli MAS-401 saylı daxili lizinq müqaviləsindən və onun 1 saylı əlavəsindən görünür ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2021-cu il buraxılışlı, “KHAZAR LX” minik markalı, NVABA1HHFMF801605 ban nömrəli, ağ rəngli avtomobil 14.750 manat məbləğinə müvəqqəti lizinqə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli Lizinq Obyektinin təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR LX” minik markalı, NVABA1HHFMF801605 ban nömrəli, ağ rəngli avtomobil 14.750 manat məbləğində X2 təhvil verilmiş və o, avtomobili qəbul edərək təhvil almışdır. İş materiallarına əlavə edilmiş 18 dekabr 2021-ci il tarixli X3, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış MAS-4011 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış müqavilədən görünür ki, 30 iyun 2021-ci il tarixli MAS-4011 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli Lizinq Obyektinin təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR LX” minik markalı, NVABA1HHFMF801605 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh təhvil verilmiş və o, avtomobili qəbul edərək təhvil almışdır. İş materiallarına əlavə olunmuş daxili lizinqi müqaviləsi üzrə gecikdirilmiş lizinq ödənişlərinin və dəymiş zərərin ödənilməs barədə xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən yaranmış borcun və cərimənin ödənilməsi Cavabdeh tələb edilmişdir. İş materiallarına əlavə edilmiş Azərmaş MMC servisi tərəfindən verilmiş qüsur aktından müəyyən olunur ki, “KHAZAR LX” minik markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 1006,5 manat tələb olunur. İş materiallarına əlavə olunmuş B№100828 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, KHAZAR LX” minik markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı MMC-dir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli MAS-2123 saylı daxili lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, Cavabdeh illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373,40 manat, ümumilikdə isə 14.750 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İş materiaııarına əlavə edilmiş İddiaçı MMC tərəfindən tərtib edilmiş və Lənkəran Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 261 nömrəli arayışdan görünür ki, Cavabdeh qarşı 30 iyun 2021-ci il tarixli MAS-4011 saylı “Daxili lizinq” müqaviləsi üzrə İddiaçı MMC-nə 10 noyabr 2022-ci il tarixə 828.88 manat gecikdirilmiş əsas, 664.10 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 492.83 manat cərimə, ümumilikdə 1985,81 manat borcu vardır. İş materiallarına əlavə edilmiş “avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 noyabr 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin məcəllənin 748-1.12-ci maddəsinə əsasən, Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin məcəllənin 748-1.8-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin məcəllənin 748-2.1-ci maddəsinə əsasən, Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin məcəllənin 748-2.3-cü maddəsinə əsasən, Lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Beləliklə, iş materiallarından müəyyən edildi ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 30 iyun 2021-ci il tarixli MAS-4011 saylı “Daxili lizinq” müqaviləsinə əsasən F.Mehdiyevin sifarişi ilə 2021-ci il buraxılışlı, “Khazar LX” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF801605 ban nömrəli, ağ rəngli avtomobil 14750 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 373.40 manat, ümumilikdə isə 21023 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21023 manatın 14750 manatı əsas məbləğ təşkil edir. 18 dekabr 2021-ci il tarixdə X3, Cavabdeh və İddiaçı MMC arasında MAS-4011 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 30 iyun 2021-ci il tarixli MAS-4011 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar LX” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 noyabr 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. İş üzrə İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Hazırda cavabdeh iddiaçı təşkilatla bağladıqları müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərinə görə, İddiaçı MMC ona qarşı iddia tələbi irəli sürərək iddia tələbində cavabdehin cəmiyyətə olan müqavilə üzrə lizinq predmeti olan MAS-4011 saylı, xx.xx.2021-ci il tarixli Daxili lizinqi müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 828.88 manat gecikdirilmiş əsas, 664.10 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 492.83 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” minik markalı, **- PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1006.50 manat, ümumilikdə 2992.31 manat borc və ödənilmiş 49.93 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən və cavabdeh tərəfindən əsas borc üzrə qismən ödənişlər edildiyindən iddia qismən təmin edilməli, MAS- 4011 saylı, xx.xx.2021-ci il tarixli Daxili lizinqi müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 828.88 manat gecikdirilmiş əsas, 664.10 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 50 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1006.50 manat, ümumilikdə 2549.48 manat borc və ödənilmiş 49.93 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli MAS-4011 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 828.88 manat gecikdirilmiş əsas, 664.10 manat gecikdirilmiş mükafat və 50 manat dəbbə pulu, lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1006.50 manat, ümumilikdə 2549.48 manat borc və ödənilmiş 49.93 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-960/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-960/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver