Məhkəmə qərarları › İş №2(050)-1014/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1014/2023

11.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1014/2023 11.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 (Ərizəçi2, Ərizəçi3 və Ərizəçi7 nümayəndəsi) və Ərizəçi4 (Ərizəçi5 və Ərizəçi6 nümayəndəsi) iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X12, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 Yəhya oğlunun sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X12, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 Yəhya oğlu ərizə ilə məhkəməyə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 25 dekabr 2014-cü il tarixli **********29 nömrəli çıxarışda X30, X37, X31, X13, X33, NƏrizəçi5 və Ərizəçi6 Müslüm oğlu kimi qeyd edilmiş soyad və adların Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi7, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra Ərizəçi1 və Ərizəçi4 tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 25 dekabr 2014-cü il tarixli, **********29 nömrəli çıxarışın ərizəçilərə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər tələblərini onunla əsaslandırmışdır ki, islahat zamanı ailə üzvləri ilə birlikdə onlara məxsus torpaq sahəsinə dair əvvəlcə Masallı rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1997-ci il tarixli, 170 saylı qərarı ilə JN 0026, Kod ******* nömrəli dövlət aktı verilmiş, sonradan həmin torpaqla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 25 dekabr 2014-cü il tarixli, **********29 nömrəli çıxarış verilmişdir. Həmin torpağın mülkiyyətə verilməsinə dair çıxarışda ərizəçilərin adları, yəni Ərizəçi1 adı səhvən X4, Ərizəçi2 adı səhvən X11, Ərizəçi3 cinsi səhvən X5, Ərizəçi7 adı səhvən X1, Ərizəçi4 adı səhvən X8, Ərizəçi5 soyadı səhvən NƏrizəçi5 kimi və Ərizəçi6 ata adı səhvən Ərizəçi6 Müslüm oğlu kimi qeyd edilmişdir. Halbuki rəsmi sənədlərdə onların torpağın mülkiyyətə verilməsinə dair çıxarışda adları və soyadları göstərilən kimi qeyd edilməmişdir. Bu fakt şəxsiyyəti təsdiq edən sənədlərdə, həmçinin doğum haqqında şəhadətnamələrdə, eləcə də qeyri bu kimi sənədlərdə əks olunmuşdur. Payçı olduqları torpağın çıxarışında səhvən göstərilən ad və soyadlarının heç biri onların təsərrüfatında olmamış, belə ad və soyadlı şəxsləri ümümiyyətlə tanımırlar. Bu da payçı olduqları torpaq üzərində onların sərəncam vermək hüququnun həyata keçirilməsinə maneçilik törədir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində çıxarışda qeyd olunan payçıların adı və soyadları səhv qeyd edildiyindən mülkiyət hüququna dair qeyd olunan sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçilər Ərizəçi1 və Ərizəçi4 məhkəmə iclası zamanı ərizələrini müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə olunmuş; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********29 reyestr nömrəli, Seriya RX, № ******* olan çıxarışın surətindən görünür ki, X26, X15, X32, X20, X16, X21, X6, X27, X22, X28, NƏrizəçi5 və Ərizəçi6 Müslüm oğluna Masallı rayonu, Köçəkli kəndində xüsusi mülkiyyətlərində 2.39 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 23 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, **********29 reyestr nömrəli çıxarışda düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxxx 1980-ci ildə, Ərizəçi2 xx xxxxxx 1977-ci ildə, Ərizəçi3 xx xxxxx 1985-ci ildə, X12 10 aprel 1996-cı ildə, Ərizəçi4 xx xxx 1974-cü ildə, Ərizəçi5 xx xxxxxx 1973-cü ildə və Ərizəçi6 xx xxxxxx 1995-ci ildə anadan olmuşlar. Məhkəmə ərizəçiləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********29 reyestr nömrəli çıxarışa əsasən X23, X9, X29, X17, X10, X18, X2, X24, X19, X25, NƏrizəçi5 və Ərizəçi6 Müslüm oğlunun mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2.39 hektar torpaq sahəsi verilmişdir. Lakin, həmin çıxarışda yanlış olaraq ərizəçilər Ərizəçi1 adı səhvən Yedigar kimi, Ərizəçi2 adı səhvən Cehun kimi, Ərizəçi3 cinsi səhvən oğlu kimi, X3 adı səhvən Burulyant kimi, Ərizəçi4 adı səhvən Müslüm kimi, Ərizəçi5 soyadı səhvən Nəhmədova kimi və Ərizəçi6 Yəhya oğlunun ata adı səhvən Müslüm kimi qeyd olunmuş, bu da hüquqmüəyyənedici sənədlərdə uyğunsuzluq yaratmışdır. Həmin uyğunsuzluğun başqa qaydada bərpa edilməsi isə mümkün olmadığından ərizəçilər hazırki tələblə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməklə X26, X15, X32, X20, X16, X21, X6, X27, X22, X28, NƏrizəçi5 və Ərizəçi6 Müslüm oğluna verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********29 reyestr nömrəli, Seriya RX, № ******* olan çıxarışın Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X7, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********29 reyestr nömrəli, Seriya RX, № ******* olan çıxarışın Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X7, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar