Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1025/2025 20.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızı, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq müəyyən etdim: İddiaçı Abbasova Ellara Həsən qızı, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Belə olan halda, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş iddia ərizəsi X1 tərəfindən imzalanmış və iş materiallarına etibarnamə əlavə edilmişdir. Həmin etibarnamədə iddiaçını məhkəmədə təmsil etmək, onun adından iddia ərizəsi vermək, imzalamaq və s səlahiyyətlər nəzərədə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-152.4-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və MPM-in 152, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı rayon məhkəməsinə verilə bilər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-1025/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1025/2025
20.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver