Məhkəmə qərarları › İş №2(050)-110/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-110/2023

25.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-110/2023 25.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin öz hesabına sökülməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş xüsusi mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, fərdi yaşayış evinin öz hesabına sökülməsi, cavabdeh X11 qarşı dəmir hasarın sökülməsi və torpaq sahəsindən çıxarılması tələbi barədə iddia qaldırmışdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək, yalnız Cavabdeh qarşı cavabdeh tərəfindən zəbt olunmuş xüsusi mülkiyyətində olan torpaq sahəsindən çıxarılması tələbi üzrə işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş və məhkəmə həmin cavabdehə münasibətdə mülki işə mahiyyəti üzrə baxmışdır. İddia üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarı ilə mərhum atası və ailə üzvlərinə Masallı rayonu Ləngan kəndində JN-0059 saylı KOD 80520038 nömrəli dövlət aktı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.07 ha torpaq sahəsi verilmişdir. O, atasından və onun ailə üzvlərindən miras qalmış həmin torpaq sahəsinə vərəsəlik yolu ilə Daşınmaz Əmlakın dövlət Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışı ilə 0.5674 ha kənd təsərrüfatı təyinatlı torpağın 2/3 hissəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə öz adına rəsmiləşdirmişdir. Cavabdeh həmin torpaq sahəsini zəbt edərək, pay torpaq sahəsində qanunsuz olara özünə ev inşa etmiş, hal-hazırda torpaq sahəsindən istifadə edir. Cavabdehin qeyd olunan torpaq sahəsini zəbt etməsi davam etdiyindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulur və bu pozuntu davam etməkdədir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin məhkəməyə ərizə təqdim edərək bildirdi ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarı əsasında mərhum atası X12 ailə üzvləri ilə birlikdə 1.07 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi iki ərazidə yerləşmiş və 0059 plan-ölçüsünə əsasən 5674,62 kv.m sahə və 59A planölçüsünə əsasən 5069,35 kv.m sahə ayrı-ayrı ərazilərdə yerləşir. Cavabdeh həmin planölçü sənədləri üzrə 59A plan-ölçü sənədinə uyğun 0.5069 ha torpaq sahəsini zəbt etmişdir. İddia ərizəsində zəbt olunmuş ərazi 0,5674 ha pay torpaq sahəsi qeyd olunsa da, həmin torpaq sahəsini X11 münasibətdə qeyd etmiş, iddia ərizəsində texniki səhv olaraq Cavabdeh 5674,62 kv.m sahəsini tələb etmişdir. Torpaq sahəsini miras olaraq qəbul etmiş, 0059 plan-ölçüsünə əsasən 5674,62 kv.m sahənə çıxarış almış, lakin 59A plan-ölçüsünə əsasən 5069,35 kv.m sahə üzrə mübahisə olduğuna görə çıxarış ala bilməmişdir. Ona görə də plan-ölçü sənədləri üzrə 59A plan-ölçü sənədinə uyğun 0.5069 ha torpaq sahəsinə münasibətdə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatnda göstərmişdir ki, torpaq sahəsi özünə və ailə üzvlərinə məxsusdur. Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarı əsasında ailə üzvləri ilə birlikdə onlara 2,67 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini o, uzun illərdir istifadə edir. O, İddiaçı valideynlərinə məxsus torpaq sahəsini zəbt etməmiş, ev inşa etməmişdir. Onların torpaq sahələri qonşu olsa da, İddiaçı valideynlərinə məxsus torpaq sahəsi ayrı ərazidə yerləşir. Verilmiş mütəxəssis rəyində onun İddiaçı torpaq sahəsindən istifadə etməsi barədə qeyd düzgün deyil. Göstərilənlərə əsasən iddianın rədd olunnmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X13 xx.xx.1997-ci ildə, X18 xx.xx.1996-cı ildə, X6 xx.xx.2015-ci ildə vəfat etmişdir. Masallı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(050)-677/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, mərhum X18 və X3 miras qalmış 1,07 ha kənd təsərrrüfatı təyinatlı torpaq sahəsinin 2/3 hissəsini İddiaçı miras əmlak kimi qəbul etməsi faktə müəyyən edilmişdir. Masallı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2(050)-677/2018 saylı qətnaməsindən görünür ki, X18 və X3 miras qalmış Masallı rayonu, Ləngan kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-0059 saylı Dövlət Aktında qeyd edilmiş 1.07 ha torpaq sahəsinin 2-3 hissəsinin, yəni 0.714 ha payıbəlii torpaq sahəsinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edlməsi qət edilmişdir. Torpağın mülkiyyət hüququna dair JN-0059 kod 80520038 saylı Dövlət Aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarı əsasında X12, X8 və X4 ailə üzvləri ilə 1.07 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət aktında olan plan ölçüyə əsasən 0059 planı üzrə 5674,62 kv.m sahə və 59A planı üzrə 5069,35 kv.m sahə ayrı-ayrı ərazilərdə yerləşir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X23 qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrinin çıxarışından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarı əsasında X12, X8 və X4 verilmiş 1.07 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi üzrə vərəsəlik işi açılmış, 0059 planı üzrə 5674,62 kv.m sahəsinin 2/3 hissəsi İddiaçı mülkiyyətinə verilmiş və bu barədə hüquq ********** qeydiyyat nömrəsi və xx.xx.2022-ci il qeydiyyat tarixi ilə qeydə alınmışdır. Torpağın mülkiyyət hüququna dair JN-0070 kod 80520038 saylı Dövlət Aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarı əsasında X19 ailə üzvləri ilə birlikdə 2.67 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında həmçinin Cavabdeh, X1, X17,X14, X20, X15, X16 adları qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin 05 aprel 2023-cü il tarixli rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 30 may 2023-cü il tarixli, 10/3252 saylı rəyindən məlum olur ki; -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1617/2023 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və **********26 reyestr nömrəli Çıxarışın “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin koordinatlarına görə Masallı rayonu Ləngan kəndi ərazisində İddiaçı, X2 mülkiyyətində olan 0,5674 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədlərinin naturada yerləşmə vəziyyəti müəyyənləşdirilmişdir. - Mütəxəssis rəyinə əsasən, Cavabdeh faktiki istifadə etdiyi, tikilialtı və tikiliətrafı ərazi kimi plana alınmış 0,30 ha torpaq sahəsi İddiaçı, X2 mülkiyyətində olan 0,5674 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Digər şəxs X9 faktiki istifadə etdiyi tikilialtı (fərdi yaşayış evi, təsərrüfatı tikililəri) və tikiliətrafı çəpərlənmiş ərazi kimi plana alınmış 0,5763 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı, X2 mülkiyyətində olan 0.5674 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1617/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli ərazinin ********** nömrəli yerqurluşu Planında qeyd olunmuşdur ki, iddiaçının iddia etdiyi Cavabdeh faktiki istifadə kimi plana alınmış 0,30 ha torpaq sahəsindən 0,2821 hektaradək hissəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminin baza məlumatı materiallarının koordinatlarına görə iddiaçının mərhum atası X10 və X2 mülkiyyətinə verilmiş 59A nömrəli 0,29 ha torpaq sahəsinin hüdudları daxilində (üst-üstə düşmə) yerləşir. Həmin yerqurluşu planında həmçinin Cavabdeh inşa etdiyi fərdi yaşayış evinin faktiki istifadə etdiyi 0,2821 hektar torpaq sahəsində inşa edildiyi göstərilmişdir. Məhkəmə iddia ərizəsində göstərilən əsasları iş materialları ilə birlikdə tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinı riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2. və 14.2.2.-ci maddələrinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1., 165.1. və 165.2.-ci maddələrinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Həmin Məcəllənin 178.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1. və 238.2.-ci maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Mülki Məcəllənin 1159.1. və 1159.1.1.-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik hüququna birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) malikdirlər. Onlar qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.2. və 1243.3-cü maddələrinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aiddiyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaları, tikililəri və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək, eləcə də iş üzrə təyin olunmuş məhkəmə-texniki ekspertiza üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1617/2023 saylı mütəxəssis rəyini mötəbər və təkzibolunmaz sübut kimi qiymətləndirərək qeyd edir ki, hazırkı mübahisədən göründüyü kimi mübahisəli torpaq sahəsi iddiaçının mərhum valideynləri X10, X7 və digər şəxs X2 ümumi mülkiyyətində olmuşdur. İddiaçı valideynləri vəfat etmiş və o, mirası qəbul edərək, torpaq sahəsinin 59 planı üzrə 0,5674 ha hissəyə mülkiyyət hüququ üzrə DƏDRXdən çıxarış almış, 59A planı üzrə 0,5069 ha torpaq sahəsində tikili olması və mübahisə olduğuna görə DƏDRX-dən müvafiq çıxarış ala bilməmişdir. Məhkəmənin sübut kimi qəbul etdiyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2- 1617/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli ərazinin ********** nömrəli yerqurluşu Planında çəkilmiş cizgilərə əsasən qeyd olunmuşdur ki, iddiaçının iddia etdiyi və Cavabdeh faktiki istifadə kimi plana alınmış 0,30 ha torpaq sahəsindən 0,2821 hektaradək hissəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminin baza məlumatı materiallarının koordinatlarına görə iddiaçının mərhum atası X10 və X2 mülkiyyətinə verilmiş 59A nömrəli 0,29 ha torpaq sahəsinin hüdudları daxilində (üst-üstə düşmə) yerləşir. Həmin yerqurluşu planında çəkilmiş çizgi ilə həmçinin müəyyən olunur ki, Cavabdeh inşa etdiyi fərdi yaşayış evi onun qanunsuz istifadə etdiyi 0,2821 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi, mirası qəbul etmiş qanun üzrə vərəsə kimi İddiaçı hal-hazırda qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, iddiaçı qanun üzrə vərəsə kimi mərhum valideynlərindən miras qalmış əmlakı qəbul etmiş və bununla da həmin əmlak onun mülkiyyəti hesab olunmuşdur. Belə olan halda, iddiaçının tələbinin hüquqi əsası mülkiyyət hüququnu tənzimləyən maddi hüquq normalarına əsasən həll edilməlidir. Tələb olunan torpaq sahəsi ümumi birgə mülkiyyətdə olsa da, Mülki Məcəllənin 213.6-cü maddəsinin tələbi baxımından Sabir Əliyev mənafeyinə toxunan şəxs kimi iddia qaldırmaqda haqlı hesab olunmalıdır. Belə ki, ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Cavabdeh iddiaçını miras qalmış torpaq sahəsinə buraxmamaqla, həmçinin orada fərdi yaşayış evi inşa etməklə, mülkiyyətçi kimi onun torpaq sahəsindən istifadə etmək və sahiblik hüquqlarının maneəsiz həyata keçirməsinə mane olur. Onun hal-hazırda da davam edən hərəkətləri mülkiyyətçinin iradəsi olmadan sahiblikdən məhrumetmə və qadağan edilmiş özbaşınalıq hesab olunur. Ümumi mülkiyyətdə olan torpaq sahəsinin 0,2821 ha hissəsnin cavabdeh tərəfindən zəbt olunması sübuta yetdiyinə, mülkiyyət hüququ mütləq və toxunulmaz hesab olunduğuna görə görə, iddia həmin həcmdə təmin olunmalı və həmin torpaq sahəsində inşa edilmiş tikili cavabdehin hesabına sökülməlidir. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə cavabdeh tərəfin etirazlarını müzakirə edərək qeyd edir ki, həmin etirazın heç bir hüquqi əsası yoxdur, həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3- 44/2-1617/2023 saylı mütəxəssis rəyi iddiaçının iddiası əsaslı hissədə sübuta yetdiyinə görə, məhkəmə prosessual qənaət prinsipini əsas götürərək hesab etmişir ki, təkrar və ya əlavə məhkəmə tikinti texniki ekspertizasınını təyin edilməsinə zərurət yixdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 95 manat alınaraq İddiaçı, məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 223, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 2005-ci il tarixli, 09 saylı qərarı əsasında mərhum X10 və X7 ümumi mülkiyyətinə verilmiş 1.07 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi üzrə 59A plan-ölçüsü cizgiləri daxilində olan 5069,35 kv.m sahənin 0,2821 ha hissəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi onun öz hesabına sökülsün. Cavabdeh torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 95 manat, dövlət rüsumuna görə ödənilmiş 100 manat alınaraq İddiaçı verilsin, həmçinin məhkəmə tikinti-texniki ekspertiza xərci 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar