Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-110/2025 05.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, arvadı, xx.xx.1950-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, arvadı xx.xx.1950-ci il təvəllüdlü X5 «Beyin infarktının nəticələri, keçirilmiş sağ beyin yarımkürəsində işemik insult. Qabıqaltı vaskulyar demensiya, MMSE-5 bal. Üzvi mənşəli şəxsiyyət pozuntusu, ağıl zəifliyi» diaqnozu ilə xəstəlikdən əziyyət çəkməklə uzun müddət müalicə olunsa da, sağalmamışdır. Ona neçə aydır ki o baxır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının rəyi ilə ona birinci dərəcəli əlillik təyin edilmişdir. X7 gəlini Elnurə Vəliyeva baxıcı təyin edilməklə qulluğunu tutmuş, onun gündəlik təlabatı ilə məşğul olur. Xalidə Qasımova hazırda da evdə müalicə alır. X8 faktiki fəaliyyət qabiliyyəti olmadığından onun müalicəsinin davam etdirilməsi, dövlət tərəfindən müəyyən edilmiş bir sıra güzəşt və müavinətləri almaqla yanaşı onun hər hansı bir sənədlərinin alınmasında, şəxsiyyət vəsiqəsinin, xarici pasport kimi digər sənədlərin düzəldilməsində çətinliklər çəkir. Bu da Xalidə Qasımovanın hüquqlarını həyata keçirməkdən məhrum olmasına səbəb olmuşdur. Ona qəyyum təyin edilməyi barədə Masallı Rayon İcra Hakimiyyətinə müraciət etmiş. İcra Hakimiyyətindən isə Xalidə Qasımovanın fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmə qətnaməsindən sonra qəyyum təyin ediləcəyi bildirilmişdir. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X6 qəyyum təyin edilməsindən ötrü onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılması zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ekspert tərəfindən də arvadının fəaliyyət qabiliyyətinin olmaması barədə rəy verilmişdir. Ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, ekspert rəyindən görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas var. Ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan: nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 arasında 25 aprel 1969-cu il tarixdə Masallı Rayon Qarğalıq kənd sovetliyində 01 nömrəli nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Qasımova(a) soyadı verilmişdir. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 20 sentyabr 2024-cü il tarixli elektron çıxarışdan görünür ki, 01 iyul 1950-ci il təvəllüdlü X3 beyin infarktının nəticələri, keçirilmiş sağ beyin yarımkürəsində işemik insult. Qabıqaltı vaskulyar demensiya, MMSE-5 bal. Üzvi mənşəli şəxsiyyət pozuntusu, ağıl zəifliyi aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2024-cü il tarixli, 3438 saylı rəyindən görünür ki, X1 beyin insultu nəticəsində vegetativ vəziyyət müəyyən edilir. Bunu anamnestik məlumatlar, tibbi sənədlər və halhazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə əvvəllər arterial təzyiqdən əziyyət çəkməsi, 2022-ci ildən beyin insultu keçirməsi, keçirdiyi insultdan sonra hərəki və nitq funksiyalarının itməsi, xx.xx.2024-cü il tarixində Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının baş həkimi Ramil Hüseynzadə tərəfindən müayinə olunaraq “F01.2 - Qabıqaltı vaskulyar demensiya. MMSE-5 bal F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, ağıl zəifliyi” diaqnozunun müəyyən edilməsi, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2024-cü il tarixdə müayinə edilərək “Beyin infarktının nəticələri, Keçirilmiş sağ beyin yarımkürəsində işemik insult. Qabıqaltı vaskulyar demensiya, Qabıqaltı vaskulyar demensiya. MMSE-5 bal. Üzvi mənşəli şəxsiyyət pozuntusu, ağıl zəifliyi” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, daima yataq xəstəsi olması, hazırki vəziyyəti ilə əlaqədar müvafiq həkimlərin nəzarətində olmaqla təyin edilmiş müalicələri ev şəraitində qəbul etməsi, göstərilənlərlə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, halhazırki müayinə zamanı vegetativ vəziyyətdə olması və s.) sübut edir. Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: X1 beyin insultu nəticəsində vegetativ vəziyyət müəyyən edilir. Hal-hazırda X2 hazırki psixi vəziyyəti ilə əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X3 müəyyən edilən Keçirilmiş beyin insultu nəticəsində vegetativ vəziyyət ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X2 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2024-cü il tarixli, 3438 saylı rəyindən görünür ki, X1 beyin insultu nəticəsində vegetativ vəziyyət müəyyən edilir. Hal-hazırda X2 hazırki psixi vəziyyəti ilə əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X3 müəyyən edilən Keçirilmiş beyin insultu nəticəsində vegetativ vəziyyət ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 iyul 1950-ci il təvəllüdlü Masallı rayonu, Kürdəbaz kəndində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X11
Məhkəmə qərarları › İş №2(050)-110/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-110/2025
05.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver