Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1128/2024 13.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi və maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsləhətçi-psixoloqu Nümayəndə1 iştirakları ilə. Ərizəçi maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixdə Masallı şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Ərizəçi Masallı şəhəri Digah küçəsində yaşayır. Heç bir qusur və ya digər yolxucu xəstəliyi yoxdur. Onun oğlu xx.xx.2005-ci il təvəllüdlü X1 şəhərində anadan olmuş və hazırda Masallı şəhəri Digah kücəsi ünvanında onunla yəni valideynləri ilə birlikdə yaşayır. X4 ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət cəkir. Özünə xidmət zamanı köməyə ehtiyacı var. Öz həyatı üçün vacib olan funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır. Oğlu dəfələrlə müalicə olunmasına baxmayaraq bu günə kimi səhətində irəliləyiş olmamışdır. Oğlu öz hərəkələrini dərk etmir, öz hərəkətlərinin nə ilə nəticələnəcəyini başa düşmür. Oğlu anadan olandan psixi və fiziki qüsurları vardır. Oğluna başqa bir şəxs tərəfindən qulluq edilməlidir. Odur ki, ağır dərəcəli əqli geriliyindən əziyyət çəkən oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun oğluna qəyyum təyin edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X10 22 avqust 2005-ci ildə Masallı rayonu Şərəfə kəndində anadan olmuşdur. X2, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 xx.xx.2024-cü il tarixli, 2054 saylı rəydə qeyd edilmişdir ki, X6 ağır dərəcəli əqli gerilik aşkar olunur. X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına əsas vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən 7 yaşınadək şəxslərin fəaliyyət qabiliyyəti yoxdur. X6 anadangəlmə ağır dərəcəli əqli gerilik qeyd olunduğundan belə qənaətə gəlmək olar ki, onun 7 yaşından sonra məhdud və müvafiq olaraq 18 yaşından sonra tam fəaliyyət qabiliyyəti yaranmadığı müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, X10 öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərini idarə edə bilməyən şəxsdir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. İşin tədqiq edilən hallarına və tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək 22 avqust 2005-ci ildə anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 22 avqust 2005-ci ildə anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1128/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1128/2024
13.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver