Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-113/2023 12.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azəriqaz” İB tərəfindən ondan əsassızcasına tələb olunan 518,91 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Masallı rayonu, Ərkivan qəsəbəsində özünə məxsus fərdi yaşayış evi təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. X1 qarşı 619,81 manat əsassız borc hesablamış və sonradan Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Masallı Rayon Məhkəməsi ədalətli qətnamə çıxarmış və ondan 100,9 manat borcun tutulmasını qət etmişdir. Bununla razılaşmayan X2 Şirvan Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 04 dekabr 2019-cu il qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Masallı Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə Masallı rayon İcra və Probasiya şöbəsinə icra olunması üçün verilmiş və o da öz növbəsində borcunu ödəmişdir. Lakin, qətnamə ilə adından silinən borcu cavabdeh təşkilat silmir. Üç ildən çoxdur ki, X2 sadə bir qətnaməni icra etməkdə acizdir. Necə ola bilər qətnaməni o, öz üzərinə düşən hissədə icra edir, lakin X2 icra etmir. Bu barədə Masallı Rayon Məhkəməsinə ərizə ilə müraciət etsə də istəyinə nail ola bilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Masallı Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(050)-102/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, “Azəriqaz”İB X3 qarşı istehlak etdiyi təbii qaza görə 619,81 manat debitor borcun 20 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia qismən təmin edilərək cavabdeh İddiaçı 100,9 manat debitor borc, 20 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 120,49 (bir yüz iyirmi manat, doqquz qəpik) məbləğində pul tutularaq öz abonent kodu vasitəsi ilə "xxxx" ASC-nin Lənkəran filialı KOD: 200383 VÖEN: **********, MH AZ03NABZ01350 **********029. SWİFT: AİİBAZ2X, «Azəriqaz» İstehsalat Birliyi, VÖEN: **********, İBZAZ90AİİB******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(106)-3503/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-102/2019 saylı iş üzrə 29 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, «Azəriqaz» İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 619,81 manat debitor borc, 20 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə qəbul edilmiş Masallı Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli, 2(050)-102/2019 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı 100,9 manat debitor borc, 20 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 120,49 (bir yüz iyirmi manat, doqquz qəpik) məbləğində pulun tutularaq öz abonent kodu vasitəsi ilə "xxxx" ASC- Lənkəran filialı KOD: 200383 VÖEN: **********, MH AZ03NABZ01350 **********029. SWİFT: AİİBAZ2X, «Azəriqaz» İstehsalat Birliyi, VÖEN: **********, İBZAZ90AİİB******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə apelyasiya qaydasında baxılmış, Şirvan Apelyasiya Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(106)-3503/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və Masallı Rayon Məhkəməsinin 2(050)-102/2019 saylı iş üzrə 29 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddianın təmin edilməyən hissəsinə münasibətdə isə bildirir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ziyan qismində abonentin saldosuna hesablanmış 619,81 manat məbləğindən borcun 100,09 manat hissəsinin qanuniliyi təsdiq edilmişdir. Belə bir vəziyyətdə ziyan qismində hesablanmış 518,91 manat məbləğində borc tam şəkildə silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi qaz paylayıcısı istehlakçıdan yalnız verdiyi qazın dəyərinin ödənilməsini tələb edə bilər. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, itirilmiş qazın bərpası məqsədi ilə ziyan qismində İddiaçı aid abonentin saldosuna hesablanmış 619,81 manat məbləğində borcdan 518,91 manat hissəsi silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İtirilmiş qazın bərpası məqsədi ilə ziyan qismində İddiaçı aid abonentin saldosuna hesablanmış 619,81 manat məbləğində borcdan 518,91 manat hissəsi silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-113/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-113/2023
12.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver