Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1156/2023 05.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, 10 oktyabr 1991-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10 oktyabr 1991-ci il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, qardaşı xx.xx.1991-ci il təvəllüdlü X1 rayonu, Şərəfə kəndində doğulmuş və onunla birlikdə yaşayır. X2 oliqofreniya, kəskin ifadə olunmuş imbesillik xəstəliyindən əziyyət çəkir və bu diaqnozla qeydiyyatdadır. Qardaşı hərəkətlərini ölçüb-biçə bilmir, onların nə ilə nəticələnəcəyini dərk etmir, psixi qüsurları vardır. Ona başqa bir şəxs tərəfindən qulluq edilməlidir. Odur ki, qardaşının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, qardaşı müddədtsiz İ dərəcəli əlildir. Bir sıra sənədləşmə işlərinin aparılması qardaşının vəziyyəti səbəbindən mümkün olmur. Ekspert tərəfindən də qardaşının fəaliyyət qabiliyyətinin olmaması barədə rəy verilmişdir. Sonda Ərizəçi ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, ərizənin təmin edilməsinə etiraz etmir. İş materiallarında olan: Doğum haqqında arayışlardan görünür ki, Masallı rayonu, Şərəfə kəndində doğulmuş xx.xx.1991-ci il təvəllüdlü X4 və xx.xx.1193-cü il təvəllüdlü Ərizəçi atası X6, anası X3r. Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, 10 oktyabr 1991-ci il təvəllüdlü X7 “Oliqofreniya, kəskin ifadə olunmuş imbesillik” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 1510 saylı rəyindən görünür ki, 10 oktyabr 1991-ci il təvəllüdlü X5 “Ağır dərəcəli əqli gerilik” müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X7 onda müəyyən edilən “Ağır dərəcəli əqli gerilik” ilə əlaqədar səhhəti mülki işə baxışında iştirakına yol vermir. X5 müəyyən edilən “Ağır dərəcəli əqli gerilik” formasında kəmağıllıq anadangəlmə hesab edilir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X4 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1510 saylı rəyində qeyd olunmuşdur ki, 10 oktyabr 1991-ci il təvəllüdlü X5 “Ağır dərəcəli əqli gerilik” müəyyən edilir. X7 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X7 onda müəyyən edilən “Ağır dərəcəli əqli gerilik” ilə əlaqədar səhhəti mülki işə baxışında iştirakına yol vermir. X5 müəyyən edilən “Ağır dərəcəli əqli gerilik” formasında kəmağıllıq anadangəlmə hesab edilir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 oktyabr 1991-ci il təvəllüdlü Masallı rayonu, Şərəfə kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-1156/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1156/2023
05.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver