Məhkəmə qərarları › İş №2(050)-1177/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1177/2023

18.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1177/2023 18.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilmiş 24 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması və həmin akta əsasən hesablanmış ziyan kimi 35040 kub metr qaz sərfiyyatının və ona hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, bundan əvvəl qaz idarəsi 25 noyabr 2021-ci ildə ******* saylı akt tərtib edərək 8640 kub metr, yəni 864 manat əlavə sərfiyyata görə akt yazdıqlarından həmin aktın ləğv edilməsi ilə bağlı Masallı Rayon Məhkəməsində iddia qaldırmışdır. İşə Masallı Rayon Məhkəməsində baxılaraq iddia təmin edilmiş, qeyd edilən akt ləğv edilmiş, əsassız hesablanmış borc silinmişdir. Lakin, qaz idarəsi məhkəmə qətnaməsindən apellyasiya şikayəti verdiyindən işə yenidən Şirvan Apellyasiya Məhkəməsində 18 may 2022-ci ildə baxılaraq qaz idarəsinin şikayəti təmin edilməmişdir. Həmin vaxtdan bu ilin fevral ayına kimi qaz idarəsi sayğacı dəyişməmiş və borcu silməmişdir. Buna baxmayaraq "Azəriqaz" İB Lənkəran X2 idarəsinin əməkdaşları yenidən 24 fevral 2023-cü il tarixdə onun yaşadığı evin qaz sayğacına baxış keçirmiş və sayğacın düzgün işləməməsini və sayğacın üfüqi istiqamətdə çevrilməsini bəhanə edərək yenidən akt tərtib etmişlər. Qaz idarəsinin əməkdaşları sayğaca baxdıqdan sonra 24 fevral 2023-cü il tarixdə, ******* saylı akt tərtib etmiş, aktda sayğacda olan qüsur kimi sayğaca baxış zamanı abonentin üfüqi istiqamətdə sayğacı çevirməsi aşkar edilmiş, sayğacın bu halda keçən qazı qeyd etməməsi yazılmışdır. Sonradan onun iştirakı olmadan qanunsuz akt tərtib edilmişdir. 04 fevral 2023-cü il tarixli tələbnamə ilə dəymiş ziyan olaraq itrilmiş qazın bərpası kimi 35040 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Həmin sərfiyyatın dəyəri isə 3500 manat hesablanır. Hesab edir ki, həmin akt etibarsız hesab olunmalı və 35040 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki o, qaz sayğacına hər hansı bir müdaxilə etməmiş, sayğacı üfüqi istiqanmətə gətirməmiş, həmçinin sayğaca nəzarəti qaz idarəsi etməlidir. Eyni zamanda, aktda sayğaca baxış keçirilmiş, sayğaca baxış zamanı abonentin üfüqi istiqamətdə sayğacı çevirməsi aşkar edilmiş, sayğac bu halda keçən qazı qeyd etmir qeyd edilmişdir. Bununla bağlı qeyd edir ki, qaz sayğacının üzərində plomb varsa o, kəsilməmişdirsə burda o necə sayğaca müdaxilə etmiş olar. Eyni zamanda qaz sayğacları bütün rayon ərazisində, eləcə də kəndlərdə küçələrdə quraşdırılmış və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Bu halda onu sübut edir ki, küçədən keçən istənilən bir şəxs və ya oyun oynayan uşaqlar həmin sayğaca ziyan vura bilərlər və sayğaca istənilən müdaxiləni edə bilərlər. Eləcədə sayğacın zavod qurğuşun plombunu qıra bilər, plastmas qapağı sındıra bilər, hesablama mexanizminin qoruyucu örtüyünü qopara bilərlər və sairə. Qaz sayğacınında həyətdə yox, evdən aralıda küçədə olması və üzərinin qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə ilə qorunmadığından qaz sayğacına ediləcək müdaxiləyədə vətəndaş məsuliyyət daşımamalıdır. Qaz idarəsi guya sayğaca müdaxilə nəticəsində artıq qaz sərfiyyatı istifadə edildiyini qeyd edir, halbuki, qaz idarəsinin işçilərin hər ay qaz sayğacına baxaraq işlətmiş olduğu qazın bildirişini verir və bildiriş əsasında qazın pulunu dövlətə ödəyir. Qaz idarəsinin işçiləri bu neçə vaxtı sayağaca baxarkən orada hər hansı bir müdaxilə və ya sayğaca baxış zamanı abonentin üfüqi istiqamətdə sayğacı çevirməsi aşkar edilməmiş, sayğac bu halda keçən qazı qeyd etmir yazılması həqiqəti əks etdirmir. Əgər sayğaca müdaxilə olmuş olsaydı, sahə nəzarətçisi dərhal bunun aradan qaldırılması barədə tədbirlər görməli idi. Göründüyü kimi əslində heç bir müdaxilə olmadığından ondan artıq məbləğdə işlətmədiyi qazın dəyərini almaq niyyəti ilə haqsız yerə akt tərtib edilmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı yaşadığı Masallı rayonu, Türkoba kəndində fərdi yaşayış evi təbii qazla təchiz olunmuş və təbii qazdan istifadənin hesablanması üçün oraya sayğac quraşdırılmışdır. Həmçinin qeyd olunmalıdır ki, qaz sayğaclarına hər ayın 10-u və 20-si olmaqla, iki dəfə baxış keçirlimiş, sayğacın mexaniki fırlatmaq yolu ilə üfüqi vəziyyətə gətirliməsi müəyyən edildiyi üçün barəsində akt tərtib olunmuşdur. Eyni hal üzrə əvvəllər də məhkəmə mübahisəsi olmuş və məhkəmələr iddiaçının xeyrinə qərarlar çıxarmışlar. İddiaçının dediyinə görə Cavabdehnə dəfərlərlə müraciət etməsinə baxmayaraq hal-hazıradək qeyd olunan nöqsan aradan qaldırılmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Cavabdeh Lənkəran X2 İdarəsinin Masallı Xidmət Sahəsinin rəis müavini S.Seyfullayev tərəfindən təsdiq edilmiş 24 fevral 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, 24 fevral 2023-cü il tarixdə Masallı rayonu, Türkoba kəndində istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacının təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanmış, sayğaca baxış zamanı abonentin üfüqi istiqamətdə sayğacı çevirməsi və sayğacın bu halda keçən qazı qeyd etməməsi aşkar olunmuşdur. Cavabdeh Lənkəran X2 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 24 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Masallı rayonu, Türkoba kəndində istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün Azərbaycan Respublikası Dövlət neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli 11 saylı qərarın 1 saylı əlavəsində müxtəlif diametrli qaz kəmərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təziq həddində keçən qazın maksimal saatlıq sırfi 4 m3/ saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirlimiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 35040 kub metr itirilmiş qaz hesablanmışdır. Masallı Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(050)-378/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh Lənkəran X3 İdarəsinin əməkdaşları tərəfindən tərib olunmuş 25 noyabr 2021-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış ziyan kimi 8640 kub/metr qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2 (106)-1025/2022 saylı qətnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(050)- 378/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq etməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, qaz paylayıcısı olan Cavabdeh ilə istehlakçı İddiaçı arasında bağlanmış qazın alqı-satqı müqaviləsinə əsasən ona məxsus fərdi yaşayış evi təbii qazla və qazın sərfinə görə hesablama aparılması üçün sayğacla təchiz olunmuş, 24 fevral 2023-cü il tarixdə qaz sayğacının təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanmış, sayğaca baxış zamanı abonentin üfüqi istiqamətdə sayğacı çevirməsi aşkar edilmiş, sayğacın bu halda keçən qazı qeyd etməməsi aşkar olunduğu üçün 35040 kub/metr itirilmiş qazın həcminə görə ziyan hesablanmışdır. İstehlakçı İddiaçı həmin akt və qərarla razılaşmadığından hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarının: 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısıalğı-satqı müqaviləsi əsasında istehlakçılara qaz paylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmçinin, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Lakin, hazırkı mübahisə üzrə İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacının kənar müdaxilədən qorunması üçün sayğac müvafiq örtüklə örtülməmiş, bununla da Cavabdeh qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin şərtlərini pozmuşdur. Bununla yanaşı məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, əvvəllər də tərəflər arasında eyni xarakterli məhkəmə mübahisəsi olmuş və məhkəmələr tərəfindən iddiaçının iddiası təmin olunmuşdur. Hazırkı mübahisə üzrə də sayğacın üfüqi istiqamətdə çevrilməsi və sayğacın bu halda keçən qazı qeyd etməməsi faktı aşkar olunsa da, həmin hüquq pozuntusunun kim tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair Cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh Lənkəran X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 24 fevral 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında itirilmiş 35040 kub/metr qaza görə hesablanmış borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 24 fevral 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında itirilmiş 35040 kub/metr qaza görə hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar