Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-120/2024 18.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Ərizəçi və maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsləhətçi-psixoloqu Nümayəndə iştirakları ilə. Ərizəçi maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası 1930-cu il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində tələbini onunla əsaslandırmışdır ki, anası 1930-cu il təvəllüdlü X6 «sust paraplegiya, keçirilmiş ağır neyroinfeksiyadan sonrakı fəsadları, digər digər paralitik sindromlar, aşağı ətrafın dərin paraplegiyası, orta dərəcəli əqli gerilik, beyin damarlarının sklerozu, yaddaş pozulması» diaqnozu ilə xəstəlikdən əziyyət çəkməklə uzun müddət müalicə olunsalar da, sağalmamışdır. Anasına neçə illərdir o, baxır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının rəyi ilə ona birinci dərəcəli əlillik təyin edilmişdir. Anasının qulluğunu tutmuş, gündəlik təlabatları ilə o, özü məşğul olmuşdur. Anası hazırda da evdə müalicə alır. X10 faktiki fəaliyyət qabiliyyəti olmadığından müalicəsinin davam etdirilməsi, dövlət tərəfındən müəyyən edilmiş bir sıra güzəşt və müavinətləri almaqla yanaşı, hər hansı bir sənədlərinin alınmasında, şəxsiyyət vəsiqəsinin, xarici pasport kimi digər sənədlərin düzəldilməsində çətinliklər çəkir. Bu da xəstə anasının hüquqlarının həyata keçirməkdən məhrum olmasına səbəb olmuşdur. Anasına qəyyum təyin edilməyi barədə Masallı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyətindən isə xəstə anasının fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmə qətnaməsindən sonra qəyyum təyin ediləcəyi bildirilmişdir. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda xəstə X10ya qəyyum təyin edilməsindən ötrü anasının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılması zəruridir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, X6 XX.XX.1930-cu ildə Masallı rayonu Xıl kəndində doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxx 1968-ci ildə Masallı rayonu Xıl kəndində anadan olmuşdur. X3, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışından görünür ki, X6 "sust paraplegiya, keçirilmiş ağır neyroinfeksiyadan sonrakı fəsadları, digər paralitik sindiromlar, aşağı ərtafların dərin paraplegiyası, orta dərəcəli əqli gerilik, əqli gerilik, beyin damarlarının sklerozu, yaddaş pozulması" diaqnozu ilə birinci dərəcəli əlil olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 xx.xx.2023-cü il tarixli, 3225 saylı rəydə qeyd edilmişdir ki, X2 orta dərəcəli əqli gerilik müəyyən edilir. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, X6 öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərini idarə edə bilməyən şəxsdir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. İşin tədqiq edilən hallarına və tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək XX.XX.1930-cu ildə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1930-cu ildə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-120/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-120/2024
18.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver