Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1229/2024 04.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh İB-nə və Cavabdeh İB-nin Lənkəran RQİİ-nə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh İB-nə və Cavabdeh İB-nin Lənkəran RQİİ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz İB"-nın Lənkəran X6 idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış ziyan kimi 25920 m3 qaz sərfiyyatının və ona hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB Lənkəran X6 İdarəsinin əməkdaşları xx.xx.2024-ci il tarixdə onun yaşadığı evini təbii qazla təchiz edən qaz xəttinə və sayağaca baxış keçirmişlər və sayağacın çıxarılması səbəbi kimi növbəti dövlət yoxlaması adı ilə çıxarmışlar. Qaz idarəsi sayağacı apardıqdan sonra xx.xx.2024-ci il tarixdə ******* saylı akt tərtib etmiş, xx.xx.2024-ci ildə yaşadığı evdə yoxlama apararaq akt tərtib edilmiş, aktda sayağacda olan qüsur kimi "Qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayağacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir" cümləsi yazılmışdır. Sonradan onun iştirakı olmadan qanunsuz akt tərtib edilmişdir. xx.xx.2024-ci il tarixli ******* saylı akta Qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Sayağac istismara yararsız olduğuna görə (qaz itkisi-müdaxilə) yeni quraşdırılacaq sayğacın dəyəri və dəymiş ziyanın ödənilməsi qeyd olunmuşdur. xx.xx.2024-ci il tarixli tələbnamə ilə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 25920 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Həmin akt qeydi etibarsız hesab olunmalı və 25920 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki, o, qaz sayğacına hər hansı bir müdaxilə etməmiş, sayğac açılıb aparılarkən plombu üstündə olub və sayğaca nəzarət qaz idarəsi etməli idi. Eyni zamanda, aktda Qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Qaz sayğacının üzərində plomb varsa o kəsilməmişdirsə burda o, necə sayğaca müdaxilə etmiş olar. Eyni zamanda qaz sayğacları bütün rayon ərazisində, eləcə də kəndlərdə küçələrdə quraşdırılmışdır və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Bu halda onu sübut edir ki, istənilən bir şəxs və ya oyun oynayan uşaqlar həmin sayğaca ziyan vura bilər və sayğaca istənilən müdaxiləni edə bilərlər. Eləcədə sayğacın zavod qurğuşun plombunu qıra bilərlər, plastmas qapağı sındıra bilər, hesablama mexanizminin qoruyucu örtüyünü qopara bilər və sairə. Hazırda yaşadığı zamanə o qədər insanları dəyişib ki, bəzi insanlar başqalarına ziyan vurmaqdan çəkinmir, hətta bundan həzz alırlar. Qaz sayğaçıda həyətdə yox evdən aralıda küçədə olması və üzərinin qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə ilə qorunmadığından qaz sayğacına ediləçək müdaxiləyə vətəndaş məsuliyyət daşımamalıdır. Qaz idarəsi sayğaca müdaxilə zamanı artıq qaz sərfiyyatından istifadə edilyini qeyd edir, halbu ki, qaz idarəsinin işçiləri hər ay qaz sayağaçına baxaraq işlətmiş olduğum qazın bildirişini verir, bildiriş əsasında da qazın pulunu dövlət büdcəsinə ödüyür. Qaz idarəsinin İşçiləri bu neçə vaxtı sayağaça baxarkən orada hər hansı bir müdaxiləni və ya sayağacın plombunun kəsilmədiyni görüblər, sonradan sayğacı plombu üstündə apardıqdan sonra nə səbəbdən akt əsasında onun sayğacın üzərində olan plombun kəsilməsini qeyd edilər. Əgər sayağaca müdaxilə olmuşdursa, sayağaçın içərisində hər hansı müdaxilə olmuşdursa sahə nəzarətçisi bunları dərhal aradan qaldırılması üçün tədbirlər görməli idi. Göründüyü kimi əslində heç bir müdaxilə olmadığından ondan artıq məbləğdə işlətmədiyi qazın dəyərini almaq niyyəti ilə haqsız yerə akt tərtib edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kobinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları-nın 4.8-ci maddəsinə əsasən istehlakçı məsuliyyət daşımır. Həmcinin hər bir insanın işi-gücü var və gün ərzində evdə olmadığı saatlar olur ona görə mütəmadi olaraq hər bir şeyə nəzarət edə bilmir. Odur ki, hesab edir ki, tərtib olunmuş akt əsassızdır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə prosesində iştirak edə bilmədiyini və məhkəmə iclasının bir həftə təxirə salınmasını xahiş etməsinə baxmayaraq məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi barədə sübut təqdim etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 3110,40 manat borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçı Kazımov (Elburus) X4 rayonu, Təzə Alvadı kəndində yaşamaqla Lənkəran X6 İdarəsinin Masallı Xidmət Sahəsində **********07410 saylı hesabla abonent qeydiyyatındadır. Abonent göstərilən ünvanın qaz xəttində istifadədə olan sayğac quraşdırılmışdır. Sayğac quraşdırılmasına baxmayaraq abonent təbii qazdan qeyri-qanuni (sayğacdan kənar qaz xətti vasitəsi ilə) istifadə etdiyinə görə "Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edimiş və həmin akt əsasında hesablanmış 3110,40 manat dəymiş ziyan hesablanmışdır. X1 təbii qazdan qeyri-qanuni sayğacdankənar istifadə etməsi əməkdaşları tərəfindən video lentə alınmışdır. Odur ki, İddiaçı Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını nəzərə alıb, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlaraın məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X6 İdarəsinin Masallı XS-in rəisi tərəfindən təsdiq edilmiş 01 fevral 2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu, Təzə Alvadı kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində qaz sayğacından kənar qeyri-qanuni xətdən istifadə aşkar edilməsi və daha sonra qaynaq vasitəsi ilə kəsdiyi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X6 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 09 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Masallı rayonu, Təzə Alvadı kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz sayğacının nominal qaz sərfi 6 kub metr/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 25920 m3 itirilmiş qaz hesablanmışdır. Göründüyü kimi iddiaçı tələbinin əsasını təşkil edən mötəbər və təkzibolunmaz sübut məhkəməyə təqdim etməmiş, göstərmiş olduğu dəlillər işin faktiki halları ilə təsdiq olunmur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmiş və baxış zamanı Masallı rayonu Təzə Alvadı kəndində yaşayan İddiaçı Gülbala oğlunun sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etdiyi daha sonra qaynaq vasitəsi ilə istifadə etdiyi xətti kəsdiyi müəyyən edilmiş və CD diski iş materillarına əlavə edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 6.5-ci bəndinə əsasən qaz paylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcı qanunusuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir Həmin Qaydaların 3.4.1.-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. Həmin Qaydaların 6.5.-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırır. ARDNŞ Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarının qanunusuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydalarına əsasən istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş təbii qazın dəyərinin hesablanması Qaydaları aşağıdakı hallarda tətbiq edilir: Layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən, əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda, sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda, sayğaca və plomblara hər hansı bir müdaxilə halında və ya sayğac plombsuz, həmçinin sənədi olmayan plombla möhürlənmiş olduqda. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə çəkişmə prinsipinə riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, işin hallarına və Mülki Prosessual Məcəllənin tələblərinə əsasən iddiaçı sayğacdan kənar qoşulmanın onun tərəfindən edilməməsini, dəyən ziyanın qanunsuz olaraq hesablanmasını sübut etməlidir. Belə ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia əsassızdır. Belə ki, cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilmiş və tədqiq edilmiş sübutlarla iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh İB-nə və Cavabdeh İB-nin Lənkəran RQİİ-nə qarşı «aktın etibarsız hesab edilməsi» tələbi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1229/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1229/2024
04.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver