Məhkəmə qərarları › İş №2(050)-1246/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1246/2025

08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1246/2025 08.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, Ərziəçi Ərizəçi2 və digər Ərizəçi1 nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məhkəməyə müraciət edərək Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə ona və ailə üzvlərinə 0.10 hektar torpaq sahəsinin verilməsinə dair JN-295A kod 80501029 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara, yəni Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarı əsasında Masallı rayonu, İsgəndərli kəndində onların mülkiyyətlərinə 0.10 hektar torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair JN-295A, 80501029 saylı şəhadətnamə tərtib olunmuşdur. Həmin şəhadətnamədə hazırda müəyyən uyğunsuzluqlar vardır. Belə ki, şəhadətnamədə Ərizəçi1 əvəzinə X15 və Ərizəçi2 əvəzinə X2 qeydlər aparılmışdır. Halbuki, onların ailəsində heç vaxt Gülxan və Aynur adlı şəxslər olmamışdır, Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər Ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışdan da görünür ki, onların ailə üzvləri arasında Gülxan və Aynur adlı şəxslər yoxdur. Həmin şəhadətnamədə yanlış olaraq həmin adlar səhv yazılmışdır. Onların ailəsi 5 üzvdən ibarətdir və Aynur adlı ailə üzvü ümumiyyətlə olmamışdır. Nümayəndə və Ərizəçi1 birgə nikahlarından Bahar, Orxan və Elxan adlı uşaqları anadan olmuşdur. Qeyd olunan yanlışlıqların düzəldilməsi üçün həmin sənədlərlə birgə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ərizə ünvanlanmış, lakin xx.xx.2025-ci il tarixli imtina məktubu əsasında yanlışlıqların düzəldilməsindən imtina olunmuş və məhkəməyə müraciət etmək izah olunmuşdur. Odur ki, məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında digər Ərizəçi1 nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan JN-295A kod 80501029 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 saylı qərarı əsasında Nümayəndə ailə üzvləri ilə birlikdə 0.10 hektar fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə həmçinin birgə mülkiyyətçilər kimi X9, X4, X5 və X6 qeyd olunmuşdur. Doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi2 xx.xx.1994-cü ildə doğulmuş, atası Nümayəndə, anası isə Ərizəçi1dır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 8 saylı Cəlilabad Ərazi İdarəsinin Nümayəndə müraciətindən imtina məktubundan görünür ki, Dövlət Aktında düzəliş edilməsi ilə bağlı məhkəməyə müraciət etmək barədə hüquqları izah edilmişdir. İşdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən məlum olur ki, Nümayəndə xx.xx.1964-cü ildə, X12 xx.xx.1991-ci ildə X10 xx.xx.1990-cı ildə doğulmuşlar. Nikah haqqında arayışdan görünür ki, Nümayəndə ilə Ərizəçi1 xx.xx.1989-cu ildə nikaha girmişlər. Nikah bağlandıqdan sonra ərə Əzizbəyli, arvada Talıbova soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X13 xx.xx.2007-ci ildə nikaha girmişlər. Nikah bağlandıqdan sonra ərə (arvada) Mahmudzadə (a) soyadı verilmişdir. Masallı RİHB-nın Masallı şəhər İƏDÜN-nin arayışından görünür ki, Ərizəçi1 ailə üzvləri, həyat yoldaşı -Nümayəndə, övladları X12, Ərizəçi2 və X7r. Masallı RİHB-nın Masallı şəhər İƏDÜN-nin və Masallı Bələdiyyəsinin tərtib etdiyi 27 yanvar 2025-ci il tarixli aktından görünür ki, JN-295A kod 80501029 saylı X1 - Ərizəçi1 kimi, Ərizəçi2 əvəzinə isə X6 qeyd ediləməsi bağlı məlumatlar göstərilmişdir. Məhkəmə izahatları və iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, işdə olan mötəbər və təkzibolunmaz sübutlara əsasən müəyyən olunur ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 saylı qərarı ilə JN-295A kod 80501029 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə Nümayəndə və ailə üzvlərinə 0.10 hektar torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamədə onun arvadının adı Gülxar yazılmalı olduğu halda səhvən Gülxan kimi, oğlu Ərizəçi2 adı ümumiyyətlə səhvən X2 yazılmışdır. X6 Nümayəndə ailə üzvü olması ilə bağlı hər hansı bağlılığı müəyyən edilməmişdir. Ərizəçi2 məxsus sənədlərlə təsdiq edilmişdir ki, o həqiqətən də Nümayəndə oğlan övladı olmaqla onun ailəsinin üzvüdür. Buna baxmayaraq, onun adı birgə mülkiyyətçi kimi digər ailə üzvləri ilə birlikdə torpaq haqqında şəhadətnamədə göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1. və 307.2.5-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyən edici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnəmələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308 və 310-cu maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 saylı qərarı ilə JN-295A kod 80501029 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə vaxtı ilə fəaliyyət göstərmiş Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən verildiyindən, hazırda isə həmin Komitə ləğv edildiyindən həmin qurum tərəfindən şəhadətnamədə düzəlişlərin edilməsi mümkünsüzdür. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, ərizəçilər məhkəmdə hüquqi əhəmiyyətli olan fakt müəyyən olunmadan, lazım olan sənədi başqa formada əldə edə bilmir. Torpaq sahəsində ərizəçinin mülkiyyət hüququ vardır, ona görə də ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 saylı qərarı ilə Nümayəndə və ailə üzvlərinə 0.10 hektar torpaq sahəsinin verilməsinə dair JN-295A kod 80501029 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin “X11” və “X15”nın əvəzinə Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar