Məhkəmə qərarları › İş №2(050)-125/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-125/2025

26.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-125/2025 26.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı ildə Masallı rayonunda anadan olmuş oğlu X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1978-ci ildə Masallı rayonunda anadan olmuş və hazırda yuxarıda göstərdiyi ünvanda qeydiyyatda olmaqla yaşayır. X3 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmudur. Rəsmi nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X7 doğulmuşdur. Övladı doğulandan xəstə olmuş və ona xəstəliyi ilə əlaqədar birinci dərəcəli əlillikdə təyin etmişlər. Bir neçə ölkədə müalicələr olunsa da xəstəliyi dahada artmışdır. Oğlu hazırda onunla yaşayır, xəstədir və birinci qrup əlildir. Oğlu hal-hazırda uşaq serebral iflici, spastik tetraplegik forma xəstəliyindən əziyyət çəkir. Oğlu hazırda tam fəaliyyət qabiliyyətsizdir, öz hərəkətlərini idarə edə bilmir, etdiyi hərəkətlərin nəticəsini dərk etmir. O, fəaliyyət qabiliyyətsiz hesab edilərsə, dövlət tərəfindən onun üçün müəyyən edilmiş imtiyazlara malik olacaqdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ekspert tərəfindən də uşağın fəaliyyət qabiliyyətinin olmaması barədə rəy verilmişdir. Ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, 14 iyun 2006-cı il təvəllüdlü X4 atası Ərizəçi, anası X2r. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 10 fevral 2024-cü il tarixli elektron çıxarışdan görünür ki, 14 iyun 2006-cı il təvəllüdlü X5 uşaq serebral iflici, spastik tetraplegik forma xəstəliyi aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2024-cü il tarixli, 3784 saylı rəyindən görünür ki, X5 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş travması ilə anadan olması, yoxlanılan şəxsdə serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixi inkişafda xeyli geri qalması, nitqi inkişaf etməməsi, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, Bakı şəhər X1 müalicələrdə olması, hal-hazırda yaşayış yeri üzrə poliklinika şöbəsinin nevroloji və psixiatrik kabinetində qeydiyyatda olmaqla müalicələr qəbul etməsi, yeriməməsi və əqli geriliklə əlaqədar məktəbdə oxuya bilməməsi, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2024-cü il tarixdə müayinə edilərək “Uşaq serebral iflici, spastik tetraplegik forma” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, evdə qeyri-müəyyən səslər çıxarması, fizioloji ifrazatları ilə natəmiz olması, hərhansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə gedişatında dərin əqli gerilik əlamətlərinin biruzə verməsi və s. sübut edir. X5 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X7 onda müəyyən edilən Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X4 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2024-cü il tarixli, 3784 saylı rəyindən görünür ki, X5 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X5 müəyyən edilən Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 14 iyun 2006-cı il təvəllüdlü Masallı rayonu, Qədirli kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar