Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-128/2023 23.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, 24 aprel 2012-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 24 aprel 2012-ci il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il təvəllüdlü X5 onun doğma qızıdır. O, anadangəlmə “autizim kanner sindiromu f 84.0” diaqnozu ilə Sumqayıt Şəhər Psixiatriya xəstəxanasında qeydiyyatdadır və stasionar müalicədədir. Başqasının köməyinə etiyacı vardır. Psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək, onları şüurlu idarə etmək və ətrafdakılara reaksiya vermək iqtidarına malik deyil. Ona görədə məhkəməyə müraciət emişdir. Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, ərizənin təmin edilməsinə etiraz etmir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Masallı rayonunda doğulmuş X2 atası X4, anası X1r. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, xx.xx.2012-cu il təvəllüdlü X7 “Anadangəlmə ikitərəfli mikrotiya, konduktiv ağıreşitmə-İV dərəcə, Nitqin pozulması” diaqnozu ilə - ümumi xəstəlik səbəbindən sağlamlıq imkanları məhdud uşaqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2023-cü il tarixli, 107 saylı rəyindən görünür ki, 24 aprel 2012-ci il tarixdə anadan olmuş X3 “uşaq autizimi nəticəsində ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları” ilə müəyyən edilir. 24 aprel 2012-ci il tarixdə anadan olmuş X7 öz pisixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək, onları şüurlü idarə etmək və ətrafdakılara reaksiya vermək iqtidarına malik deyil. 24 aprel 2012-ci il tarixdə anadan olmuş X5 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. Əqli gerilik intellektin ümumi səviyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəiflənməsi ilə xarakterizə olunan anadangəlmə ləngimə halı və ya natamam əqli inkişafıdır. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq A.G.Quliyevanın psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 107 saylı rəyində qeyd olunmuşdur ki, 24 aprel 2012-ci il tarixdə anadan olmuş X3 “uşaq autizimi nəticəsində ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları” ilə müəyyən edilir. 24 aprel 2012-ci il tarixdə anadan olmuş X7 öz pisixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək, onları şüurlü idarə etmək və ətrafdakılara reaksiya vermək iqtidarına malik deyil. 24 aprel 2012-ci il tarixdə anadan olmuş X5 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. Əqli gerilik intellektin ümumi səviyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəiflənməsi ilə xarakterizə olunan anadangəlmə ləngimə halı və ya natamam əqli inkişafıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24 aprel 2012-ci il təvəllüdlü Masallı rayonunda doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-128/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-128/2023
23.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver