Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-133/2025 16.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1999-cu il tarixli, 27 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahəsinin verilməsinə dair JN 395A Kod 80501004 nömrəli şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1999-cu il tarixli, 27 saylı qərarı ilə JN 395A Kod 80501004 nömrəli torpağın mülkiyyətə verilməsinə hüququna dair Şəhadətnamə üzrə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona Masallı şəhərində 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Yuxarıda göstərilən Şəhadətnamədə onun, yəni Ərizəçi adı Əbülfət əvəzinə səhvən Elçin kimi qeyd edilmişdir. Lakin onların ailəsində Elçin adında şəxs olmamışdır. Yol verilmiş bu səhv isə hazırda onun bir çox hüquqlarını pozur. Baxmayaraq ki, həmin səhv onun deyil həmin şəhadətnaməni tərtib etmiş şəxslərin səhvi ucbatından baş vermişdir. Hazırda həmin Şəhadətnaməni təqdim edib Dövlət Reyestrindən Çıxarış ala bilmirlər, çünki Şəhadətnamədə səhv var idi. Bununla bağlı müvafiq dövlət orqanına müraciət etsə də məhkəməyə müraciət etməli olduğuni məsləhət görülmüşdür. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, “Torpağın mülkiyyətə verilməsinə” dair JN-395A Kod 80501004 saylı şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: “Torpağın mülkiyyətə verilməsinə” dair JN-395 Kod 80501004 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1999-cu il tarixli, 27 saylı qərarı ilə Masallı şəhər sakini X2 0.09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxxx 1961-ci ildə Masallı şəhərində doğulmuşdur, atası X5, anası X3r. Masallı RİHB-nın Masallı şəhər İƏDÜN-nin və Masallı Bələdiyyəsinin 15 oktyabr 2024-cü il tarixdə tərtib etdiyi aktdan görünür ki, JN-395A Kod 80501004 saylı şəhadətnamədə texniki səhv olaraq Ərizəçi adı səhvən X1 yazılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, “Torpağın mülkiyyətə verilməsinə” dair JN-395A şəhadətnamədə düzəliş edilməsi ilə əlaqədar Ərizəçi müraciətindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün qanuni əsaslar var. Ərizəçi qeyd olunan faktları təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Tələb əsaslı və qanuna uyğundur. Odur ki, ərizə təmin edilməli, Masallı Rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1999-cu il tarixli, 27 saylı qərarı ilə 0.09 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN-395A Kod 80501004 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Masallı Rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1999-cu il tarixli, 27 saylı qərarı ilə 0.09 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN-395A Kod 80501004 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(050)-133/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-133/2025
16.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver