Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1337/2024 20.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, 02 avqust 1980-ci il təvəllüdlü X3 və 15 noyabr 2002-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02 avqust 1980-ci il təvəllüdlü X3 və 15 noyabr 2002-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri xx.xx.1980-ci il təvəllüdlü X8 «kəskin ifadə olunmuş imbesillik, nitqin qüsurlu inkişafı, yuxarı dərəcəli pəltəklik» diaqnozu, qızı xx.xx.2002-ci il təvəllüdlü X7 «orta dərəcəli əqli gerilik, müalicə və nəzarətə ehtiyacı olan davranış pozuntusu» diaqnozu ilə xəstəlikdən əziyyət çəkməklə uzun müddət müalicə olunsalar da, sağalmamışlar. Onlara neçə illərdir baxır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının rəyləri ilə onların sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Onların qulluğunu tutmuş, gündəlik təlabatları ilə özüm məşğul olur. Onlar hazırda da evdə müalicə alır. X15 və qızı Elgün Balakişiyeva faktiki fəaliyyət qabiliyyəti olmadığından onların müalicəsinin davam etdirilməsi, dövlət tərəfindən müəyyən edilmiş bir sıra güzəşt və müavinətləri almaqla yanaşı, onların hər hansı bir sənədlərinin alınmasında, şəxsiyyət vəsiqəsinin, xarici pasport kimi digər sənədlərin düzəldilməsində çətinliklər çəkir. Bu da Gümrah Balakişiyev ilə Elgün Balakişyievanın hüquqlarını həyata keçirməkdən məhrum olmalarına səbəb olmuşdur. Onlara qəyyum təyin edilməyi barədə Masallı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyətindən isə Gümrah Balakişiyev ilə Elgün Balakişyievanın fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmə qətnaməsindən sonra qəyyum təyin ediləcəyi bildirilmişdir. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X10 ilə Elgün Balakişyievaya qəyyum təyin edilməsindən ötrü onların fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılması zəruridir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ərizəçinin əri və qızı müddətsiz ll dərəcəli əlildir. Bir sıra sənədləşmə işlərinin aparılması onların vəziyyəti səbəbindən mümkün olmur. Ekspert tərəfindən də onların fəaliyyət qabiliyyətinin olmaması barədə rəy verilmişdir. Sonda Vəkil ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini bildirməmişdir. Buna görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclsında maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X9 nikahlarını Masallı rayon İHBnın Banbaşı ərazi nümayəndəliyində 10 noyabr 2006-cı il tarixdə, 63 nömrəli qeydlə rəsmiləşdirmişlər. Nikahdan sonra ərə (arvad) Balakişiyev (a) soyadı verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, Masallı rayonu, Abasbəyli kəndində doğulmuş 15 noyabr 2002-ci il təvəllüdlü X1 atası X8, anası Ərizəçidır. Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, 02 avqust 1980-ci il təvəllüdlü X8 “kəskin ifadə olunmuş imbesillik, nitqin qüsurlu inkişafı, yuxarı dərəcəli pəltəklik” diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlildir. Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, 15 noyabr 2002-ci il təvəllüdlü X7 “orta dərəcəli əqli gerilik, müalicə və nəzarətə ehtiyacı olan davranış pozuntusu” diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 xx.xx.2024-cü il tarixli, 1941 saylı rəyindən görünür ki, 02 avqust 1980-ci il təvəllüdlü X4 “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” müəyyən edilir. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas vardır. Əqli gerilik intelektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prossesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan ləngimə halı və ya anadangəlmə natmam əqli inkişafdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 xx.xx.2024-cü il tarixli, 1942 saylı rəyindən görünür ki, 15 noyabr 2002-ci il təvəllüdlü X2 “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas vardır. Əqli gerilik intelektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prossesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan ləngimə halı və ya anadangəlmə natamam əqli inkişafdır. Məhkəmə prosessual qanunvericiliyin verdiyi imkandan (MPM-nin 319-cu maddəsindən) yararlanaraq X3 və X1 psixi vəziyyətlərini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx.xx.2024-cü il tarixli, 1941 və xx.xx.2024-cü il tarixli, 1942 saylı rəylərində X3 və X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı üçün onların fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmələri üçün əsaslar olduğu göstərilmişdir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X8 və X7 öz psixi vəziyyətlərinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxslərdir, ona görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X8 və X7 öz psixi vəziyyətlərinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxslərdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 02 avqust 1980-ci il təvəllüdlü X8 və 15 noyabr 2002-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və onların üzərində qəyyum təyin edilməsi Masallı Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 02 avqust 1980-ci il təvəllüdlü X8 və 15 noyabr 2002-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X3 X1 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Masallı Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-1337/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1337/2024
20.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver