Məhkəmə qərarları › İş №2(050)-134/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-134/2023

12.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-134/2023 12.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktınnın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək JN-673A, KOD 80501049 saylı torpağın mülkiyyətə verilməsinə dair şahədətnamənin ona və X5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi verilərkən onun adı və digər ailə üzvlərinin ata adı düzgün qeyd edilməmişdir. Şəhadətnamədə adı qeyd edilən X7 isə xx.xx.2022-ci ildə vəfat etmişdir. Ona və ailə üzvlərinə Masallı rayonu, Digah ərazisində həyətyanı torpaq sahəsi verilsə də, müəyyən sənədləşmə işlərini aparmaq istəyəndə həmin torpaq sənədində onun adının və digər ailə üzvlərinin ata adı düzgün qeyd edilmədiyindən sənədləşmə edə bilməmişdir. Daha sonra DƏDRX-in 8 saylı ərazi idarəsinə həmin şəhadətnamədə düzəliş aparılması üçün müraciət etmiş, lakin qeyd edilən səhvin islahat vaxtı verilən torpaq sahəsində və sistemdə olduğundan düzəliş üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Onun adında və digər ailə üzvlərinin ata adında uyğunsuzluq olduğundan dövlət idarələrində hüquqlarını həyata keçilməkdən məhrum olmuşdur. İddiaçı Ərizəçi məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan akta düzəlişlə bağlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə olunmuş; Torpağın mülkiyyətə verilməsinə dair JN-673A saylı, KOD 80501049 nömrəli şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 nömrəli qərarına əsasən X12, X10, X3, X6, X8 və X9 mülkiyyətinə 0,05 hektar həyatyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli, **********11 saylı məktubdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN-673A nömrəli şəhadətnamədə düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 09 iyun 2022-ci il tarixdə vəfat etmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1977-ci ildə anadan olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçi tərəfindən təqdim edilmiş sənədlərə əsasən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 nömrəli qərarına əsasən X12, X10, X3, X6, X8 və X9 mülkiyyətinə həyatyanı 0,05 hektar həyatyanı torpaq sahəsi verilmişdir. Lakin, JN-673A saylı, KOD 80501049 olan şəhadətnamədə yanlış olaraq Ərizəçi adı X2, X4 ata adı isə X1 qeyd olunmuş, bu da hüquqmüəyyənedici sənədlərdə uyğunsuzluq yaratmışdır. Həmin uyğunsuzluğun başqa qaydada bərpa edilməsi isə mümkün olmadığından ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməklə, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 nömrəli qərarına əsasən X12, X10, X3, X6, X8 və X9 mülkiyyətinə 0.05 hektar həyatyanı torpaq sahəsinin verilməsinə dair JN-673A saylı, KOD 80501049 olan şəhadətnamənin Ərizəçi və X5 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixli, 027 nömrəli qərarına əsasən X12, X10, X3, X6, X8 və X9 mülkiyyətinə 0.05 hektar həyatyanı torpaq sahəsinin verilməsinə dair JN-673A saylı, KOD 80501049 olan şəhadətnamənin Ərizəçi və X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar