Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-145/2023 27.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək elektrik enerjisi istifadəsi ilə bağlı əsassız hesablamış 345 manat 15 qəpik borcun silinməsi barədə qətnamə çıxaılmasını xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 06 iyul 2022-ci il tarixli, R 261756 saylı aktın etibarsız hesab edilməsi, akta əsasən hesablanmış borcun və sayğacın sərfiyyatı düzgün qeydə almaması nəticəsində hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, yaşadığı Masallı rayonu, Çaxırlı kəndində yerləşən fərdi yaşayış evinə elektrik xətti çəkilməklə sayğac quraşdırılmışdır. İstifadə etdiyi elektrik enerjisinin dəyərini hər ay nəzarətçinin verdiyi bildirişə uyğun ödəmiş, evdə tək yaşamaqla 1 televizor və 1 soyuducudan istifadə edir. Cari ilin iyun ayında sayğacın X1 edilmədiyi halda, özbaşına işləməsini görüb bu barədə Masallı elektrik şəbəkəsinə müraciət etmişdir. Həmin şəbəkənin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərək həqiqətən də sayğacın özbaşına işləməsi müəyyən edilmiş, bu barədə akt tərtib edilmiş və sayğac qüsurlu olduğundan dəyişdirilmişlər. Lakin növbəti bildiriş veriləndə elektrik enerjisinin sərfiyyatına görə qalıq borcunun 345,15 manat olması qeyd edilmişdir. Halbuki, sayğacın normal işlədiyi vaxtarda aylıq sərfiyyatı 2-5 manat arasında olmuşdur. Sayğacın nasaz vəziyyətdə, yəni X1 edilmədiyi vaxtda qeyd etdiyi rəqəmlər onun guya istifadə etdiyi enerji kimi qeydə alınmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, həmçinin bildirdi ki, sayğaca heç nə etməmişdir. Aktda adı göstərilən istehlakçı X2 onun qeyri-rəsmi həyat yoldaşı olmuşdur. Həmin xanım xx.xx.2014-cü ildə ölmüşdür. Sayğacın qüsurlu işlədiyi vaxt da həmişəki kimi ümumi qaydada X1 etmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, kənar təsir nəticəsində sayğacın qrif hissəsi ərimişdir. Mübahisələndirilən akta görə istehlakçıya 3,84 manat borc hesablanmış, qalan borc isə sayğacın qeydə aldığı sərfiyyatın dəyəridir. xx.xx.2022-ci il tarixli akta (protokola) əsasən sayğac laboratoriya şəraitində yoxlanılmış və texniki cəhətdən normal olmuşdur. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. 27 dekabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" ASC Cənub RETSİ Masallı EŞ enerji satış sahəsində nəzarətçisi vəzifəsində işləyir. 06 iyul 2022-ci il tarixli, R 261756 saylı aktın yazılmasında iştirak etmişdir. Mübahisəli sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın daxilində ərimə baş vermiş, sayğac yük olmadan elektrik enerjisini qeyd edir, özbaşına yazır. Sayğac qüsurlu idi. 27 dekabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 06 iyul 2022-ci il tarixli, R 261756 saylı aktın yazılmasında iştirak etmişdir. Sayğacın giriş və çıxışında ərimə var idi. Sayğac özbaşına sərfiyyat qeydə alırdı. Sayğacda qüsur yaranmışdır. Yükü azad etmiş, görmüşdür ki, sayğac sərfiyyatı qeydə alır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 06 iyul 2022-ci il tarixli, R 261756 saylı aktda göstərilir ki, Masallı rayonu, Çaxırlı kəndində yaşayan abonent kodu **********00084 olan istehlakçıya məxsus fərdi yaşayış evinə EEİQ-yə uyğun olaraq abonentin fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış zamanı məlum oldu ki, sayağacın daxilində ərimə baş vermiş, sayağac yük olmadan elektrik enerjisini qeyd edir, özbaşına yazır. Tənha bir kişi evdə yaşayır. Naqilin en kəsiyinin ölçüsü 6 mm olmaqla iki damarlı aluminium naqilidir. 06 iyul 2022-ci il tarixli, R 261756 saylı akta əsasən aparılmış hesabatdan görünür ki, akta əsasən 3,84 manat borc hesablanmış, sayğacda olan qüsur kimi sayğacın giriş və çıxış sıxacının əriməsi göstərilmişdir. xx.xx.2022-ci il tarixli, 005438 saylı aktda (ptotokolda) göstərilir ki, sayğac laboratoriya yoxlamasından keçmişdir, sayğac texniki cəhətdən normaldır. Aktın (protokolun) “Yoxlama zamanı aşkar olunan qüsurlar” hissəsində “sayğacın qrif hissəsinin texniki təsir nəticəsində əriməsi və sayğacın istismara yararsız olması” göstərilmişdir. Abunə haqqında məlumatda göstərilir ki, istehlakçının xx.xx.2022-ci ildən xx.xx.2022ci il tarixədək istifadə etdiyi elektrik sərfiyyatının dəyəri 6,08 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək 5,12 manat, xx.xx.2022-ci il tarixdə 345,23 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək 16,40 manat olmuşdur. Məhkəmə iclasında CD-yə baxış keçirilmişdir. Məhkəmə iddiaçının 06 iyul 2022-ci il tarixli, R 261756 saylı aktın etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 3,84 manat borcun silinməsi barədə tələbinə münasibətdə bildirir ki, iddiaçı aktın etibarsız hesab edilməsini və akta əsasən hesablanmış borcun silinməsini iddia etsədə, əslində o, aktda göstərilənlərin doğru olmasını, yəni sayğacın qüsurlu olması nəticəsində özbaşına yazmasını iddia edərək, akta əsasən yazılmış borcun silinməsini xahiş edir. Belə ki, həm iddia ərizəsində, həm də iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə aktda göstərilənlər üst-üstə düşür. Yəni, iddiaçı da iddia edir ki, sayğacda qüsur olmuş, sayğaca heç nə etməmiş, sayğac sərfiyyatı özbaşına yazmışdır, aktda da həmin hallar göstərilmişdir. Həmin hallar onun digər tələbinin də əsasını təşkil edir. Cavabdeh isə sayğacın qrif hissəsinin kənar təsir nəticəsində əriməsini istehlakçının təqsiri kimi qiymətləndirərək, mübahisələndirilən aktı yazmışdır. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, şərh olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə baxışında sayğacın qrif hissəsinin əriməsinin istehlakçının təqsiri nəticəsində baş verməsi cavabdeh tərəfindən sübuta yetirilməmiş, aktı tərtib etmiş qrum sayğacda baş vermiş həmin qüsurun iddiaçının təqsirli hərəkəti nəticəsində (səbəbli əlaqə) baş verməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Baş vermiş hadisədə istehlakçının təqsiri müəyyən edilmədiyindən həmin hala görə onun üzərinə zərərin ödənilməsi vəzifəsi qoyula bilməz. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Göstərilənlərə əsasən 06 iyul 2022-ci il tarixli, R 261756 saylı akt qismən - sayğacın qrif hissəsinin istehlakçının təqsiri nəticəsində əriməsi hissəsində etibarsız hesab edilməli və akta əsasən hesablanmış 3,84 manat borc silinməlidir. Məhkəmə iddiaçının sayğacın sərfiyyatı düzgün qeydə almaması nəticəsində hesablanmış borcun silinməsi barədə tələbinə münasibətdə isə bildirir ki, abunə haqqında məlumatda göstərilir ki, istehlakçının xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək istifadə etdiyi elektrik sərfiyyatının dəyəri 6,08 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək 5,12 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək 16,40 manat olmuşdur. xx.xx.2022-ci il tarixdə isə sərfiyyatın dəyəri 345,23 manat göstərilmişdir. Mübahisəli sayğacın qüsurlu olması - 06 iyul 2022-ci il tarixli, R 261756 saylı aktda (sayağacın daxilində ərimə baş verməsi, sayağacın yük olmadan elektrik enerjisini qeyd etməsi, özbaşına yazması), xx.xx.2022-ci il tarixli, 005438 saylı aktda (ptotokolda) sayğacın qrif hissəsinin əriməsi və sayğacın istismara yararsızlığı ilə bağlı göstərilənlər, aktı tərtib etmiş şəxslərin (şahidlərin) ifadələri və CD-yə keçirilmiş baxış nəticəsində təsdiqini tapmışdır. Əgər bu belə olmasaydı həmin sayğac yenisi ilə əvəzlənməzdi. Bunu həmçinin, sayğacın göstəricisinə əsasən cavabdehin qeydiyyatını apardığı abunə haqqında məlumatdakı göstəricilər də təsdiq edir. Belə ki, abunə haqqında məlumatda istehlakçının xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək istifadə etdiyi elektrik sərfiyyatının dəyəri kimi 6,08 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək 5,12 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək 16,40 manat göstərildiyi halda xx.xx.2022-ci il tarixdə 345,23 manat göstərilmişdir. Abunə haqqında məlumatdan görünür ki, istehlakçının xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək istifadə etdiyi elektrik sərfiyyatının dəyəri 5,12 manat, qalıq borcu - 0,20 manat olmuş, xx.xx.2022-ci il tarixdə 10 manat ödəniş etmişdir. Lakin iddiaçı da etiraf edir ki, sayğacın qüsurlu işlədiyi vaxt da həmişəki kimi ümumi qaydada X1 etmişdir. Belə olan halda o, istifadə etdiyi elektrik sərfiyyatının dəyərini ödəməlidir. İddiaçının silinməsini xahiş etdiyi 345,15 manat borcun müəyyən hissəsi onun istifadə etdiyi elektrik sərfiyyatının dəyərini təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Abunə haqqında məlumatdan görünür ki, istehlakçının xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək istifadə etdiyi elektrik sərfiyyatının dəyəri 16,40 manat olmuşdur. Belə olan halda iddiaçının silinməsini tələb etdiyi 345,15 manat borcun 16,40 manat hissəsi onun istifadə etdiyi elektrik enerjisinin dəyəri kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 06 iyul 2022-ci il tarixli, R 261756 saylı akt qismən sayğacın qrif hissəsinin istehlakçının təqsiri nəticəsində əriməsi hissəsində etibarsız hesab edilməli, akta əsasən hesablanmış 3,84 manat və sayğacın sərfiyyatı düzgün qeydə almaması nəticəsində hesablanmış 345,15 manat borcun 328,75 manat hissəsi, cəmi 332,59 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. 06 iyul 2022-ci il tarixli, R 261756 saylı akt qismən - sayğacın qrif hissəsinin istehlakçının təqsiri nəticəsində əriməsi hissəsində etibarsız hesab edilsin, akta əsasən hesablanmış 3,84 manat və sayğacın sərfiyyatı düzgün qeydə almaması nəticəsində hesablanmış 345,15 manat borcun 328,75 manat hissəsi, cəmi 332,59 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-145/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-145/2023
27.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver