Məhkəmə qərarları › İş №2(050)-1451/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1451/2023

05.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1451/2023 05.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi və maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsləhətçi-psixoloqu Nümayəndə iştirakları ilə. Ərizəçi maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 13 avqust 2004-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X14 anadangəlmə «kəskin ifadə olunmuş imbesillik dərəcəsində ağır əqli gerilik, mütəmadi nəzarət və qulluq tələb edən ciddi davranış pozuntuları» diaqnozu ilə xəstəlikdən əziyyət çəkməklə uzun müddət müalicə olunsa da, sağalmamışdır. Ona neçə illərdir o, baxır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının rəyi ilə ona birinci qrup əlillik təyin edilmişdir. Qızının qulluğunu o, tutmuş qızının gündəlik təlabatı ilə o məşğul olmuşdur. Qızı hazırda da evdə müalicə alır. X14 faktiki fəaliyyət qabiliyyəti olmadığından qızının müalicəsinin davam etdirilməsi, dövlət tərəfindən müəyyən edilmiş bir sıra güzəşt və müavinətləri almaqla yanaşı hər hansı bir sənədlərinin almmasında, şəxsiyyət vəsiqəsinin, xarici pasport kimi digər sənədlərin düzəldilməsində çətinliklər çəkir. Bu da Sevil Baxşiyevanın hüquqlarını həyata keçirməkdən məhrum olmasına səbəb olmuşdur. Qızına qəyyum təyin edilməyi barədə Masallı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyətindən isə Sevil Baxşiyevanın fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmə qətnaməsindən sonra qəyyum təyin ediləcəyi bildirilmişdir. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda qızı xx.xx.2004-cü il təvəllüdlü X4 qəyyum təyin edilməsindən ötrü onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılması zəruridir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəhadətnamədən görünür ki, X8 ilə X10 arasında 10 mart 2017-ci il tarixdə Masallı rayon Yeddioymaq İƏD üzrə nümayəndəliyində 03 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Baxşiyeva soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, X7 13 avqust 2004-cü ildə anadan olmuşdur. İş materiallarında olan Masallı RİHB-in Qodman kənd ərazi dairəsi üzrə nümayəndəliyinin 29 mart 2023-cü il tarixli, 121 nömrəli arayışından görünür ki, X1 Alidə Təyyar qızının himayəsindədir və hal-hazırda Masallı rayonu Əzizabad kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışından görünür ki, X7 "ağır dərəcəli əqli gerilik, kəskin ifadə olunmuş imbesillik dərəcəsində ağır əqli gerilik, mütəmadi nəzarət və qulluq tələb edən ciddi davranış pozuntuları" diaqnozu ilə əlil olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatrik Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 450 saylı rəydə qeyd edilmişdir ki, X3 "ağır dərəcəli əqli gerilik, kəskin ifadə olunmuş imbesillik dərəcəsində ağır əqli gerilik, mütəmadi nəzarət və qulluq tələb edən ciddi davranış pozuntuları" müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi Şəxsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 2363 saylı rəydə qeyd edilmişdir ki, X3 "ağır dərəcəli əqli gerilik davranış pozuntuları" akar olunmuşdur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, X7 öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərini idarə edə bilməyən şəxsdir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. İşin tədqiq edilən hallarına və tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək 13 avqust 2004-cü ildə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 13 avqust 2004-cü ildə anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar