Məhkəmə qərarları › İş №2(050)-1469/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1469/2025

04.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1469/2025 04.03.2026 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.1988-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı xx.xx.1988-ci il təvəllüdlü X9 «oliqofreniya ağır dərəcəli debillik, şəxsiyyətin psixopatizasiyası ilə» diaqnozu ilə xəstəlikdən əziyyət çəkməklə uzun müddət müalicə olunsa da, sağalmamışdır. Ona bu illər ərzində o baxır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının rəyi ilə ona ikinci dərəcə əlillik təyin edilmişdir. X2 özü tutmuş, onun gündəlik təlabatı ilə özü məşğul olmuşdur. O, hazırda da evdə müalicə alır. X13 faktiki fəaliyyət qabiliyyəti olmadığından onun müalicəsinin davam etdirilməsi, dövlət tərəfindən müəyyən edilmiş bir sıra güzəşt və müavinətləri almaqla yanaşı onun hər hansı bir sənədlərinin alınmasında, şəxsiyyət vəsiqəsinin, xarici pasport kimi digər sənədlərin düzəldilməsində çətinliklər çəkir. Bu da Nərmin Cəfərovanın hüquqlarını həyata keçirməkdən məhrum olmasına səbəb olmuşdur. Ona qəyyum təyin edilməyi barədə Masallı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyətindən isə Nərmin Cəfərovanın fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmə qətnaməsindən sonra qəyyum təyin ediləcəyi bildirilmişdir. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda qızı xx.xx.1988-ci il təvəllüdlü X5 qəyyum təyin edilməsindən ötrü onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılması zəruridir. Qanunvericiliyin tələbinə əsasən X13 fiziki qüsuru və ağlı zəifliyi nəticəsində öz hərəkətələrinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə edə bilmədiyindən hüquqlarının həyata keçirilməsi üçün üzərində qəyyum təyin edilməsindən ötrü o, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ekspert tərəfindən də qızının fəaliyyət qabiliyyətinin olmaması barədə rəy verilmişdir. Ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: doğum haqqında arayışdan görünür ki, 24 may 1988-ci il təvəllüdlü X3 atası X7, anası Ərizəçidır. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 10 mart 2025-ci il tarixli elektron çıxarışdan görünür ki, 24 may 1988-ci il təvəllüdlü X4 oliqofreniya ağır dərəcəli debillik, şəxsiyyətin psixopatizasiyası ilə xəstəliyi aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 14 yanvar 2026-cı il tarixli, 137 saylı rəyindən görünür ki, X4 Ağır dərəcəli kəmağıllıq müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxsin erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqi zəif inkişaf etməsi, əqli geriliklə əlaqədar məktəbdə oxumaması, Bakı şəhər X6 müalicədə olması, əqli geriliyi ilə yanaşı hər-hansı bir işi müstəqil yerinə yetirə bilməməsi, evdə əsəbiliyi, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2013-cü il tarixdə müayinə edilərək “Oliqofreniya, ağır dərəcəli debillik, şəxsiyyətin psixopatizasiyası ilə” diaqnozu ilə ona müddətsiz İİ qrup əlillik təyin edilməsi, hərdən fizioloji ifrazatları ilə natəmiz olması, göstərilənlərlə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı yaddaşının və intellektinin inkişafdan xeyli geri qalması, nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X4 Ağır dərəcəli kəmağıllıq müəyyən edilir. X9 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X9 onda müəyyən edilən Ağır dərəcəli kəmağllıq ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. 319-cu maddəsinin tələbinə müvafiq olaraq X1 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 xx.xx.2025-ci il tarixli, 4383 saylı rəyindən görünür ki, X4 Ağır dərəcəli kəmağıllıq müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxsin erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqi zəif inkişaf etməsi, əqli geriliklə əlaqədar məktəbdə oxumaması, Bakı şəhər X6 müalicədə olması, əqli geriliyi ilə yanaşı hər-hansı bir işi müstəqil yerinə yetirə bilməməsi, evdə əsəbiliyi, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2013-cü il tarixdə müayinə edilərək “Oliqofreniya, ağır dərəcəli debillik, şəxsiyyətin psixopatizasiyası ilə” diaqnozu ilə ona müddətsiz İİ qrup əlillik təyin edilməsi, hərdən fizioloji ifrazatları ilə natəmiz olması, göstərilənlərlə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı yaddaşının və intellektinin inkişafdan xeyli geri qalması, nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X4 Ağır dərəcəli kəmağıllıq müəyyən edilir. X9 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X9 onda müəyyən edilən Ağır dərəcəli kəmağllıq ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24 may 1988-ci il təvəllüdlü Masallı şəhərində doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar