Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-148/2023 02.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, cavabdeh Masallı RİHB-nın Türkoba kənd ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə, üçüncü şəxs Maraqlı şəxs2 vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Masallı RİHB-nın Türkoba kənd ərazi dairəsi üzrə nümayəndəliyinə və Cavabdeh4 qarşı (üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2) “vərəsəlik şəhadətnaməsinin, çıxarışların etibarsız hesab edilməsi və bağışlama müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Masallı RİHB-nın Türkoba kənd ərazi dairəsi üzrə nümayəndəliyinə və Cavabdeh4 qarşı (üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2) “vərəsəlik şəhadətnaməsinin, çıxarışların etibarsız hesab edilməsi və bağışlama müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, mülki işə baxılmasından imtina edir. Ona görə də iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil2 ərizəni müdafiə edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Masallı RİHB-nın Türkoba kənd ərazi dairəsi üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil3 iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etdiyini bildirdi. Cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinə, Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsinə, Cavabdeh4 və üçüncü şəxs Maraqlı şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Vüsal Sadıqov məhkəməyə ərizə ünvanlayaraq, iş yükünün ağırlığı ilə əlaqədar gələ bilməyəcəkləri üçün məhkəmə iclasının onun iştrakı olmadan keçirilərək müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının vəsatəti təmin edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması” adlanan 170-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər (170.1). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilir ki, “Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Qeyd olunanlara əsasən və MPM-in 170.1, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Masallı RİHB-nın Türkoba kənd ərazi dairəsi üzrə nümayəndəliyinə və Cavabdeh4 qarşı (üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2) “vərəsəlik şəhadətnaməsinin, çıxarışların etibarsız hesab edilməsi və bağışlama müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-148/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-148/2023
02.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver