Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1488/2023 01.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə mənsub olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Masallı Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 46 saylı qərarı ilə 1.49 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna” dair JN-242 Kod 80510039 saylı Dövlət aktının Ərizəçi, X26, X11, X27, X12 və X33 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 46 saylı qərarı ilə ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.49 ha torpaq sahəsi verilmiş və bununla bağlı “Torpağa mülkiyyət hüququna” dair JN-242 Kod 80510039 saylı Dövlət aktı tərtib edilmişdir. Dövlət aktında onun, yəni Ərizəçi ata adı Tarıverdi əvəzinə səhvən Tarverdi kimi, həmçinin soyadı qızlıq soyadı ilə Cahangirova kimi, X19 ata adı Qaraş əvəzinə səvən Qardaş kimi, X7 ata adı Həsən əvəzinə səhvən Əlisa kimi, X20 adı Aqşin əvəzinə səhvən Akşin kimi, X28 adı Aqil əvəzinə səhvən Adil kimi və X8 adı Zamina əvəzinə Zəminə kimi və onun soyadı qızlıq soyadı ilə Muxtarova kimi qeyd edilmişdir. Müəyyən sənədləşmə işlərini aparmaq istəyəndə göstərilən nöqsanlara görə sənədləşmə edə bilməmiş və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Həmin sənədi verən Dövlət orqanı artıq mövcud olmadığından pozulmuş hüququn müdafiəsi başqa cür mümkün deyil. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş: “Torpağa mülkiyyət hüququna” dair JN-242 Kod 80510039 saylı Dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 46 saylı qərarı ilə X21, X13, X17, X29, X1, X30, X34, X6, X31, X18, X32 və X4 təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.49 hektar torpaq sahəsi verilmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, X38 ilə X2 nikahlarını 21 sentyabr 1992-ci ildə Masallı RİHB-nın Yeddioymaq ərazi nümayəndəliyində 39 saylı qeydlə rəsmiləşdirmişlər. Nikahdan sonra ərə (arvada) Ağayev (a) soyadı verilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X39 17 fevral 1937-ci ildə Masallı rayonu, Qasımlı kəndində doğulmuşdur, yaşayış yeri Masallı rayonu, Yeddioymaq kəndi qeyd edilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 25 iyul 1942-ci ildə Masallı rayonu, Qasımlı kəndində doğulmuşdur, yaşayış yeri Masallı rayonu, Yeddioymaq kəndi qeyd edilmişdir. Doğum haqqında arayışdan görünür ki, X40 02 dekabr 1993-cü ildə Masallı rayonu, Yeddioymaq kəndində doğulmuşdur. X9, anası Ərizəçidır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 01 noyabr 1968-ci ildə Masallı rayonu, Yeddioymaq kəndində doğulmuşdur, yaşayış yeri Masallı rayonu, Yeddioymaq kəndi qeyd edilmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, X41 ilə X14 nikahlarını 08 oktyabr 1987-ci ildə Masallı RİHB-nın Yeddioymaq ərazi nümayəndəliyində 42 saylı qeydlə rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra ərə (arvada) Ağayev (a) soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür, X43 20 iyul 1996-cı ildə Masallı rayonu, Qasımlı kəndində doğulmuşdur. X9, anası Ərizəçidır. Masallı RİHB-nın Yeddioymaq kənd İƏDÜN-nin 02 mart 2023-cü il tarixli, 26 saylı aktından görünür ki, JN-242 Kod 80510039 saylı Dövlət aktında X35-X39, X25-X23, X3- Ərizəçi, X42-X40, X44-X43, X15-X5 yazılmalıdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, “Torpağa mülkiyyət hüququna” dair JN-242 Dövlət aktında düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün qanuni əsaslar var. Ərizəçi qeyd olunan faktları təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Tələb əsaslı və qanunauyğundur. Odur ki, ərizə təmin edilməli, Masallı Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 46 saylı qərarı ilə 1.49 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna” dair JN-242 Kod 80510039 saylı Dövlət aktının Ərizəçi, X26, X11, X27, X12 və X33 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Masallı Rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 46 saylı qərarı ilə 1.49 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna” dair JN-242 Kod 80510039 saylı Dövlət aktının Ərizəçi, X26, X11, X27, X12 və X33 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-1488/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1488/2023
01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver