Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1491/2023 24.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 65 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona və ailə üzvlərinə 0.10 hektar torpaq sahəsinin verilməsinə dair JN-1626A kod 80500018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi və X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 65 saylı qərarı ilə JN-1626A kod 80500018 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə ona və ailə üzvlərinə 0.10 hektar torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə X1 və adı səhvən Şirəliyeva Cala kimi, Ərizəçi ata adı isə səhvən Sənan kimi qeyd edilmişdir. Yol verilmiş bu səhv onları hüquqlarını pozur. Bununla bağlı müvafiq orqanlara müraciət etmiş və ona məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan JN-1626A kod 80500018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 65 saylı qərarı əsasında Ərizəçi Sənan oğluna ailə üzvləri ilə birlikdə 0.10 hektar fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə həmçinin X8, X5, X6 adları qeyd olunmuşdur. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Ərizəçi xx xxxxx 1962-ci ildə, X9 17 avqust 1975-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 8 saylı Cəlilabad Ərazi İdarəsinin Ərizəçi müraciətindən imtina məktubundan görünür ki, Şəhadətnamədə düzəliş edilməsi ilə bağlı məhkəməyə müraciət etmək barədə hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin arayışından görünür ki, JN-1626A, kod 80500018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yazılmış Ərizəçi Sənan oğlu- Ərizəçi kimi, X11- X2 oxunmalıdır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Zülfüqarova (Şirəliyeva) Lalə Dədəkişi qızı 16 dekabr 1999-cu ildə rəsmi nikaha girmişlər. İşdə olan ölüm haqqında arayışın surətindən görünür ki, X18 21 iyun 2005-ci ildə Masallı rayon, Ərkivan qəsəbəsində vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 65 saylı qərarı əsasında JN-1626A nömrəli kod 80500018 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Ərizəçi Sənan oğluna ailə üzvləri ilə birlikdə 0.10 hektar fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə texniki səhv olaraq X1 və adı səhvən X3, Ərizəçi ata adı səhvən Ərizəçi Sənan oğlu kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1. və 307.2.5.-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cı maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, ərizəçi məhkəmdə hüquqi əhəmiyyətli olan fakt müəyyən olunmadan, lazım olan sənədi başqa formada əldə edə bilmir. Torpaq sahəsində ərizəçinin mülkiyyət hüququ vardır, ona görə də ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 65 saylı qərarı əsasında 0.08 hektar torpaq sahəsinin verilməsi barədə JN-1626A nömrəli, kod 80500018 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi və X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-1491/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1491/2023
24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver