Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1495/2025 12.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə, maraqlı şəxs Qəriblər Bələdiyyəsinin sədri X1 iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Masallı rayon Qəriblər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli seçim aktında, xx.xx.2004-cü il tarixli qərarında və Torpaqların alqısatqısına dair aktda göstərilən yanlışlıqların aradan qaldırılaraq şəxsin eyni şəxs olması faktının müəyyən edilməsi və hüquq müəyyənedici sənədlərin ona yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi inşa etmək məqsədi ilə ona torpaq sahəsinin ayrılması üçün 2004-cü ildə Masallı rayon Qəriblər Bələdiyyəsinə müraciət etmiş, həmin Bələdiyyənin xx.xx.2004-cü il tarixli seçim aktına, xx.xx.2004-cü il tarixli qərarına və Torpaqların alqı-satqısına dair aktına əsasən ona Masallı rayon Qəriblər kəndində 0.06 ha torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin alınmasına 26000 manat pul ödəmişdir. Lakin, adları sadalanan sənədlər hazırlanarkən onun ata adı İbadulla olduğu halda, səhvən ibrahim kimi qeyd edilmşdir. Onun ailəsində Ərizəçi İbrahim oğlu adlı şəxs olmamışdır. Həmin vaxt sənədləri hazırlamış şəxslər tərəfindən texniki səhv olmuşdur. Yol verilmiş bu səhv onun hüquqlarını kobud şəkildə pozur. O, həmin sənədləri təqdim edib Dövlət Reyestrindən çıxarış ala bilmir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Qəriblər Bələdiyyəsinin sədri X2 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Masallı rayon Qəriblər Bələdiyyəsi tərəfindən 2004-cü il tarixdə Ərizəçi Qəriblər kəndi ərazisində 0.06 ha torpaq sahəsi satılmışdır. Ərizəçi da həmin torpaq sahəsində fərdi yaşayış evi tikmiş və uzun ilərdir ki, ailəsi ilə birlikdə orada yaşayır. Hətta bir müddət əvvəl evin bir hissəsi yanmışdır. Həqiqətən də, Ərizəçi Masallı rayon Qəriblər Bələdiyyəsi tərəfindən verilmiş sənədlərdə ata adı İbadulla əvəzinə səhvən İbrahim kimi yazılmışdır. Bu səbəbdən də hazırda ərizənin təmin edilməsinə etirazı yoxdur. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə olunmuş; -Masallı rayon Qəriblər Bələdiyyəsinin 18 noyabr 2004-cü il tarixli seçim aktından görünür ki, Ərizəçi İbrahim oğluna fərdi yaşayış evi tikmək üçün satılması nəzərdə tutulan 0,06 ha həyətyanı torpaq sahəsi şimaldan Əlizadə Bağışov, cənubdan Əliqardaş Zairəliyev, şərqdən bələdiyyə mülkiyyəti, qərbdən isə kənarası yolla həmsərhəddir. -Masallı rayon Qəriblər Bələdiyyəsinin 19 noyabr 2004-cü il tarixli qərarından görünür ki, Masallı rayon Qəriblər Bələdiyyəsinin mülkiyyətinə aid alqı-satqı predmeti olan torpaq sahəsindən Qəriblər kənd sakini Ərizəçi İbrahim oğluna ev tikmək üçün 0,06 ha həyətyanı torpaq sahəsinin alqı-satqı qaydasında satılması qərar alınmışdır. -Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Masallı rayon Qəriblər Bələdiyyəsinin 19 noyabr 2004-cü il tarixli qərarına əsasən Ərizəçi İbrahim oğlu 0,06 ha həyətyanı torpaq sahəsi almaq üçün “Kapitalbank” Masallı rayon filialının 30703308 saylı hesabına əvvəlcədən 660 manat torpaq haqqını ödəmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 03 mart 2025-ci il tarixli məktubundan görünür ki, ad və soyadın yalnış yazılması faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. -Masallı rayon İcra Hakimiyyəti başçısının Qəriblər kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 14 mart 2025-ci il tarixli, 77 saylı arayışdan və Masallı rayon Qəriblər Bələdiyyəsinin 09 aprel 2025-ci il tarixli, 09 saylı arayışından görünür ki, 10 noyabr 2004-cü il tarixdə torpaq alqı-satqı aktında ata adı səhv yazılıb. Ərizəçi İbrahim oğlu ilə Ərizəçi eyni şəxsdir. -Doğum haqqında şəhadətnamədən və şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx xxxxx 1965-ci ildə Masallı rayonu, Zuvandlı kəndində anadan olmuşdur. Məhkəmə ərizəçininin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Masallı rayon Qəriblər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli seçim aktına, xx.xx.2004-cü il tarixli qərarına və Torpaqların alqı-satqısına dair akta əsasən Ərizəçi Masallı rayon Qəriblər kəndində 0.06 ha torpaq sahəsi satılmışdır. Lakin, həmin sənədlərdə yanlış olaraq Ərizəçi ata adı İbrahim kimi qeyd olunmuş, bu da hüquqmüəyyənedici sənədlərdə uyğunsuzluq yaratmışdır. Həmin uyğunsuzluğun başqa qaydada bərpa edilməsi isə mümkün olmadığından ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməklə, Masallı rayon Qəriblər Bələdiyyəsinin səhvən Ərizəçi İbrahim oğlunun adına vermiş olduğu xx.xx.2004-cü il tarixli seçim aktının, xx.xx.2004-cü il tarixli qərarının və Torpaqların alqı-satqısına dair aktın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Masallı rayon Qəriblər Bələdiyyəsinin 18 noyabr 2004-cü il tarixli seçim aktının, 19 noyabr 2004-cü il tarixli qərarının və Torpaqların alqı-satqısına dair aktın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-1495/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1495/2025
12.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver