Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-15/2024 09.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı, Cavabdeh Firdovsi oğlunun iştirakları ilə. İddiaçı Cavabdeh Firdovsi oğluna qarşı qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, daşların cavabdeh tərəfindən götürülməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Firdovsi oğluna qarşı kənd təsərrüfatlı təyinatlı 0,4797 ha torpaq sahəsində Cavabdeh Firdovsi oğlu tərəfindən qanunsuz inşa edilmiş tikililərin-cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinə tökülmüş daşların cavabdeh tərəfindən yığışdırılaraq aparılması, zəbt olunmuş həmin torpaq sahəsindən cavabdehin çıxarılması və torpağın ilkin vəziyyətə gətirilərək ona təhvil verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, onun və ailə üzvlərinin mülkiyyətində kənd təsərrüfatlı təyinatlı 0,4797 ha torpaq sahəsi vardır. Masallı rayonu, Mahmudavar kənd sakini Cavabdeh Firdovsi oğlu həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. O, həmin torpaq sahəsində qeyri-qanuni yollarla tövlə və digər tikililər tikmişdir. Onun həmin torpaq sahəsinə heç bir sənədi yoxdur. Qonşuları onlara verilmiş torpaq sahəsində əkin əkir, mal-qara saxlayırlar. O, isə 20 ilə yaxındır ki, ona verilmiş torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehin qanunsuz əməllərinə son qoymasını gözləyir. Bu barədə cavabdehə bildirsə də, cavabdeh öz qanuni əməllərindən əl çəkməmiş və onun torpaq sahəsini zəbt edərək hər gün onun hüquqlarını kobud şəkildə pozur. Cavabdehdən bu qanunsuzluqlara son qoymasını bildirsə də ona əhəmiyyət verilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Firdovsi oğlu məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Bələdiyyə tərəfindən ona əkin sahəısi kimi 0,10 ha torpaq sahəsi ayrılmışdır. Sökülməsi tələb edilən çoban evi və tövlə həmin torpaq sahəsində yerləşir. Günlük isə iddiaçıya məxsus torpaq sahəsi ilə sərhəddə yerləşdiyindən iddiaçıya məxsus sahəyə düşə biləcəyini ehtimal edir və günlüyün sökülməsinə etiraz etmir. Digər tikililərin sökülməsinə razə deyil. Həmin torpaq sahəsi ona bələdiyyə tərəfindən verilmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış barədə məlumatdan görünür ki, Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0,4797 ha torpaq sahəsi İddiaçı, X3 X4 ümumi birgə mülkiyyətindədir və xx.xx.2022-ci il tarixində İddiaçı adına çıxarış verilmişdir. xx.xx.2012-ci il tarixli X1 görünür ki, Mahmudavar kənd sakini Cavabdeh Firdovsi oğlu uzun müddət ərazidə yaşamadığından ailə üzvləri ilə birlikdə torpaq islahatları aparılan zaman onlara ayrılan pay torpaqlarını ala bilməmişdir. 07 sentyabr 2012-ci il tarixdə ərazi nümayəndəliyinə və bələdiyyəyə bu məsələ ilə bağlı müraciət etdikdən sonra araşdırmalar aparılmış, ona, qardaşına və mərhum anasına məxsus 0.50 ha pay torpağı Dövlət aktına uyğun “Poliqon” adlanan əraziyə gedən yolun sağ tərəfində ölçülərək təhvil verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin 05 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 20 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/8126 saylı rəyindən məlum olur ki; -Masallı rayonu Mahmudavar kəndi ərazisində İddiaçı Boylu qızı və digər ailə üzvlərinin JN-604 saylı Dövlət Aktı ilə 0,48 ha, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və **********80 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın A№ 981366 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin döngə nöqtələrinin koordinatlarına görə mülkiyyətə verilmiş 0,3691 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi faktiki olaraq Cavabdeh Firdovsi oğlu tərəfindən istifadə edilir. -Mübahisələndirilən torpaq sahəsinin hüdudları daxilində cavabdeh tərəfindən inşa olunduğu iddia edilən tövlə tövlə tikilisinin tam hissəsi, çoban evi tikilisinin və günlüyünün müəyyən hissəsinin yerləşdiyi müəyyən edilmişdir. -Mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında mübahisələndirilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək göstərilmişdir. - Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və **********80 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz-əmlakın Dövlət Reyestrindən Çıxarışın A№ 981366 seriyalı “Torpaq sahəsinin sənədinin döngə nöqtələrinin koordinatlarına görə İddiaçı Boyli qızı və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,3691 ha kənd təsərrüfatı təyinatlı torpaqa sahəsinin hüdudları daxilində Cavabdeh Firdovsi oğlu tərəfindən inşa olunduğu iddia edilən tövlə tikilisinin tam 75,7 kv.metr hissəsi, ümumi sahəsi 45,6 kv.m olan çoban evi tikilisinin və günlüyünün 11,5 kv.m hissəsinin yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna, ilk və qarşılıqlı iddialara birlikdə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1., 165.1. və 165.2.-ci maddələrinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Həmin Məcəllənin 178.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1. və 238.2.-ci maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aiddiyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaları, tikililəri və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları və tədqiq olunmuş sübutlara əsasən məlum olur ki, Masallı rayonu Mahmudavar kəndi ərazisində İddiaçı Boylu qızı və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmış, çıxarışda yuxarıda adı çəkilən şəxslərin həmin torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququ qeydə alınmışdır. Hazırda iş üzrə İddiaçı qeyd edilən torpaq sahəsində cavabdehin qanunsuz tikinti işləri apardığını və onlara məxsus torpaq sahəsini zəbt etdiyini iddia edir. Məhkəmə tərəfindən işin mübahisəli halları araşdırılarkən torpaq sahəsinə dair mütəxəssis rəyi alınmış, tikinti-texniki ekspertizası təyin edilmiş və qeyd edilənlərin əsasında müəyyən olmuşdur ki, İddiaçı və digər üzvlərinin mülkiyyətində olan 0,4797 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0,3691 ha hissəsi Cavabdeh Firdovsi oğlunun faktiki istifadə kimi plana alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bundan əlavə 0,3691 ha kənd təsərrüfatı təyinatlı torpaqa sahəsinin hüdudları daxilində Cavabdeh Firdovsi oğlu tərəfindən inşa olunduğu iddia edilən ümumi sahəsi 75,7 kv.metr olan tövlə tikilisinin tam hissəsinin, ümumi sahəsi 45,6 kv.m olan çoban evi tikilisinin və günlüyünün 11,5 kv.m hissəsinin həmin ərazidə inşa edildiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia ərizəsində göstərilmiş hallar sübuta yetirilmiş, bunun əksi olaraq cavabdehin həmin torpaq sahəsinin ona məxsus olması, iddiaçının onun torpaq sahəsini zəbt etmiş olması kimi fikirləri öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçını mülkiyyətində olan torpaq sahəsinə buraxmamaqla, həmçinin orada tikililər inşa etməklə, mülkiyyətçi kimi iddiaçının torpaq sahəsindən istifadə etmək və sahiblik hüquqlarının maneəsiz həyata keçirməsinə mane olur. Onun hal-hazırda da davam edən hərəkətləri mülkiyyətçinin iradəsi olmadan sahiblikdən məhrumetmə və qadağan edilmiş özbaşınalıq hesab olunur. Qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, iddiaçının və ailə üzvlərinin torpaq sahəsində cavabdehin özbaşına tikili inşa etməsi tam qanunsuzdur, mülkiyyətə müdaxilədir, mülkiyyətin toxunumazlığına zidd hərəkətdir. Ona görə də torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi üçün qeyd edilən tikililər cavabdehin hesabına sökülməli, söküntü nəticəsində tökülmüş daşlar onun tərəfindən yığışdırılmalı, cavabdeh torpaq sahəsindən çıxarılmalıdır. Cavabdeh etirazını məhkəmə müzakirə etmiş, lakin hər hansı əsasverici hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh Firdovsi oğlundan torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə üçün çəkilmiş xərcə görə 95 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat alınaraq İddiaçı, məhkəmə tikinti-texniki ekspertiza xərcinə görə 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticə tələbiyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan və zəbt olunmuş 0,3691 ha torpaq sahəsinin əvvəlki vəziyyəti bərpa olunaraq, orada inşa edilmiş sahəsi 75,7 kv.m olan tövlə tam, ümumi sahəsi 45,6 kv.m olan çoban evi və günlüyün 11,5 kv.m hissəsi Cavabdeh Firdovsi oğlunun hesabına sökülsün, söküntü ilə bağlı orada olan daşlar Cavabdeh Firdovsi oğlu tərəfindən götürülsün, zəbt olunmuş 0,3691 ha torpaq sahəsindən Cavabdeh Firdovsi oğlu çıxarılaraq torpaq sahəsi İddiaçı təhvil verilsin. Cavabdeh Firdovsi oğlundan torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə üçün çəkilmiş xərcə görə 95 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat alınaraq İddiaçı, məhkəmə tikinti-texniki ekspertiza xərcinə görə 50 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-15/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-15/2024
09.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver