Məhkəmə qərarları › İş №2(050)-1535/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1535/2023

28.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1535/2023 28.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə. İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X8 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 26 avqust 2022ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış ziyan kimi 17280 kub metr qaz sərfiyyatına hesablanmış borcun silinməsi və 2019-cu ilin mart ayına kimi hesablanmış 453.95 manat debitor borcun müddət ötməsi ilə əlaqədar silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, iddiaçının Masallı rayonu, Şərəfə kəndində özünə məxsus fərdi yaşayış evi təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri edilmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Cavabdeh Lənkəran X8 İdarəsinin əməkdaşları ona məxsus fərdi yaşayış evini qazla təhciz edən qaz xəttinə və sayğaca baxış keçirərək, sayğacı çıxarıb aparıblar. Lakin həmin vaxt o, orda olmamış, uzun illərdir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Ara-sıra kəndə gedərək evinə nəzarət edir. Növbəti dəfə kəndə gəldiyi zaman ona məlum olmuşdur ki, Qaz İstismar İdarəsinin əməkdaşları ona məxsus evə baxış keçirmişlər. Səbəbini öyrənmək üçün ona Asan xidmət mərkəzinə müraciət etməyi məsləhət görülmüşdür. O, da həmin xidmətə müraciət etmiş, həmin mərkəzdən ona abonentin saldosu, akt, tələbnamə vermişlər. Məlum olmuşdur ki, Cavabdeh Lənkəran X8 İdarəsinin əməkdaşları barəsində xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib etmişlər. Aktda sayğacdan kənar qeyriqanuni birləşmə müəyyən edildiyi bildirilmiş və tələbnamə ilə itirilmiş qazın bərpasına görə dəymiş ziyan olaraq 17280 m3 müəyyən edilməklə ödənilməsi tələb olunmuşdur. O, sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməmiş, Cavabdeh işçiləri aktı yazarkən onun evinin qaz xəttində heç bir qeyri-qanuni istifadə olmamışdır. O, kənddə yaşadığı zaman həmişə sayğacdan istifadə etmiş, onlar aktı yazarkəndə qaz xəttində sayğac olmuş, sayğac ola-ola onlar qazdan qeyri-qanuni istifadə yazmışlar. Həmçinin Azəriqaz İB-nin əməkdaşları ona və 3 qardaşına eyni şəkildə 4 akt tərtib etmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, qardaşları X6, X7 ilə eyni həyətdə yaşayır. Qaz istehlakına görə quraşdırılmış sayğacları da yan-yanadır. X9 sayğacdan kənar xətt çəkmiş, bu səbəblə baxış keçirilərkən Qafil Məmmədov mübahisə yaratmışdır. Bundan sonra onların hər üçünə sayğacdan kənar qazdan istifadəyə görə ziyan hesablamışlar. Hal-hazırda məhkəmənin qətnaməsi ilə Qafil Məmmədovdan qanunsuz qoşulmaya görə ziyan məbləğinin tutulması qət edilmişdir. Həmçinin məhkəmənin qətnaməsi ilə qardaşı İddiaçı hesablanmış ziyanın qanunsuz hesab edilmiş və hesablanmış ziyanın silinmişdir. O, şəxsən sayğacdan kənar qazdan istifadə etməmişdir, odur ki, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməmiş, ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: X3 məhkəmə baxışı iclasında ifadəsində bildirdi ki, Qadir Məmmədov və İddiaçı onun qardaşlarıdır. O, uzun illər əvvəl sayğacdan kənar qaz xəttinə qoşulmuş, sonradan ayırmamışdır. 26 avqust 2022-ci il tarixdə yoxlama zamanı həmin xəttlə bağlı qaz idarəsinin əməkdaşları ilə mübahisə etmiş, onlar da qanunsuz xəttin hansı evə çəkilməsini müəyyən edə bilmədikləri üçün, qonşuluqda yaşayan üç qardaşın hər birinə qanunsuz qoşulma barədə akt tərtib etmişlər. Lakin onun qardaşlarının heç bir təqsiri yoxdur, məhkəmənin qətnaməsi ilə ondan dəymiş ziyanın tutulması qət edilmişdir. 17 avqust 2022-ci il tarixli aktın surətindən görünür ki, növbəti Dövlət yoxlamasına görə sayğac açılmış və yenisi ilə əvəz olunmuşdur. Aktda sayğaca müdaxilə olunması ilə bağlı qeyd yoxdur. 26 avqust 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunur. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə İddiaçı adının qarşısında qeyd yoxdur. 26 avqust 2022-ci il tarixli qərarın surətindən görünür ki, 26 avqust 2022-ci il tarixli ******* saylı akt əsasən 17280 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə İddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. İddiaçıya aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 6.5-ci bəndinə əsasən qaz paylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcı qanunusuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir Həmin Qaydaların 3.4.1.-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. Həmin Qaydaların 6.5.-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırır. ARDNŞ Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarının qanunusuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydalarına əsasən istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş təbii qazın dəyərinin hesablanması Qaydaları aşağıdakı hallarda tətbiq edilir:

2. Layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən, əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda;

3. Sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda;

4. Sayğaca və plomblara hər hansı bir müdaxilə halında və ya sayğac plombsuz, həmçinin sənədi olmayan plombla möhürlənmiş olduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, cavabdeh İldrım Məmmədovun qanuna zidd əməlinin olması, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunmur. Ona görə də vurulmuş zərər üçün zərərçəkən qarşısında o, məsuliyyət daşımamalıdır. Belə ki, yaranmış mübahisə ilə bağlı qanunsuz qoşulmanın İddiaçı tərəfindən icra olunması, o cümlədən məhz onun evinə xəttin çəkilməsi sübuta yetmir. Bundan başqa şahid Qafil Məmmədov məhkəmə iclasında vermiş olduğu ifadəsində qanunsuz qoşulma xəttinin onun tərəfindən çəkilməsini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X8 İdarəsinin İddiaçı adına tərtib etdiyi 26 avqust 2022-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilsin, 17280 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borc məbləği silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar