Məhkəmə qərarları › İş №2(050)-1602/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1602/2025

13.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1602/2025 13.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə. Ərizəçi (maraqlı şəxlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi, Maraqlı şəxs2 Nəsrulla qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-586 KOD 80500018 saylı şəhadətnamədə aparılmış yanlışlıqların düzəldilərək şəhadətnamədə göstərilən “X22” ilə “Ərizəçi”, “X3 ” ilə “Maraqlı şəxs2 Nəsrulla qızı”, “X12” ilə “X13”, “Maraqlı şəxs4 Dəmir” qızı ilə “Maraqlı şəxs4” qızı, “Maraqlı şəxs5 Dəmir oğlu” ilə “Maraqlı şəxs5” oğlu, “Maraqlı şəxs6 Dəmir oğlu” ilə “Maraqlı şəxs6”, “X14” ilə “Maraqlı şəxs7” adlı şəxslərin eyni şəxs olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-586 KOD 80500018 saylı şəhadətnamənin Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 30.11,1998-ci il tarixli qərarı əsasında Masallı rayonu, Ərkivan kəndində onun və ailə üzvlərinin mülkiyyətinə 0.72 hektar torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair JN 586, KOD 80500018 saylı şəhadətnamə tərtib olunmuşdur. Həmin torpaq sahəsi onların ümumi birgə mülkiyyətlərindədir və hazırda istifadə edirlər. Mülkiyyətçilərdən yalnız mərhum atası X19 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Lakin həmin şəhadətnamədə hazırda müəyyən uyğunsuzluqlar vardır. Belə ki, şəhadətnamədə “Rayil” əvəzinə “Rail”, “Nurəstə” əvəzinə “Növrəstə”, “Tərifə əvəzinə “Tofiqə”, “Maraqlı şəxs4” qızı əvəzinə “Dəmir” qızı, “Maraqlı şəxs5” əvəzinə “Dəmir” oğlu, “Maraqlı şəxs6” əvəzinə “Dəmir” oğlu, “Maraqlı şəxs7” qızı əvəzinə “X15” kimi qeyd olunmuşdur. Qeyd olunan yanlışlıqlar hazırda onların mülkiyyət hüquqularını pozur. O, həmin sahəni digər mülkiyyətçilərin razılığı ilə əkib-becərir, təyinatı üzrə istifadə edir, lakin hazırda dövlət tərəfindən verilən subsidiyanı ala bilmir. Səbəb olaraq dövlət aktında qeyd olunan adların yanlış olması göstərilmişdir. Buna görə də hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdanda imtina olunmuşdur. Ümumi birgə mülkiyyətçilərin şəxsiyyət vəsiqələrində onların ad, soyad və ata adlarının düzgün yazılışı qeyd olunmuşdur. Bununla bağlı Masallı RİHB-nın Ərkivan ərazi nümayəndəliyi tərəfindən arayışda verilmişdir. Qeyd olunan yanlışlıqlar onun hüquqlarını pozur, o da ümumi birgə mülkiyyətçilərdən biridir, o, ümumi birgə mülkiyyətin xeyrinə həmin yanlışlıqları düzəltdirmək istəyir, digər mülkiyyətçilər ayrıayrı yerlərdə yaşayırlar və buna görə də yalnız özü iddia qaldırmışdır. Qeyd olunan yanlışlıqların düzəldilməsi üçün həmin sənədlərlə birgə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ərizə ünvanlamış, lakin xx.xx.2025-ci il tarixli imtina məktubu əsasında yanlışlıqların düzəldilməsindən imtina olunmuş və məhkəməyə müraciət etmək izah olunmuşdur. Odur ki, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi, Maraqlı şəxs2 Nəsrulla qızı, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilslərə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələri səbəbi barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: “Torpağa mülkiyyət hüququna” dair JN-586 Kod 80500018 saylı dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 68 saylı qərarı ilə Masallı rayonu, Ərkivan kənd sakinləri X16, X1, X7, Maraqlı şəxs4 Dəmir qızına, Maraqlı şəxs5 Dəmir oğluna, Maraqlı şəxs6 Dəmir oğluna, X18, X10 və X8 0.72 hektar kənd təsərrüfatlı məhsulların istehsalı üçün torpaq sahəsi verilmişdir. Nikah haqqında arayışdan görünür ki, X19 ilə Maraqlı şəxs2 arasında 07 iyul 1965-ci il tarixdə Masallı rayonu Musaküçə kənd icra nümayəndəliyində bağlanmış nikah, 16 nömrə ilə qeyd alınmışdır və nikah bağlandıqdan sonra ərə Bağıyev, arvada Seyfullayeva soyadı verilmişdir. doğum haqqında arayışdan görünür ki, xx xxxx 1970-ci il təvəllüdlü Ərizəçi atası X19, anası Maraqlı şəxs2dır. doğum haqqında akt qeydindən görünür ki, xx xxxxxxx 1973-cü il təvəllüdlü X5 atası X19, anası Maraqlı şəxs2dır. doğum haqqında akt qeydindən görünür ki, 05 mart 1975-ci il təvəllüdlü X4 atası X17, anası X6r. nikah haqqında akt qeydindən görünür ki, X20 ilə X9 arasında Masallı rayon Ərkivan icra nümayəndəliyində xx.xx.1991-ci ildə nikah bağlanmış və nikah bağlandıqdan sonra ərə (arvada) Bağıyev (a) soyadı verilmişdir doğum haqqında akt qeydindən görünür ki, xx xxxxxx 1993-cü il təvəllüdlü Maraqlı şəxs5 atası X20, anası Maraqlı şəxs4dır. doğum haqqında akt qeydindən görünür ki, xx xxxx 1996-cı il təvəllüdlü Maraqlı şəxs6 atası X20, anası Maraqlı şəxs4dır. doğum haqqında akt qeydindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Maraqlı şəxs7 atası X19, anası Maraqlı şəxs2dır. Masallı RİHB-nın Ərkivan İƏD üzrə nümayəndəsinin və Masallı rayonu Ərkivan Bələdiyyəsinin 07 aprel 2025-ci il tarixdə tərtib etdikləri aktdan görünür ki, JN-0144 Kod 80514018 saylı dövlət aktında texniki səhv olaraq torpaq mülkiyyətçilərindən Maraqlı şəxs2 Nəsrulla qızının adı səhvən X3, X5 adı səhvən X12, Maraqlı şəxs4 adı səhvən Maraqlı şəxs4 Dəmir qızı, Maraqlı şəxs5 adı səhvən Maraqlı şəxs5, Maraqlı şəxs6 adı səhvən Maraqlı şəxs6 Dəmir oğlu, Ərizəçi adı səhvən X22, Maraqlı şəxs7 adı səhvən X2 yazılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-13-00xxxx/2025 saylı məktubdan görünür ki, JN-586, Kod 80500018 saylı dövlət aktında torpaq mülkiyyətçilərin adlarında düzəliş edilməsi ilə əlaqədar Ərizəçi müraciətindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün qanuni əsaslar var. Ərizəçi qeyd olunan faktları təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Tələb əsaslı və qanunauyğundur. Odur ki, ərizə təmin edilməli, Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 68 saylı qərarı ilə 0.72 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna” dair JN-586 Kod 80500018 saylı Dövlət Aktının Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 68 saylı qərarı ilə 0.72 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna” dair JN-586 Kod 80500018 saylı Dövlət Aktının Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar