Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1617/2023 22.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib edilmiş 28 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması və həmin akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında özünə məxsus fərdi yaşayış evi təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. O, da taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. "Azəriqaz" İB Lənkəran X5 idarəsinin əməkdaşları 28 fevral 2023-cü il tarixdə ona məxsus yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Həmin vaxt akt tərtib edilərək sayğac yenisi ilə əvəz olunmaqla dövlət yoxlamasına göndərilmişdir. Bundan sonra mərhum ərinin adına sayğacın hesablama mexanizminin qapağının üzərində olan zavod qurğuşun plombunun aşkar edilməməsi əsası ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Əvvələr də qazdan istifadəyə görə pul ödəmiş, qaz idarəsinin əməkdaşları dəfələrlə sayağaca baxış keçirmişlər. Hər hansı bir problem olmamışdır. Sayğaca isə heç bir müdaxilə etməmişdir. İşin faktiki hallarından görünür ki, akt otaq şəraitində yazılmış və heç bir araşdırma aparılmamışdır. Mərhum əri X4 həyatda olarkən onunla birlikdə Masallı şəhərində yaşamış, əri vəfat etdikdən sona təsərrüfatı o, idarə etmişdir. Ərinin vəfatından sonra o, oğlu Vüsalla birlikdə Bakı şəhərində yaşamağa başlamışdır. Abonentin saldosuna baxıb görmək olar ki, il ərzində Masallıda 2-3 ay qalmış, ilin qalan bütün ayları isə Bakı şəhərində yaşamışdır. "Azəriqaz" İB-nin əməkdaşları sayğacı açarkən sayğaçın yararsız vəziyyətdə olduğunu ona bildirməmişlər. Sayğaçın köhnə model olduğunu və yenisi ilə əvəz edilməli olduğunu bildirmişlər. Əgər açılan sayğac labotoriyaya gedəcəkdisə onda sayğac onun iştirakı ilə möhürlü torbaya qoymalı idilər. Lakin, "Azəriqaz" İB-nin əməkdaşları sayğacı adi qaydada açmış və yenisi ilə əvəz etmişlər. Üzərindən bir müddət keçdikdən sonra mərhum ərinin adına cərimə yazılmış və akt tam qanunsuz yazılmışdır. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında fərdi yaşayış evi təbii qazla təchiz olunmuş və təbii qazdan istifadənin hesablanması üçün oraya sayğac quraşdırılmışdır. Həmçinin qeyd olunmalıdır ki, qaz sayğaclarına hər ayın 10-u və 20-si olmaqla, iki dəfə baxış keçirilir. İddiaçının fərdi yaşayış evini təbii qazla təchiz edən qaz sayğacı 14 iyun 2022-ci il tarixdə növbəti dövlət yoxlamasına göndərilərək yenisi ilə əvəz olunmuş, daha sonra baxış keçirilərkən qaz sayğacın hesablama mexanizminin qapağının üzərində olan zavod qurğuşun plombu aşkar olunmadığı üçün 28 fevral 2023-cü il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Hesab edir ki, akt əsaslıdır, bu səbəbdən də məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. İş materiallarına əlavə edilmiş: Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 14 iyun 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, 14 iyun 2022-ci il tarixdə ünvan 1 ünvanında istehlakçı Tapdıq Əliyevə məxsus fərdi yaşayış evinin qaz sayğacı növbəti dövlət yoxlanması üçün yenisi ilə əvəz olunmuşdur. Cavabdeh Lənkəran X5 İdarəsinin Masallı Xidmət Sahəsinin rəis müavini S.Seyfullayev tərəfindən təsdiq edilmiş 28 fevral 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, 28 fevral 2023-ci il tarixdə ünvan 1 ünvanında istehlakçı Tapdıq Əliyevə məxsus fərdi yaşayış evinin qaz sayğacının təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanmış, sayğacın hesablama mexanizminin qapağının üzərində olan zavod qurğuşun plombunun aşkar olunmaması aşkar olunmuşdur. Cavabdeh Lənkəran X5 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 28 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında istehlakçı Tapdıq Əliyevə məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz sayğacının nominal qaz sərfi 6 kub/metr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 12960 kub metr itirilmiş qaz hesablanmışdır. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X4 ilə İddiaçı arasında olan nikah 17 avqust 1979-cu ildə, 109 sayla qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında arayışdan görünür ki, X4 28 dekabr 2020-ci ildə ölmüşdür. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq etməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, qaz paylayıcısı olan Cavabdeh ilə istehlakçı X4 arasında bağlanmış qazın alqı-satqı müqaviləsinə əsasən ona məxsus fərdi yaşayış evi təbii qazla və qazın sərfinə görə hesablama aparılması üçün sayğacla təchiz olunmuş, lakin 14 iyun 2022-ci il tarixdə tərtib olunmuş akta əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən X3 məxsus fərdi yaşayış evinin qaz sayğacının növbəti dövlət yoxlanması üçün yeni sayğacla əvəz olunmuş, 28 fevral 2023-cü il tarixdə qaz sayğacının təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanmış, sayğacın hesablama mexanizminin qapağının üzərində olan zavod qurğuşun plombunun aşkar olunmaması aşkar olunduğu üçün 12960 kub/metr itirilmiş qazın həcminə görə ziyan hesablanmışdır. İstehlakçı mərhum X2 arvadı İddiaçı həmin akt və qərarla razılaşmadığından hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarının: 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısıalğı-satqı müqaviləsi əsasında istehlakçılara qaz paylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmçinin, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Lakin, hazırkı mübahisə üzrə İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacının kənar müdaxilədən qorunması üçün sayğac müvafiq örtüklə örtülməmiş, bununla da Cavabdeh qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin şərtlərini pozmuşdur. Eyni zamanda Cavabdeh əməkdaşları 14 iyun 2022-ci il tarixdə istehlakçı ünvan 1 ünvanında yaşayan İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacını yenisi ilə əvəz edərkən və 28 fevral 2023-cü il tarixdə akt tərtib edilərkən sayğacın hesablama mexanizminin qapağının üzərində olan zavod qurğuşun plombunun aşkar olunmaması aşkar edərkən hal şahidlərinin iştirakı olmadan, foto və ya digər texniki vasitələrdən istifadə edilmədən mübahisəli aktı tərtib etmişlər. Halbuki, qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun olması faktı aşkar olunduğu halda dərhal istehlakçıya məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməlidir. Lakin, hazırkı mübahisə üzrə sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi kəsici alətlə deşilməsi aşkar olunsa da, həmin hüquq pozuntusunun kim tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair Cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh Lənkəran X5 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 28 fevral 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və itirilmiş 12960 kub/metr qaza görə hesablanmış borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X5 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 28 fevral 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və itirilmiş 12960 kub/metr qaza görə hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-1617/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1617/2023
22.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver