Məhkəmə qərarları › İş №2(050)-1648/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1648/2024

27.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1648/2024 27.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X6 (sədrlik edən), məhkəmə iclasının katibi X5, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayndəsi Nümayəndə iştirakları ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Elektrik enerjisi istifadəsi ilə bağlı əsassız hesablanmış 472 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yaşadığı Masallı rayonu Musaküçə kəndində yerləşən evinə elektrik xətti çəkilməklə sayğac quraşdırılmışdır. İstifadə etdiyi elektrik enerjisinin dəyərini hər hay nəzarətçinin verdiyi bildirişə uyğun ödəmişdir. Sayğac anasının adına olmuş, anası isə 09 may 2019-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra təsərrüfat onun adına qeydə alınmışdır. Məlum olur ki, evə dair sayğac 2016-cı və 2017-ci illərdə dəyişdirilmişdir. Həmin dövrdə əsassız borc hesablanmışdır. Evdə televizor, soyuducu, işıq lampaları və su nasosundan başqa heç bir elektriklə işləyən cihaz yoxdur. Qeyd olunan dövrdə əsassız hesasblanmış borcun silinməsi barədə dəfələrlə müraciət etsə də, nəticəsi olmamışdır. Hətta borcun hansı sənəd əsasında hesablanması barədə müraciətləri də nəticəsiz qalmışdır. Masallı regional ASAN xidmət mərkəzindən isə yalnız ona yalnız abunə haqqında məlumat tipli cədvəl verilmişdir. Lakin borcun hesasblandığı aktlar isə verilmir. Qanunvericiliyin tələbinə əsasən iddia tələbi istehlakçı kimi hüquqlarının müdafiəsinə yönəlməklə yaşayış yeri Masallı rayonu ərazisi olduğundan hazırkı iddia tələbinə Masallı Rayon Məhkəməsində baxılmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır. Belə ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca hər hansı baxış keçirilməmiş və buna dair hər hansı akt, protokol və s. tərtib edilməmişdir. Hazırda iddiaçı tərəfindən qeyd edilmiş borc istifadə nəticəsində yaranmış borcdur. Odur ki, iddia iddia müddəti keçdiyinə görə rədd edilməlidir. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, İddiaçı xx xxxx 1958-ci ildə Masallı rayonu Musaküçə kəndində anadan olmuşdur. X1, anası X4r. İş materiallarında olan Masallı rayon İHB-nın Musaküçə kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin xx.xx.2024-cü il tarixli 217 saylı arayışından görünür ki, İddiaçı anası X2 ilə bir təsərrüfatda olmuş, anası vəfat etdikdən sonra təsərrüfatı İddiaçı başçılıq etmişdir. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X2 09 may 2019-cu il tarixdə essensial hipertenziya ölmüşdür. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Musaküçə kənd sakini İddiaçı xx.xx.2017-ci il tarixə 374.87 manat və xx.xx.2016cı il tarixə 51.38 manat məbləğində sərfiyyat hesablanmışdır. İş materilları ilə müəyyən edilmişdir ki, X2 09 may 2019-cu il tarixdə vəfat etsədə 472 manat borcun silinməsini hələ öz sağlığında mübahisələndirməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Azərişıq ASC tərəfindən İddiaçı sayğaca hər hansı baxış keçirilməmiş və buna dair hər hansı akt, protokol və s. tərtib edilməmişdir. Həmçinin, iddiaçının mərhum anasının adına qeydə alındığından və anasının həmin borc məbləği yarandıqdan təxminən 3 (üç) il sonra, yəni xx.xx.2019-cu ildə vəfat etməsinə baxmayaraq mərhum anası özünün sağlığı dövründə həmin borc məbləğini mübahisələndirməmişdir. İddiaçının özü də həmin borc məbləğini uzun illər ərzində mübahisələndirmədiyindən qanunla müəyyən edilən iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X3 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X3yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X3 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar