Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-165/2025 04.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilən işin halları: X3 1-ci qrup əlil olmaqla ağır dərəcəli əqli gerilik xəstəsidir. Hazırda qardaşının əmək qabiliyyətsizliyi olduğundan qardaşına o baxır. Fəaliyyət qabiliyyətsizliyi olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının rəyi də verilmişdir. Bu vaxta kimi Asəfin qulluğunu o, tutur onun gündəlik tələbatı ilə məşğul olur. Xəstə qardaşı Asəfin onun qəyyumluğuna verilməsi ilə bağlı İcra hakimiyyətinə müraciət etsə də qəyyumluq himayə orqanı Mülki Məcəllənin 33.4-cü maddəsini əsas tutaraq qəyyumluq barədə sərəncam verə bilmir. Belə ki, qardaşı Asəfin fəaliyyət qabiliyyəti olmadığından onun müalicəsinin davam etdirilməsi, dövlət tərəfindən müəyyən edilmiş bir sıra güzəşt və müavinətləri almaqla yanaşı onun hər hansı bir sənədlərinin alınmasında, şəxsiyyət vəsiqəsinin, xarici pasport kimi digər sənədlərin düzəldilməsində çətinliklər çəkir. Asəfin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün bir sıra orqanlara müraciət etmiş, lakin heç bir nəticəyə nail ola bilməmişdir. Bu da Asəfin hüquqlarını həyata keçirməkdən məhrum olmasına səbəb olmuşdur. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda ərizənin təmin olunmaqla qardaşı xx.xx.1975-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etmişdir. Ərizəçinin tələbi: Ərizəçi xx.xx.1975-ci il tarixdə doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan sayılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X7 izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: xx.xx.1975-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1975-ci ildə doğulmuşdur. X5, anası X2r. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə doğulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasının arayışından görünür ki, X8 naməlum səbəblə əmələ gələn oliqofreniyanın imbesillik dərəcəsi müəyyən edilir. Başqasının qulluğuna ehtiyacı vardır. Birinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi X1 barəsində ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 31 yanvar 2025-ci il tarixli, 447 saylı rəyindən görünür ki, X8 «ağırdərəcəli (imbesillik dərəcəsində) əqli gerilik» müəyyən edilir. Öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Tətbiq edilən hüquq və işə baxan məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.1975-ci il tarixdə doğulmuş X6 fəaliyyət qabiliyyətsiz olması ekspert rəyi və digər iş materialları ilə sübuta yetirilir. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.1975-ci il tarixdə doğulmuş X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1975-ci ildə anadan olmuş X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-165/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-165/2025
04.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver