Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1650/2023 08.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimə məbləğinin azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, R 280629 saylı akt əsasında hesalanmış 711 manat borcun 700 manat azaldılaraq, 11 manat məbləğində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Zuvandlı kəndində yaşayır. İstifadə etdiyi elektrik sərfiyyatının dəyərini vaxtlı-vaxtında ödəmişdir. xx.xx.2022ci ildə həyətdə təsərrüfat alətlərini qaynaq etmək üçün oğlu qaynaq aparatını evin xəttinə qoşaraq işləmək istəyərkən sayğacın avtomatı açılmışdır. Bir neçə dəfə buna cəhd etsə də, qaynaq aparatı qoşularkən avtomat açılmışdır. Oğlu kəndin elektrikinə zəng edərək bunun səbəbini soruşanda o, avtomatın köhnə olması səbəbindən tez atdığını bildirmişdir. Çıxış yolu kimi isə aparatı həyətdən keçən işıq xəttinə qoşmağı məsləhət görmüşdür. Oğlu da idarə işçisi kimi elektrikə məlumat verdiyini və burada hər hansı problemin olmadığını zənn edərək həmin aparatı həyətdən keçən işıq xəttinə qoşmuş və qısa müddət ərzində işini görərək bitirmişdir. Lakin həyətdə digər işlərlə məşğul olduğundan həmin xətt açılmamış, qoşulu vəziyyətdə qalmışdır. Təxminən 2 saat sonra işıq idarəsindən 3 nəfər həyətə daxil olaraq telefonla həmin xəttin şəklini və evin sayğacını çəkərək çıxıb getmişdilər. Sonra məlum olmuşdur ki, bu barədə akt yazılaraq 711 manat məbləğində cərimə edilmişdir. Sayğacın avtomat açarının xarab olması səbəbindən aparatı işlədə bilmədikləri üçün işıq idarəsinin işçisinin razılığı ilə cəmi 15-20 dəqiqə həmin xəttdən istifadə etmişdilər. İstifadə etdiyi 1 aylıq elektrik sərfiyatının dəyəri 10 manata yaxın təşkil edir. Ona isə 15-20 dəqiqəlik istifadəyə görə 5-6 il ərzində istifadə edə biləcək cərimə hesablanmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.3-cü maddələrinə istinad etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, səhv etmişdir. Elektrik enerjisindən sayğacdan kənar istifadə etməli deyildi. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, xx.xx.2022-ci il tarixli, R 280629 saylı aktın yazılmasına səbəb sayğacdan kənar elektrik enerjisindən istifadə olunmasıdır. Bunu təsdiq edəcək video görüntü var. İdarənin əməkdaşları reyd apararkən İddiaçı fərdi yaşayış evinin həyətindən keçən elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməsi müəyyən edilmişdir. Bu barədə hesabat aparılmış, itirilmiş enerjinin dəyəri 40 gün üçün hesablanaraq 5618 kvts qəbul edilmişdir. Hər bir abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməyə borcludur. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli, R 280629 saylı aktda göstərilir ki, abonent ona məxsus fərdi yaşayış evində sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Naqilin en kəsiyi 6 mm2. Təsdiq edilmiş hesabatdan görünür ki, xx.xx.2022-ci il tarixli, R 280629 saylı akta əsasən əsasən 40 gün üçün 711.72 manat əlavə sərfiyyat hesablanmışdır. Təqdim edilmiş CD-yə baxış keçirilərkən müəyyən olundu ki, "xxxx" Acıq Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən abonent İddiaçı verilən elektrik enerjisindən istifadə vəziyyəti yoxlanmış, bu zaman elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsi ilə istifadə edilməsi müəyyən edilmişdir. Naqilin en kəsiyi 6 mm2. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı sayğacdan kənar kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etmişdir. Bu hal iddia ərizəsi, iddiaçının məhkəmə iclasında verdiyi izahatı, təqdim edilmiş CD-yə baxış nəticəsində, həmçinin işin araşdırılması zamanı təsdiqini tapmışdır. Buna görə də iddiaçı xx.xx.2022-ci il tarixli, R 280629 saylı aktı mübahisələndirməmişdir. Tərəflər arasında mübahisə akta əsasən hesablanmış borcun məbləği ilə bağlıdır. İddiaçı iddia edir ki, sayğacdan kənar 15-20 dəqiqə istifadə etmiş, elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsi ilə istifadə edilməmişdən əvvəl işıq idarəsinin işçisinin razılığı olmuşdur. Məhkəmə qeyd edilən mövqeyə münasibətdə bildirir ki, sübutların bölgüsü baxımından iddiaçı sübut etməlidir ki, sayğacdan kənar xətt vasitəsi ilə15-20 dəqiqə istifadə etmiş, həmçinin o, bu zaman işıq idarəsinin işçisinin razılığını almışdır. İkinci hal ilə bağlı məhkəmə onu da bildirir ki, hətta iddiaçıya cavabdeh təşkilatın hər hansı bir əməkdaşı şifahi şəkildə razılıq vermiş olsaydı belə bu onu zərərin ödənilməsi ilə bağlı məsuliyyətdən azad etməzdi. Çünki, həmin şəxsin belə razılıq vermək səlahiyyəti də yoxdur. Elektrik enerjisi Dövlət mülkiyyətidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İddiaçı yuxarıda göstərilən istinad etdiyi halları sübut edə bilməmişdir. Mülki Prosessual Məcəllənin müvafiq maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.4). Məhkəmə iddiaçının digər mövqeyinə - sayğacdan kənar kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etməsi nəticəsində 5-6 il ərizində istifadə edə biləcək elektrik enerjisinin dəyəri həcmində borc hesablanmasına münasibətdə isə bildirir ki, iddiaçı həmin dəyəri sayğac vasitəsi ilə istifadə etdiyi elektrik enerjisinin dəyərini nəzərə almaqla hesablamışdır. Nəzərə almaq lazımdır ki, iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyi elektrik naqilin en kəsiyi 6 mm2 olmuşdur. Təbii ki, həmin naqillə istifadə edilən elektrik enerjisinin sərfiyyatı daha çox olmalıdır. Əgər bu belə olmasaydı, iddiaçının fərdi yaşayış evinin naqilləri də kənar xətt vasitəsi ilə istifadə etdiyi elektrik naqilin gücü vəziyyətində olardı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. "xxxx" Acıq Səhmdar Cəmiyyətə qarşı baxılan mülki işdə olmasada “Azəriqaz” İstehsalat Birliyinin qeyri-qanuni təbii qazdan istifadə nəticəsində hesablanmış borc məbləğləri ilə bağlı bağılan mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4749/2021 saylı qərarının 34-cü bəndinə göstərilmişdir ki, “...Məhkəmə kollegiyası hesab edir ki, əslində fərqli fikirlərin, mövqelərin yaranmasına səbəb aktlar üzrə hesablanmış məbləğlərin həddən artıq və ədalətli olmaması real sərfiyyatı əhatə etməməsi ilə bağlıdır. Belə hesablamalar iddiaçı təşkilatın qəbul etdiyi qaydalar və təlimatlar əsasında hesablandığından, onlar normativ xarakterli aktlar olmadığından məhkəmələr həmin qaydalardan kənara çıxaraq vahid bir mövqe nümayiş etdirməkdə haqlı olardılar. Lakin hər bir halda qanunsuz qoşulma halı təsdiq edildiyi təqdirdə məbləğin ədalətli olmaması əsası ilə iddianı təmin etməkdən çəkinmə əsaslı hesab oluna bilməz.” Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2022-ci il tarixli, R 280629 saylı akt əsasında hesalanmış 711 manat borcun 700 manat azaldılaraq, 11 manat məbləğində saxlanılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-1650/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1650/2023
08.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver