Məhkəmə qərarları › İş №2(050)-166/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-166/2023

13.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-166/2023 13.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi və maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsləhətçi-psixoloqu Nümayəndə iştirakları ilə. Ərizəçi maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 29 may 2004-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X13 anadangəlmə kvadroplegik spastik serebral iflic, digər paralitig sindromlar, spastik tetraparez (aşağı ətrafların üstünlüyü ilə) diaqnozundan və ağıl zəifliyindən əziyyət çəkməklə uzun müddət müalicə olunsa da, sağalmamışdır. Nurlan Alışova neçə illərdir o baxır. Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasmın rəyi ilə Nurlan Alışova birinci qrup əlillik təyin edilmişdir. Oğlunun qulluğunu o tutmuş, oğlunun gündəlik təlabatı ilə özü məşğul olmuşdur. Oğlu hazırda da evdə müalicə alır. X13 faktiki fəaliyyət qabiliyyəti olmadığından oğlunun müalicəsinin davam etdirilməsi, dövlət tərəfindən müəyyən edilmiş bir sıra güzəşt və müavinətləri almaqla yanaşı oğluna hər hansı bir sənədlərinin alınmasında, şəxsiyyət vəsiqəsinin, xarici pasport kimi digər sənədlərin düzəldilməsində çətinliklər çəkir. Bu da Nurlan Alışovun hüquqlarını həyata keçirməkdən məhrum olmasına səbəb olmuşdur. Oğluna qəyyum təyin edilməyi barədə Masallı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyətindən isə Nurlan Alışovun fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmə qətnaməsindən sonra qəyyum təyin ediləcəyi bildirilmişdir. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda oğlu xx.xx.2004-cü il təvəllüdlü X6 qəyyum təyin edilməsindən ötrü onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılması zəruridir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizənin təmin edilməsinin məhkəmənin qanuna uyğun həll olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X9 29 may 2004-cü ildə Masallı rayonu Təzə Alvadı kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışından görünür ki, X9 "kvadroplegik spastik serebral iflic, digər paralitig sindromlar, spastik tetraparez (aşağı ətrafların üstünlüyü ilə)" diaqnozu ilə əlil olması müəyyən edilmişdir. İş materiallarında olan Masallı RİHB-in Təzə Alvadı kənd ərazi dairəsi üzrə nümayəndəliyinin 06 aprel 2015-ci il tarixli, 620 nömrəli arayışından görünür ki, X1 Natiq Yusif oğlunun himayəsindədir və hal-hazırda Masallı rayonu Meşəkənarı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 224 saylı rəydə qeyd edilmişdir ki, X5 "uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə" müəyyən olunmuşdur. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də X9 tam fəaliyyət qalbiliyyəti olmayan şəxs hesab edilməlidir. X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, X9 öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərini idarə edə bilməyən şəxsdir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. İşin tədqiq edilən hallarına və tətbiq edilən maddi və prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək 29 may 2004-cü ildə anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 29 may 2004-cü ildə Masallı rayonu Təzə Alvadı kəndində anadan olmuş, subay, Masallı rayonu Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar