Məhkəmə qərarları › İş №2(050)-168/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-168/2023

13.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-168/2023 13.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X6, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı hər birinin mirasın qəbul etmələri faktının və paylarının müəyyən edilməsi tələbi barədə mülki işə Masallı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X6, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı mərhum X3 miras qalmış Masallı rayonu, Sığdaş kəndində yerləşən 0.14 ha torpaq sahəsinə mirasın qəbul edilməsi faktının və həmin miras üzərində paylarının müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı hazırlıq iclasında Azərbaycan Respuiblikası MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsində dəqiqləşdirmə aparmış və mərhum X3 miras qalmış Masallı rayonu, Sığdaş kəndində yerləşən 0.14 ha torpaq sahəsinə onun cavabdehlərlə birlikdə mirasın qəbul edilməsi faktının və həmin miras əmlakdan hər birinin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2009-cu ildə ölmüş X17 onun anasıdır, atası Əlifxan Əliyev 1991-ci ildə ölmüşdür. Anası öldükdən sonra ondan Masallı rayonu, Sığdaş kəndində yerləşən həyətyanı torpaq sahəsi miras qalmışdır. Belə ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 58 saylı qərarı ilə X12 fərdi yaşayış evi tikilməsi məqsədi ilə 0.14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Anası öldükdən sonra ondan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. X2 öldükdən sonra onun birinci dərəcəli varisləri kimi o və bacı-qardaşları qalmışlar. X1 ölümündən sonra ondan miras qalmış əmlakın bir qismini faktiki olaraq qəbul etmiş və bu günə kimi sahiblik və istifadə edir. Belə ki, anasına məxsus olan torpaq sahəsində o, yəni İddiaçı özünə qeyri-yaşayış sahəsi (mağaza) inşa etmişdir. Miras qalmış əmlaka qanun üzrə vərəsə kimi tanınması ilə bağlı notariat orqanına müraciət etsə də, imtina edilmişdir. Səbəb faktiki qəbulla bağlı sənədin olmaması, müddətin ötməsi və vərəsələrin dairəsinin müəyyən edilməməsi olmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qardaş və bacılarının X18, X19 və X25 öldüyündən və onların uşaqlarının bir qismi Azərbaycanda yaşamadığından notariat kontoruna getmək mümkün olmamışdır. Bu səbəbdən də, payları ayırmaq mümkün deyildir. X8 uşaqları-Cavabdeh6, Cavabdeh7 və X9r. X13 uşaqları - Cavabdeh11, Cavabdeh10 və Cavabdeh9dur. X19 ailə həyatı qurmamışdır, əri və uşaqları yoxdur. Odur ki, miras əmlakın qəbul olunması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı izahatında bildirdi ki, anası Xədicə vəfat etdikdən sonra miras qalmış torpaq sahəsinə cavabdehlərlə bərabər o da sahiblik etmiş, mirası payını qəbul etmişdir. Belə ki, anasının vəfatından sonra həmin torpaq sahəsində o, qeyri-yaşayış sahəsi inşa etmiş və hal-hazırda həmin obyektdə gündəlik təlabat malları satmaqla istifadə edir. Bundan başqa anasının vəfatından sonra bacı-qardaşlarının köməyi ilə bacısı Təmilə üçün, həmçinin mərhum qardaşı Nurulla Əliyev (cavabdehlər Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 ataları) ev tikmişdir. Göründüyü kimi, miras açıldıqdan sonra o, bacısı Təmilə və mərhum qardaşı Nurulla heç bir mübahisə olmadan miras torpaqda tikinti tikməklə, mirası qəbul etmələrini nümayiş etdirmişlər. Hal-hazırda miras payının müəyyən edilməsini istəyir, lakin cavabdehlərlə pay bölgüsündə mübahisələri vardır. Belə ki, cavabdehlərin bir qismi onun miras payının müəyyən edilməsinə etiraz etməsə də, mərhum qardaşı Nurulla Əliyevin övladları cavabdehlər Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11, qardaşı Cavabdeh5 buna etiraz edirlər. Halbuki, anası xx.xx.2009-cu ildə vəfat etmiş, uzun müddət ərzində aralarında miras əmlakla bağlı heç bir narazılıq olmamışdır. Ona görə də paylarının müəyyən edilməsini xahiş edir. İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul edərək mərhum X2ndan miras qalmış 0.14 ha həyətyanı torpaq sahəsini qanun üzrə vərəsə kimi faktiki olaraq qəbul etdiklərini, ata evini söküb yerində bacısı Təmilə üçün yeni ev inşa etdiklərini, anasının vəfatından sonra İddiaçı qeyri-yaşayış sahəsi, mərhum qardaşı Nurulla Əliyevin ev inşa etməsini və həmin vaxt vərəsələrdən heç kimin etiraz etmədiyini bildirərək, hər birinin miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh9 məhkəməyə iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, cavabdehin inşa etdiyi mağazanın bir hissəsi ona məxsus torpaq sahəsindədir. Onun həmin torpağa dair çıxarışı vardır. Bundan başqa mirasın qəbul müddəti mirasın açıldığı tarixdən 6 aydır, bundan sonra mirasın qəbul edilməsinə yol verilmir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X6, Cavabdeh10, Cavabdeh11 və üçüncü şəxs Masallı Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı Regional “Asan-Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı müraciətinə cavab məktubundan görünür ki, xx.xx.2009-cu ildə vəfat etmiş X3 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilməsindən faktiki qəbul barədə heç bir sənəd olmadığından, mirası qəbul müddətinin keçməsi və vərəsələr arasında mübahisə olması əsası ilə müraciətdən imtina edilmişdir. JN-027F nömrəli kod 80519018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998ci il tarixli, 58 saylı qərarı əsasında X12 0,14 ha fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi verilmişdir. Ölüm haqqında arayışlardan görünür ki, X14 15 dekabr 1991-ci ildə, X17 11 may 2009-cu ildə, X19 13 sentyabr 2001-ci ildə, X25 30 iyun 2019-cu ildə, X18 15 aprel 1982-ci ildə və arvadı X26 24 avqust 2016-cı ildə ölmüşlər Doğum haqqında arayışlardan görünür ki, İddiaçı xx xxx 1961-ci ildə, İddiaçı xx xxx 1961-ci ildə, X25 02 oktyabr 1952-ci ildə, Cavabdeh1 xx xxxx 1966-cı ildə, Cavabdeh2 xx xxxxxx 1969-cu ildə doğulmuşlar. Onların atası X14, anası isə X15r. Nikah akt qeydi barədə arayışdan görünür ki, X20 və X21 arasında nikah 17 fevral 1979-cu ildə bağlamışlar. Masallı rayon Sığdaş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, 1968-ci il təvəllüdlü Masallı rayonu Sığdaş kəndində doğulmuş Cavabdeh4 Sığdaş ərazisində yaşamır. O, hal-hazırda Rusiya Federasiyasında yaşayır. Masallı rayon Sığdaş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh9 mərhum atası X25 vəfat edənə qədər anası mərhum X17 ilə birlikdə bir evdə yaşamışdır. Hal-hazırda Cavabdeh9 həmin evdə yaşayır və təsərrüfatı idarə edir. Masallı rayon Sığdaş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı mərhum X2 vəfat etdikdən sonra X.Əliyevaya məxsus həyətyanı torpaq sahəsindən Cavabdeh1, X25 (vəfat edib), Cavabdeh2 və İddiaçı istifadə etmişlər. Masallı rayon Sığdaş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı mərhum anası X22 11 may 2009-cu ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu Sığdaş kəndi olmuşdur, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvlərindən oğlu Cavabdeh1, qızı İddiaçı, qızı Cavabdeh2 və nəvəsi Cavabdeh9dur. Mərhumun ailə tərkibində qeydiyyatdan çıxıb gedənlər qızları Cavabdeh3, Cavabdeh4, X19 (vəfat edib), oğlu Cavabdeh5, X18 (vəfat edib) və X25 (vəfat edib), nəvələri Cavabdeh6, Cavabdeh7, X23, Cavabdeh10, Cavabdeh11dur. X7 qeyd edilənlərdən başqa vərəsələri yoxdur. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Mülki Məcəllənin 1159.1. və 1159.1.1.-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik hüququna birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) malikdirlər. Onlar qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəlləsinin 1243.2. və 1243.3.-cü maddələrinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş hesab edilir. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləninin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Həmin Məcəllənin 213.1., 213.1. və 213.5.-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə göstərilən maddi hüquq normalarına əsasən qeyd edir ki, tərəflərin birinci növbə qanun üzrə vərəsələr olması, mirası faktiki olaraq qəbul etmələri, eləcə də miras qoyan mərhum Xədicə Əliyevanın miras açılan vaxt mülkiyyətində 0,14 ha həyətyanı torpaq sahələrinin olması mübahisəli deyil. Tərəflər arasında mirasın bölüşdürüməsi barədə mübahisə olduğuna görə, mirasın bölüşdürülməsi məhkəmə tərəfindən həyata keçirilməlidir. Məhkəmənin tədqiq etdiyi sübutlardan, həmçinin iddiaçı və Cavabdeh1 izahatlarından məlum olur ki, Xədicə Əliyevanın vəfat etməsindən sonra 0,14 ha miras qalmış torpaq sahəsinə faktiki olaraq onun birinci növbə vərəsələri hamısı qəbul etmişdir. Belə ki, işin hallarına görə Xədicə Əliyevanın vəfatındann sonra 0,14 ha torpaq sahəsində Təmilə Əliyeva, İddiaçı və mərhum Nurulla Əliyev tikinti işləri aparmışlar və həmin vaxt cavabdehlərin, həmçinin mərum Nurulla Əliyevin heç bir etirazı olmamışdır. Bu əsas verir ki, Nazilə və digər vərəsələr mirası birgə qəbul etmişlər. Belə olan halda onların qəbulu faktiki qəbul kimi qiymətləndirilməlidir. Miras əmlak mirasın açıldığı vaxtdan onu qəbul etmiş şəxsin mülkiyyəti hesab edilir. Ona görə də 0,14 ha torpaq sahəsi iddiaçı və cavabdehlərin birgə mülkiyyətləri hesab olunur. Onlar payların bölünməsi barədə razılığa gəlməmişlər. Odur ki, pay məhkəmə tərəfindən müəyyən olunmalıdır. Tərəflər birinci növbə vərəsədirlər, hər birinin bərabər pay hüququ vardır. Ədivə Əliyeva vəfat etmiş, subay olmuş, onun birinci növbə vərəsəsi yoxdur və digər birinci növbə vərəsələrin mövcudluğu, ona münasibətdə sonrakı növbənin vərəsəliyini istisna edir. Miras açılarkən yeddi nəfər həyatda olmuşdur. Miras açıldıqdan sonra Nurulla Əliyev, miras açılmazdan əvvəl İsmayıl Əliyev vəfat etmişlər. Nurulla Əliyevanın vərəsləri Gülşən Əliyeva, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11, İsmayıl Əliyevin vərəsələri Cavabdeh6, Cavabdeh7 və Məlahət Əliyevadır. X27 vərəsləri Gülşən Əliyeva, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 və mərhum İsmayıl Əliyevin vərəsələri Cavabdeh6, Cavabdeh7 və Məlahət Əliyeva mübahisə yaratmaqla atalarının mirasını qəbul etdiklərini nümayiş etdirirlər, ona görə də onların atalarından miras qalmış əmlakı qəbul etmələri nəzərə alınmalıdır. Göründüyü kimi, Nurulla Əliyevin və İsmayıl Əliyevin hər birinin payı qanun üzrə birinci növbə vərəsləri arasında bölünməlidir. Beləliklə 0,14 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 hər birinin 1/8 hissə, Cavabdeh6, Mətanət Əliyevin, Məlahət Əliyevanın hər birinin (1/8:3=1/24) 1/24 hissə, Cavabdeh9, Cavabdeh11, Cavabdeh10 və Gülşən Əliyevanın hər birinin (1/8:4=1/32) 1/32 hissə payları müəyyən olunmalıdır. Göründüyü kimi, Nurulla Əliyevin və İsmayıl Əliyevin hər birinin payı qanun üzrə birinci növbə vərəsləri arasında bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X3 miras qalmış 0,14 ha torpaq sahəsini İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X10 və X4 (mərhum X5 vərəsələri), X16, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 (mərhum X11 vərəsələri) miras əmlak olaraq faktiki qəbul etmələri müəyyən edilsin. Miras qalmış 0,14 ha torpaq sahəsi üzərində İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 hər birinin 1/8 hissə, Cavabdeh6, Cavabdeh7, X4 hər birinin 1/24 hissə, X16, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 hər birinin 1/32 hissə miras payları müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar