Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1749/2023 22.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 15 mart 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 26280 m3 qaz sərfiyyatına hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında özünə məxsus fərdi yaşayış evi təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. O, da taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. "Azəriqaz" İB Lənkəran X3 idarəsinin əməkdaşları ona məxsus yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Sonra onun səbəbini örgənmək üçün X4 xidmət mərkəzinə müraciət etməyi məsləhət görülmüşdür. O, da X4 xidmət mərkəzinə müraciət etmiş və abonentin saldosunu, akt, tələbnamə vermişlər. Verilmiş sənədlərə nəzər saldığında görmüşdür ki, Cavabdeh Lənkəran X3 İdarəsinin əməkdaşları barəsində 15 mart 2023-cü il tarixli, ******* nömrəli akt tərtib etmişlər. Aktda güya sayğacdan kənar qeyri-qanuni birləşmə müəyyən edildiyi bildirilmiş və tələbnamə ilə itirilmiş qazın bərpasına görə dəymiş ziyan olaraq 26280 m3 müəyyən edilməklə ödənilməsi tələb olunmuşdur. Hesab edir ki, tərtib edilmiş 15 mart 2023-cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli və 26280 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti olsada belə qısa müddət ərzində o, həmin sərfiyyatda qaz istifadə edə bilməzdi. Akt otaq şəraitində tərtib edilmiş və onun iştirakı olmadan tərtib etmişlər. Akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında fərdi yaşayış evi təbii qazla təchiz olunmuş və təbii qazdan istifadənin hesablanması üçün oraya sayğac quraşdırılmışdır. Həmçinin qeyd olunmalıdır ki, qaz sayğaclarına hər ayın 10-u və 20-si olmaqla, iki dəfə baxış keçirilir. İddiaçının ünvanında yerləşən qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması aşkar edildiyi üçün 15 mart 2023-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında dəymiş ziyan hesablanmış və itirilmiş qazın dəyərinin ödənişinin təmin edilməsi qərara alınmışdır. Lakin, abonent tərəfindən heç bir ödəniş edilməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X3 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 15 mart 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu, Boradigah kəndində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə qazdan istifadə olunduğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Lənkəran X3 İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən təsdiq edilmiş 31 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Masallı rayonu, Boradigah qəsəbəsində yaşayan istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz işlədicilərdən, qənaətli su qızdırıcısı maksimal saatlıq qaz sərfi 2.2 m3 saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 365 gün, Radiator sobası maksimal saatlıq qaz sərfi 0.8 m3 saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 365 gün, itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin qərara alınmışdır. Cəmi 26280 m3 itirilmiş qaz hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsində əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən istehlakçı öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 15 mart 2023-cü il tarixdə istehlakçı İddiaçı yaşadığı fərdi yaşayış evində “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Bu səbəbdən iddia tələbi 15 mart 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsinə dair hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” nın 5.2-ci bəndində qeyd edilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Göründüyü kimi qaz paylayıcısı istehlakçıdan yalnız verdiyi qazın dəyərinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli, 11 saylı qərarına əsasən istehlakçı tərəfindən bu hallara uyğun gələn qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi (sayağacdan əvvəl qaz xəttinə qoşulma aşkar edildikdə) aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddatindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına odənilir. Hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxarılmalıdır. Məhkəmə iddianın 26280 kub metr qaz sərfiyyatına görə hesablanmış borcun silinməsinə münasibətdə qeyd edir ki, tərtib edilmiş ******* nömrəli aktda baxışın keçirilməsi və qeyd olunan nöqsanın aşkar edilməsi 15 mart 2023-cü il tarixə təsadüf edir. Həmçinin iş materiallarına əlavə edilmiş “Abonentin saldosundan” görünür ki, 2023-cü ilin yanvar-sentyabr ayları üzrə müəyyən məbləğlərdə sərfiyyat hesablanmışdır. Bu isə onu deməyə əsas verir ki, eyni ilin mart ayında da istifadəçinin sayğacına baxış keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, dəymiş ziyanın məbləğinin 365 gün hesabat müddəti hesablanması həddən artıq çoxdur və bu səbəbdən də 90 gün hesabat müddəti ilə hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq aşağıdakı qaydada hesabat aparılmalı və borc məbləği azaldılmalıdır: 2.2x12x90=2376 0.8x12x90=864 2376+864=3240 m3 Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 15 mart 2023-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış ziyanın həcmi alazdılaraq 3240 m3 müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 15 mart 2023-cü il tarixli, ******* saylı akta əsasən ziyan qismində hesablanmış sərfiyyatın həcmi azaldılaraq 3240 m3 müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-1749/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1749/2023
22.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver