Məhkəmə qərarları › İş №2(050)-1765/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1765/2023

07.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1765/2023 07.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti X4 tərəfindən adına tərtib olunmuş 07 aprel 2023-cü il tarixli, 291165 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1034 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayou, Yeddioymaq kəndində özünə məxsus fərdi yaşayış evi vardır. Yaşadığı ev elektirik enerjisindən istifadə qaydalarına uyğun olaraq elektirik enerjisi ilə və istifadə olunan elektirik enerjisinin dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, o, da tarif planına uyğun olaraq elektirik enerjisindən istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmişdir. Heç vaxt abonent kimi ödənişdən yayınmamışdır. X1 14 avqust 2021-ci ildə vəfat etmiş, elektrik enerjisindən istifadəyə görə müqavilədə istehlakçı kimi X3 qeyd olunmuşdur. "xxxx" ASC-nin nəzarət departamentinin satışa nəzarət idarəsinin əməkdaşları gələrək yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirmişlər və 07 aprel 2023-cü il tarixli, 291165 saylı akt tərtib etmişlər və həmin akta görə smart kartla birbaşa kənar xətt istifadə etməsi qeyd edilmişdir. Akta əsasən dəymiş ziyan məbləği 1034 manat olması göstərilmişdir. Sayğaca baxış onun iştirakı olmadan keçirilmişdir. O, sayğaca heç bir müdaxilə etməmişdir. Hesab edir ki, həmin akt etibarsız hesab edilməli və 1034 manat borc silinməlidir. Həmin akt onun iştirakı olmadan tərtib edilmişdir. "xxxx" ASC-nin əməkdaşları heç bir çəkiliç aparmadan, şahidləri dəvət etmədən qanunsuz akt tərtib edilmişdir. "xxxx" ASC-nin əməkdaşları heç bir çəkiliş aparmadan, şahidləri dəvət etmədən qanunsuz akt tərtib edərək cərimə hesablamışlar. Halbukoi şadidlərin iştirakı ilə akt tərtib olunmalı idi. O bir abunəçi kimi heç vaxt öhdliklərinin icrasından yayınmamışdır. Elektrik enerjisinə olan borcunu hər ay vaxtında ödəmişdir. 10 aprel 2023-cü il elektri enerjisinin istahelakı haqqı olaraq 200 manat məbləğində pulu abonent koduna yükləmişdir. Odur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti X4 tərəfindən adına tərtib olunmuş 07 aprel 2023-cü il tarixli, 291165 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1034 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək, aktın doğru olduğunu, borcun düzgün hesablandığını, idarənin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilmədiyini, qanunsuz qoşulma barədə videoçəkiliş aparılmasını, ona görə də iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 07 aprel 2023-cü il tarixli, 291165 saylı aktın surətindən görünür ki, axşam reyi zamanı elektrik sayğacına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, abonent smart sayğacı sxemadan kənarlaşdırmış, birbaşa kənar xəttdən istifadə edir. Naqilin en kəsiyi 10 mm olmuşdur. Kənar xəttin ləğv olunması, qeydiyyatsız elektrik enerjisinin hesabatının aparılması qərara alınmışdır. Akt tərtib edilərkən İddiaçı iştirakı təmin olunmuş, doğru olması imza edilmişdir. Abunə haqqında elektron məlumatdan görünür ki, abonent İddiaçı adına olan sayğac 22 sentyabr 2022-ci il tarixdə yenisi ilə dəyişdirilmiş, 07 aprel 2023-cü il tarixli, 291165 nömrəli elektrikdən istifadə qaydalarının pozulması barədə aktla 5544 Kvt enerjinin dəyəri 0.13, qəpiklə 1034.72 manat hesablanmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskinə baxış keçirilmiş və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin satışa nəzarət mütəxəssislərinin apardığı çəkilişdən görünür ki, Masallı rayon Qasımlı kəndində İddiaçı fərdi yaşatış evini təchiz edən **********28 nömrəli sayğaca baxış keçirilən zaman, sayğacın avtomatı söndürüldüyü halda evə elektrik enerjisinin ötürüldüyü, sayğaca daxil olan elektrik xəttinə kənar qoşulmanın olması və baxış zamanı İddiaçı özünün də iştirak etməsi müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. İşin faktiki hallarına əsasən, 07 aprel 2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti X2 əməkdaşları fərdi yaşayış evini elektrik enerjisi ilə təchiz edən elektrik xəttinə və sayğaca baxış keçirmişlər. 07 aprel 2023-cü il tarixli, 291165 saylı aktla abonentin sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi əsası ilə akt tərtib olunmuş və bu barədə videoçəkiliş aparılmışdır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. «Elektrik enerjisindən istifаdə qаydаlаrı»nın 7.11-ci bəndinə əsаsən yаşаyış binаlаrının girişində, yаxud pilləkən meydаnçаlаrındа qurаşdırılmış mənzillər üzrə hesаblаşmа elektrik sаyğаclаrının, о cümlədən üzərindəki plоmblаrın qоrunmаsınа və işçi vəziyyətdə sаxlаnılmаsınа görə enerjitəchizаtı müəssisəsi cаvаbdehlik dаşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qeyd olunan qaydaların 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmin Qaydaların 8.33.-cü bəndinə görə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunmuş Qaydaların 9.20.-ci bəndinə görə İstehlakçı aşağıda göstərilən səbəblərlə əlaqədar dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır: -9.20.1. fors-major hadisə ilə əlaqədar; -9.20.2. kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla əlaqədar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən qaydaların bəndləri üzrə müqayisəli təhlil apararaq qeyd edir ki, göstərilən maddi hüquq normalara və Qaydalara əsasən İddiaçı iddiasının əsasları sübuta yetmir, əksinə onun cavabdeh tərəfə təqsirli və qanuna zidd hərəkətləri ilə ziyan vurması müəyyən olunmur. Belə ki, cavabdeh tərəfindən mötəbər sübut kimi təqdim edilmiş CD diskinə baxış keçirilmiş və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin satışa nəzarət mütəxəssislərinin apardığı gecə yoxlaması zamanı Masallı rayon Qasımlı kəndində İddiaçı fərdi yaşatış evini təchiz edən **********28 nömrəli sayğaca baxış keçirilən zaman, sayğacın avtomatı söndürüldüyü halda evə elektrik enerjisinin ötürüldüyü, sayğaca daxil olan elektrik xəttinə kənar qoşulmanın olması və baxış zamanı İddiaçı özünün də iştirak etməsi müəyyən edilmişdir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, iddia ərizəsində göstərilən əsaslar sübuta yermir, ona görə də iddia əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmamalı, mübahisəli akt qanuni hesab olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 07 aprel 2023-cü il tarixli, 291165 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1034 manat borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar