Məhkəmə qərarları › İş №2(050)-181/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-181/2025

30.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-181/2025 30.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi məhkəməyə müraciət edərək kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.7062 ha torpaq sahəsinin verilməsinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il, ********** qeydiyyat nömrəli **********69 reyestr nömrəli çıxarışın Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə onlara ailə üzvləri ilə birlikdə 0.7062 hektar torpaq sahəsi verilmişdir. Bununla bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Lakin, həmin çıxarışda texniki səhv nəticəsində adı səhvən “X8” kimi yazılmışdır. Halbuki, adı “Ərizəçi” dır. Müəyyən sənədləşmə işlərini aparmaq istəyəndə torpaq sənədində səhv olduğundan sənədləşmə edə bilməmiş və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Ərizəçi sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizəsində göstərmişdir ki, çıxarışın verilməsinə əsas olmuş JN-583, KOD 80504059 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında adı və ata adı səhv yazıldığından verilmiş çıxarışda da dövlət aktına uyğun olaraq adı və ata adı səhv qeyd edilmişdir. Odur ki, qeyd edilən dövlət aktında “X8” kimi yazılmış hüquq sahibinin “Ərizəçi” olması nəzərə alınmaqla, həmin aktın digər şəxslərlə yanaşı ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********69 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən 0.7062 ha torpaq sahəsi üzərində X5, X1, X2, X3, X6 və X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1994-cü ildə doğulmuşdur. Masallı rayon Köhnə Alvadı kənd İƏD üzrə nümayəndəsi X9, Köhnə Alvadı bələdiyyəsinin sədri X10 və Ərizəçi tərəfindən 14 noyabr 2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, JN 583 nömrəli 80504059 kodlu Şəhadətnamədə torpaq mülkiyyətçilərindən olan X4 adı Ərizəçi kimi yazılmalıdır. Akt həmin şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 21 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ümumi birgə mülkiyyətində olan Masallı rayonu, Köhnə Alvadı kəndində yerləşən 0.7062 ha torpaq sahəsinə dair verilmiş **********69 reyestr nömrəli çıxarış vətəndaş X5 müraciətinə istinadən hazırlanmışdır. Qeyd olunan çıxarış hazırlanarkən hüquq sahiblərindən X17 oğlundan başqa heç biri şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi üçün Ərizəçi və digər mülkiyyətçilərin soyadı, adı, ata adı dövlət aktında qeyd olunduğu kimi yazılmışdır. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün qanuni əsaslar var. Ərizəçi qeyd olunan faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Tələb əsaslı və qanunauyğundur. Odur ki, ərizə təmin edilməli, JN-583, KOD 80504059 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilmiş “X8”nın əvəzinə “Ərizəçi”nın olması faktı qəbul edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. JN-583, KOD 80504059 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilmiş “X8” sözlərinin əvəzinə “Ərizəçi” sözləri olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar