Məhkəmə qərarları › İş №2(050)-1829/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1829/2025

08.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1829/2025 08.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Masallı regional “ASAN Xidmət” Mərkəzinə qarşı şəxsin eyni şəxs olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilən işin halları: Babası Həşimov X7 İran İslam Respublikasında müəyyən daşınmaz əmlaklar miras qalmışdır. Babası 1932-ci ildə vəfat etmişdir. X8 1920-ci ildə X11 ilə Həşimov X1 nikahlarından doğulmuşdur. X23 xx.xx.1985-ci ildə vəfat etmişdir. Atası vəfat etdiyindən babasından ona çatası miras payı ona çatmalıdır. Lakin vərəsəliklə bağlı sənədləri toplarkən məlum olmuşdur ki, atasının fərdi uçot kartoçkasında babasının ata adı Əli, babası ilə bağlı ölüm haqqında şəhadətnamədə ata adı Həşim, məzar daşında isə ata adı seyid Haşim kimi qeyd edilmişdir. Babası 1933-cü ildə vəfat etdiyindən qeyd olunan sənədlərdə bununla bağlı düzəliş edilməsi mümkünsüzdür. Bunun nəticəsində bir sıra hüquqlardan, o cümlədən babası Həşimov X4 qalmış miras əmlakı adına sənədləşdirməkdən məhrum olur. Bu səbəbdən də babasına məxsus ölüm haqqında şəhadətnamədə yazılmış X21 ilə atasına məxsus fərdi uçot kartoçkasında ata qrafasında yazılmış X18 və babasına aid məzar daşında qeyd edilmiş X5 eyni şəxs olmasının müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Ərizəçinin tələbi: X2 aid fərdi uçot kartoçkasında ata qrafasında yazılmış X18, AZ-İİ № 010294 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmiş X19, babasına aid məzar daşında göstərilmiş X6 və ərazi nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmiş Həşimov X3 ilə eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı regional “ASAN Xidmət” Mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər: Ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Masallı Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 544 №-li arayışından görünür ki, Masallı rayonu “Qeydiyyat Şöbəsi”ndən (əvvəlki VVAQ-3AГC), Ərkivan kəndi üzrə 1935-1940-cı illərə doğum aktları barədə qeydiyyat sənədləri, dövlət mühafizəsi üçün Masallı Rayon Dövlət Arxivinə təhvil verilib (sənədlər Qeydiyyat Şöbəsində 75 il saxlanıldıqdan sonra dövlət arxivinə verilir, əvvəlki illərə aid sənədlər isə arxivə verilməyib). Lakin onların içində X10 doğum qeydi barədə məlumata rast gəlinmədi. Masallı Rayon Dövlət Arxivinə təhvil verilmiş, 1940-1945-ci illəri əhatə edən doğum-bərpa akt qeydləri içərisində də, X10 doğum qeydi barədə məlumata rast gəlinmədi. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə Masallı rayonu Ərkivan kəndində anadan olmuşdur. Ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Masallı Rayon Qeydiyyat şöbəsinin 28 dekabr 2021-ci il tarixli arayışından görünür ki, XX.XX.1920-ci il təvəllüdlü X10 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2021-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyət aktları üzrə yoxlama aparılmış və onun doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1. və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının həmin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-cü bəndinə görə məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını və iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsassızdır. Hazırki ərizə üzrə ərizəçinin tələbindən görünür ki, ərizəçinin babası X18 adı onun ölüm haqqında şəhadətnaməsində, məzar daşında, ərazi nümayəndəliyinin arayışında ad, soyad və ata adında fərqliliklər vardır. Bu səbəbdən həmin sənədlərdəki şəxslərin eyni şəxs olması faktının müəyyən edilməsini tələb edir. Məhkəmə yuxarıdakı qanunvericilik normalarını əsas götürərək qeyd edir ki, hazırki faktın müəyyən edilməsi hüquqi nəticə doğurmadığından ərizə təmin edilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilməsin. Ərizəçi maraqlı şəxs Masallı regional “ASAN Xidmət” Mərkəzinə qarşı şəxsin eyni şəxs olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar