Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1841/2023 04.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Lənkəran X2 idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış ziyan kimi 8640 kub metr qaz sərfiyyatının və ona hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, "Azəriqaz" İB-nin Lənkəran X2 İdarəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə onun yaşadığı yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayağaca baxış keçirmiş və sayağacı növbəti dövlət yoxlaması adı ilə çıxarmışlar. Qaz idarəsinin əməkdaşları sayağacı apardıqdan sonra xx.xx.2023-cü il tarixdə ******* saylı akt tərtib etmişlər. xx.xx.2023-ci tarixdə onun yaşadığı evdə yoxlama apararaq akt tərtib edilmiş, aktda sayağacda olan qüsur kimi sayağacın hesablama mexanizminin plasmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi qeyd edilmişdir. Sonradan onun iştirakı olmadan qanunsuz akt tərtib edilmişdir. xx.xx.2023-ci il tarixli tələbnamə ilə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 8640 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Hazırda hesab edir ki, həmin akt qeydi etibarsız hesab olunmalı və 8640 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki, o, qaz sayağacına hər hansı bir müdaxilə etməmişdir. Sayağac açılıb aparılarkən plombu üstündə olmuş və sayağaca nəzarət qaz idarəsi etməli idi. Bununla bağlı qaz sayağacının üzərində plomb varsa və o kəsilməmişdirsə burda o, neçə sayağaca müdaxilə etmiş olar. Eyni zamanda qaz sayağacları bütün rayon ərazisində, eləcə də kəndiərdə küçələrdə quraşdırılmış, üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Bu halda onu sübut edir ki, istənilən bir şəxs və ya oyun oynayan uşaqlar həmin sayağaca ziyan vura bilər və sayağaca istənilən müdaxiləni edə bilərlər. Eləcədə sayağacın zavod qurğuşun plombunu qıra bilərlər, plastmas qapağı sındıra bilər, hesablama mexanizminin qoruyucu örtüyünü qopara bilərlər. Qaz idarəsi guya sayağaca müdaxilə zamanı artıq qaz sərfiyyatından istifadə edilyini qeyd edir, halbu ki, qaz idarəsinin işçiləri hər ay qaz sayağacına baxaraq işlətmiş olduğu qazın bildirişini verir, bildiriş əsasında da qazın pulunu dövlət büdcəsinə ödəyir. Qaz idarəsinin işçiləri bu neçə vaxtı sayğaca baxarkən orada hər hansı bir müdaxiləni və ya sayğacın plombunun kəsilmədiyini görüblər, sonradan plombu üstündə apardıqdan sonra nə səbəbdən akt əsasında onun sayğacın üzərində olan plombun kəsilməsini qeyd edirlər. Əgər sayğaca müdaxilə olmuş olsaydı, sahə nəzarətçisi dərhal bunun aradan qaldırılması barədə tədbirlər görməli idi. Göründüyü kimi əslində heç bir müdaxilə olmadığından ondan artıq məbləğdə işlətmədiyi qazın dəyərini almaq niyyəti ilə haqsız yerə akt tərtib edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi təbii qazla təchiz olunmuş və həmin ünvanda təbii qazdan istifadənin hesablanması üçün sayğac quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə "Azəriqaz" İB Lənkəran X2 idarəsinin əməkdaşları həmin ünvana gedərək qaz sayğacını yenisi ilə əvəz etmişlər. Sonradan yoxlama zamanı sayağacın hesablama mexanizminin plasmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi müəyyən edildiyi üçün İddiaçı barəsində xx.xx.2023-cü il tarixdə ******* saylı akt tərtib edilmişdir. Hesab edir ki, qeyd olunan akt qanuni və əsaslıdır. Ona görə də məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş: Cavabdeh qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 30 sentyabr 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, 30 sentyabr 2022-ci il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacı növbəti dövlət yoxlanması üçün yenisi ilə əvəz olunmuşdur. Cavabdeh Lənkəran X2 İdarəsinin Masallı Xidmət Sahəsinin rəis müavini S.Seyfullayev tərəfindən təsdiq edilmiş 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu, Boradigah qəsəbəsində istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz ayağacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilməsi aşkar olunmuşdur. Cavabdeh Lənkəran X2 İdarəsinin rəisi N.Məmmədov tərəfindən təsdiq edilmiş 31 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Masallı rayonu, Boradigah qəsəbəsində istehlakçı İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz sayğacının nominal qaz sərfi 4 kub/metr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 8640 kub metr itirilmiş qaz hesablanmışdır. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq etməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, qaz paylayıcısı olan Cavabdeh ilə istehlakçı İddiaçı arasında bağlanmış qazın alqı-satqı müqaviləsinə əsasən ona məxsus fərdi yaşayış evi təbii qazla və qazın sərfinə görə hesablama aparılması üçün sayğacla təchiz olunmuş, lakin 30 sentyabr 2022-ci il il tarixdə tərtib olunmuş akta əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacının növbəti dövlət yoxlanması üçün yeni sayğacla əvəz olunmuş, 31 yanvar 2023-cü il tarixdə qaz sayğacının təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanmış, sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilməsi aşkar olunduğu üçün 8640 kub/metr itirilmiş qazın həcminə görə ziyan hesablanmışdır. İstehlakçı İddiaçı həmin akt və qərarla razılaşmadığından hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarının: 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısıalğı-satqı müqaviləsi əsasında istehlakçılara qaz paylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmçinin, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Lakin, hazırkı mübahisə üzrə İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacının kənar müdaxilədən qorunması üçün sayğac müvafiq örtüklə örtülməmiş, bununla da Cavabdeh qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin şərtlərini pozmuşdur. Eyni zamanda Cavabdeh əməkdaşları 30 sentyabr 2022-ci il tarixdə istehlakçı ünvan 3 ünvanında yaşayan İddiaçı məxsus fərdi yaşayış evinin qaz sayğacını yenisi ilə əvəz edərkən və 31 yanvar 2023-cü il tarixdə akt tərtib edilərkən qaz sayağacının hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilməsi aşkar edərkən hal şahidlərinin iştirakı olmadan, foto və ya digər texniki vasitələrdən istifadə edilmədən mübahisəli aktı tərtib etmişlər. Halbuki, qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun olması faktı aşkar olunduğu halda dərhal istehlakçıya məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməlidir. Lakin, hazırkı mübahisə üzrə qaz sayağacının hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilməsi aşkar olunsa da, həmin hüquq pozuntusunun kim tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair Cavabdeh tərəfindən sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh Lənkəran X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 31 yanvar 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və itirilmiş 8640 kub/metr qaza görə hesablanmış borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 31 yanvar 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və itirilmiş 8640 kub/metr qaza görə hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-1841/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1841/2023
04.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver